Ümumtəhsil məktəblərinin V siniflərində “Natural ədədlər. Say sistemləri. Çoxrəqəmli ədədlər” mövzusu üzrə materialların mənimsədilməsi texnologiyası
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 8
Abstract
Xülasə Məqalədə ümumtəhsil məktəblərinin V siniflərində riyaziyyat fənninin məzmununda özünə yer alan “Natural ədədlər. Say sistemləri. Çoxrəqəmli ədədlər” mövzusu üzrə materialların tədrisi prosesində şagirdlərin subyektinə çevrilməsi nəzərdə tutulan bacarıqların mündəricəsi təqdim edilmişdir. Sözügedən bacarıqların formalaşmasında “imkandaşıyıcılıq funksiyası”nı daşıyan məzmun elementlərinin “Natural ədədlər. Say sistemləri. Çoxrəqəmli ədədlər” mövzusunda mövcudluğuna və bunların şagirdlərin idrakında hərəkət halına gətirilməsi (“hərəkət-imkan-yeni keyfiyyət” paradiqmasına adekvat) texnologiyasına diqqət yönəldilir. “Natural ədədlər. Say sistemləri. Çoxrəqəmli ədədlər” mövzusunda transformasiya olunan elementlərin “Sistem-struktur” dialektik yanaşmaya əsaslanmaqla “Say sistemləri, Çoxrəqəmli ədədlər”, “Çoxrəqəmli ədədlərin yuvarlaqlaşdırılması”, “Natural ədədlər və ədəd oxu”, “Çoxluqlar. Venn diaqramının tətbiqi ilə məsələ həlli”, “Natural ədədlər üzərində toplama və çıxma”, “Vurma əməli və onun xassələri”, “Yuvarlaq ədədlərlə vurma. Təxmini hasil”, “Çoxrəqəmli ədədlər üzərində vurma əməli”, “Çoxrəqəmli ədədlər üzərində bölmə əməli”, “Əməllər sırası” altmövzuları üzrə sistem halına gə-tirilməsi məqsədəuyğun sayılır. Diqqətə çatdırılır ki, şagirdlər tərəfindən təqdim olunan məzmun elementlərinin mənimsənilməsi üçün tədris prosesinin təşkili və idarə edilməsi vasitəsi rolunu oynayan tapşırıqlar (sual, məsələ, çalışma) sistemi mövzularda icrası tələb olunan feilləri ehtiva etməlidir. İşin məzmununda həmin qəbildən olan tapşırıq nümunələri özünə yer alır.
Authors and Affiliations
Firədun İbrahimov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı pedaqoji elmlər doktoru Mehriban Kərimova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı
ROBOTİKANIN NÖVLƏRİ VƏ ONLARIN TƏTBİQLƏRİNƏ ÜMUMİ BAXIŞ
Xülasə Robotlar, elmi-fantastikadan həqiqi dünyaya keçid edərək sənaye, sağlamlıq və gündəlik həyatın əsas daşlarına çevrilmişdir. 1960-lardan bu yana, sadə təkrarlanan işlər üçün nəzərdə tutulmuş ilk sənaye robotları...
ABŞ-IN YOŞ SİYASƏTİNİN SON 5 İLƏ DAİR NƏTİCƏLƏRİ
Xülasə Birləşmiş Ştatların Yaxın Şərqdən hərbi cəhətdən uzaqlaşması ilə bağlı yüksək səslə çağırışlara baxmayaraq, region ABŞ-ın bir çox həyati maraqlarının kəsişməsindədir. Yaxın Şərqdə başlayan problemlər bütün düny...
MÜƏSSİSƏLƏRDƏ AGİLE TRANSFORMASİYASININ TƏTBİQİ ÇƏTİNLİKLƏRİ VƏ HƏLL YOLLARI
Xülasə Agile metodologiyasının təcrübədə tətbiqi, idarəetmə, innovasiya və adaptasiya strategiyalarında dönüş yaradan bir yanaşma olaraq qəbul edilir. Digər bir tərəfdən Agile metodologiyasının tətbiqi, müəssisələrin...
MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MÜTƏHƏRRİK OYUNLAR VƏ YAŞ QRUPLARINDA ONLARIN TƏŞKİLİ
Xülasə Uşaqların hərtərəfli normal inkişafında mütəhərrik oyunların çox böyük əhəmiyyəti vardır. Buna görə də fiziki tərbiyə məşğələlərinin hamısına mütəhərrik oyunlar daxil edilməlidir. Xüsusən məktəbəqədər yaş dövr...
TRAVMATİZM – QEYRİ-İNFEKSİON XƏSTƏLİK KİMİ
Xülasə Travmatizm ciddi tibbi-sosial problem təşkil edir. Bioloji və sosial amillərdən asılı olan travmatizmin populyasiyada geniş yayılmış patologiya kimi öyrənilməsini epidemioloji diaqnostika metodlarından istifadə...