Uşaqlar idman növü seçərkən nələrə diqqət yetirməlidir

Journal Title: Ancient Land - Year 2025, Vol 7, Issue 2

Abstract

Uşaqlarda fiziki keyfiyyətlərin inkişaf etdirilməsi üçün tarixən uşaqlar yaş qruplarına bölünmüşdür. Təlim-tərbiyə prosesində uşaqların yaş qruplarına bölünməsi müxtəlif alimlər tərəfindən müxtəlif formada aparılmışdır. Müasir dövrdə idman növlərinin inkişaf edərək şaxələnməsi və bu idman növlərinin təlimlərinin kəskin surətdə bir-birindən fərqlənməsi ilə əlaqədar olaraq uşağın hansı yaşda hansı idmanla məşğul olmağa başlamasının böyük əhəmiyyəti vardır. Lakin bu yaş dərəcələri bölgüsü son zamanlar dəyişiklik tələb edir. Ona görə ki, son zamanlardan başlayaraq akselerasiya problemi özünü büruzə verməyə başlamışdır. Akselerasiya latınca sürətlənmə (akselerosiyo) deməkdir. O, uşaq yaşlarında fiziki və psixi inkişafın sürətlənməsi deməkdir. Ona görə də uşaqları idman bölmələrinə cəlb edərkən əvvəlki illərdə olan yaşa görə bölgülərə yenidən baxılmalıdır. Uşaqların yaşları, çəkiləri, antropometrik ölçüləri, fizioloji inkişafları, psixoloji vəziyyətləri, həvəsləri nəzərə alınaraq uşaqların idman növü seçməsində mərhələlik prinspindən istifadə etmək daha yaxşı fayda verə bilər. Uşaqlar bir dəfə deyil, bir neçə dəfə mərhələlərlə seçilərək, yuxarıda göstərilən parametrlərə görə idman məşğələlərinə yönləndirilməlidirlər.7-8 yaşlarında uşaqlarda sümüklərin formalaşması getdiyindən və oxşarlıqda böyüklərin sümüklərinə yaxınlaşması prosesi baş verdiyindən, seçilmiş idman növü kimi çoxlu tullanma hərəkətləri və cəldlik tələb edən idman növlərini məs: basketbol, əl topu, qaçaraq uzunluğa tullanma kimi idman növlərini məsləhət görmək olar. 8-12 yaş dövründə uşaq və yeniyetmələrdə bütün orqan və sistemlərin inkişafı davam edir. Sümüklərin ossifikasiyası və əzələlərin inkişafı sürətlənir və 12-yaşda sümüklər artıq yetkinlərin sümüklərindən fərqlənmir. Bu mərhələdə cüdo, futbol, stolüstü tennis, badminton kimi çeviklik, çeviklik, reaksiya sürəti, diqqət və psixoloji dözüm tələb edən idman növləri uşaqlar üçün uyğun idman növləri kimi tövsiyə edilə bilər. Bu idman növləri gələcək böyümə və inkişaf üçün zəruri olan fiziki və zehni qabiliyyətlərin inkişafına kömək edir.

Authors and Affiliations

Məmmədəli Rəhimov, Oktay Rzayev

Keywords

Related Articles

1930-cu illərin repressiyaları və Bakı Dövlət Universitetinin tələbələri (1933-1936)

1930-cu illər repressiyaları Azərbaycanın milli-mənəvi dəyərlərinə böyük zərbə vurdu. Ali məktəblər içərisində BDU-da repressiyaya məruz qalmış tələbələrin sayı digər ali məktəblərdən çox olmuşdu. Məqalədə müstəqil fikri...

The Crime of Forced Displacement in the International Criminal Court Charter

The crime of forced displacement is an international crime in all charters and laws, due to the effects it has on human rights, the dispersion of the unity of families, and the separation of homelands. The courts of Nure...

THE IMPACT OF GLOBALIZATION ON ENGLISH LANGUAGE

Abstract Thanks to new technologies in the globalized world, borders between people and nations have disappeared, and mutual contact between nations has become inevitable. Facilitation of communication and relations,...

İNGİLİS DİLİNİN LÜĞƏT TƏRKİBİNDƏ ALINMA SÖZLƏRİN ROLU

Xülasə Məqalə ingilis dilinin lüğət tərkibində alınma sözlərin rolundan bəhs edir. Müəllif müxtəlif dillərdən sözlərin fərqli yollarla alınmasını araşdırır. Qeyd olunur ki, ingilis dili beynəlxalq dildir və bütün düny...

THE IMPACT OF ENGLISH ON THE DEVELOPING OF COUNTRIES

Abstract English is the foremost language of global communication, trade, diplomacy, and technology, playing a pivotal role in shaping international relations and economic development. This paper examines the multifac...

Download PDF file
  • EP ID EP760915
  • DOI 10.36719/2706-6185/44/18-22
  • Views 26
  • Downloads 0

How To Cite

Məmmədəli Rəhimov, Oktay Rzayev (2025). Uşaqlar idman növü seçərkən nələrə diqqət yetirməlidir. Ancient Land, 7(2), -. https://europub.co.uk/articles/-A-760915