TUT İPƏKQURDUNUN SƏNAYE YEMLƏMƏLƏRİ ÜÇÜN OPTİMAL BƏSLƏNMƏ NORMALARI

Journal Title: Nature & Science - Year 2020, Vol 2, Issue 2

Abstract

Məqalədə göstərilir ki, yemləmələrdə normal temperatur və nisbi nəmlik nizamlanmazsa, tut ipəkqurdunda, inkişafın düzgün getməməsi, həzm pozğunluğu, qabıqdəyişmənin və böyümənin pozulması, bir sıra xəstəliklər baş verir. Bunların qarşısını almaq üçün optimal temperatur normalarına əsasən kümxanada istilik nizamlanmalıdır. İlk I-II-III yaşlarda kümxanada orta temperatur 25,50S, IV yaşda 23,50S, V yaşda 240S olmlıdır. İlk I-II-III yaşlarda kümxanada orta nisbi nəmlik 70%, IV yaşda 70%, V yaşda 65% olması normaldır. Barama sarıma dövründə temperatur və nəmlik normada olmazsa barama sarıma pozulur, bu da məhsul itkisinə səbəb olur. Barama sarıma dövründə normal temperatur 23,50S, normal nisbi nəmlik 65% olmalıdır. Tut ipəkqurdunun məhsuldarlığına təsir edən əsas amillərdən biri də müxtəlif yaşlarda sahə normalarının düzgün nizamlanmasıdır. Əgər yaşa müvafiq sahə yaradılmazsa, nəticədə xəstəliklər baş verər, qurdlar normal yem ala bilməzlər. Müxtəlif yaşlarda normal sahə vahidləri (1 qutu qurd üçün) bunlar təyin olunmuşdur: I yaş- 2,5 m2, II yaş- 6-7 m2, III yaş- 15-17 m2, IV yaş- 30-35 m2, V yaş- 55-60 m2. Kümxanada yemləmə zamanı zərərli qazların miqdarı, hava cərəyanının sürəti normal olmalıdır. Tut ipəkqurdunun tırtıllarına ammonyak, hidrogen-sulfid, karbon qazının artıqlığı öldürücü təsir göstərir. Ona görə də yemləmə zamanı tez-tez kümxananın havası dəyişilməlidir. Hava cərəyanının sürətli olması və ya heç olmaması tut ipəkqurdu üçün zərərlidir. Tut ipəkqurdu üçün yemləmələr zamanı hava cərəyanının sürətlinin 0,1 m/san olması məqsədəmüvafiqdir. Təyin olunmuş normalarla tut ipəkqurdları bəslənildikdə baramaların bioloji və texnoloji göstəriciləri yüksək olur.

Authors and Affiliations

Dursun Miri qızı Adıgözəlova, Turay Fəxrəddin oğlu İsgəndərov

Keywords

Related Articles

EPIDEMIOLOGICAL FEATURES OF CYTOMEGALOVIRUS INFECTION

Abstract The article briefed on the epidemiological features of cytomegalovirus infection and shared the successes and experiences of studying these diseases in recent years. Cytomegaly is an infectious disease of vi...

The Impact of Quercetin Glycosides on ACE2, AT1R, and AT2R: The Molecular Docking and in Silico Analysis

The renin-angiotensin-aldosterone system (RAAS) plays a critical role in cardiovascular homeostasis, and its dysregulation is associated with hypertension and thrombotic disorders. In this study, we performed a comparati...

PREGNANCY GINGIVITIS

Pregnancy gingivitis is caused by an increase in estrogen and progesterone levels. These are essential hormones that help baby grow and develop, but they also cause many changes to your body. One of these changes is i...

UZUN SÜRƏN NEONATAL SARILIQ HALLARININ BİOKİMYƏVİ XÜSUSİYYƏTLƏRİ

Xülasə Hal-hazırda yeni doğulmuş körpələrin ən aktual problemlərindən biri də neonatal sarılıqlardır. Neonatal sarılıqlar vaxtında doğulmuş körpələrin təxminən yarısında, vaxtından erkən doğulmuş körpələrin isə 75-80...

ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİ İLƏ MÜBARİZƏ SAHƏSİNDƏ DƏRMAN PREPARATLARININ İSTİFADƏSİ VƏ XALQ TƏBABƏTİ ÜSULLARININ ƏHƏMİYYƏTİ

Məlumdur ki, ürəyin işemik xəstəliyi geniş yayılmış xəstəlikdir. Bu, bütün dünyada ölüm, daimi və müvəqqəti əlillik və əlilliyin əsas səbəbidir. Ürək-damar xəstəlikləri ölüm siyahısında birinci yeri tutur, burada işemik...

Download PDF file
  • EP ID EP759473
  • DOI 10.36719/2707-1146/03/30-34
  • Views 16
  • Downloads 0

How To Cite

Dursun Miri qızı Adıgözəlova, Turay Fəxrəddin oğlu İsgəndərov (2020). TUT İPƏKQURDUNUN SƏNAYE YEMLƏMƏLƏRİ ÜÇÜN OPTİMAL BƏSLƏNMƏ NORMALARI. Nature & Science, 2(2), -. https://europub.co.uk/articles/-A-759473