UŞAQLIQ MİOMASI OLAN XƏSTƏLƏRİN KLİNİK-ANAMNESTİK XARAKTERİSTİKASI
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 2
Abstract
Uşaqlıq miomasının klinik simptomlarının müxtəlifliyini nəzərə alaraq, məqalədə qadınların klinik-anamnestik xarakteristikasının təhlili edilməsi qarşıya məqsəd qoyulmuşdur. Tədqiqat işi 2019-2022-ci illər ərzində Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun bazasında aparılmışdır. Tədqiqata müxtəlif ölçüdə və formada uşaqlıq mioması olan 200 xəstə daxil edilmişdir. I qrupa (n=50) uşaqlıq moması üzrə xərrahi müalicə aparılmış xəstələr, II qrupa (n=50) maqnitləşdirilmiş su, III qrupa (n=50) seolit tərkibli preparatla müalicə, IV qrupa isə (n=50) hormonal müalicə alan xəstələr daxil edilmişdir. Xəstələrin qruplar üzrə yaş həddi belə olmuşdur: I qrup − 35,28±6,15, II qrup − 36,24±4,62, III qrup − 37,94±5,84, IV qrup − 36,86±4,22 yaş. Beləliklə, aparılan tədqiqatdan məlum olur ki, uşaqlıq mioması olan qadınların daha çox hissəsi mərkəzdən kənar rayonlarda yaşamış olmuş, onlar arasında çalışmayan qadınların sayı üstünlük təşkil etmişdir. Başqa sözlə, qadınların hər hansı bir əməklə məşğul olub-olmamasının onda uşaqlıq miomasının inkişafında nəzərəçarpan rol oynamamışdır. Miomalı qadınlar arasında ümumi zəiflik, ürək bulanması, ağrı, taxikardiya, dizurik simptom və təngnəfəslik yüksək tezliklə aşkar edilmişdir. Bununla yanaşı, qadınlarda xəstəliyin davametmə müddəti kifayət qədər uzun olmuşdur: 6 yaş − 2 il arasında davametmə müddəti qeydə alınmışdır.
Authors and Affiliations
Ülviyyə Rasim qızı Şahmalıyeva
EMOSİONAL SÜNİ İNTELLEKT VƏ ÜNSİYYƏT
Xülasə Emosional Süni İntellekt (ESI), insan emosiyalarını anlamaq, təhlil etmək və hətta bəzən emosional cavablar vermək üçün istifadə olunan texnologiyalardır. Bu texnologiyalar geniş spektrumdakı mətn, səs və görün...
MƏRKƏZİ BANKIN MAKROPRİDENSAL TƏNZİMLƏNMƏ SİYASƏTİ
Xülasə Məqalə Mərkəzi Bankın ölkədə maliyyə sabitliyinin təmin olunması məqsədi ilə həyata keçirdiyi makropridensal tənzimləmə siyasətinin mahiyyətinə həsr edilmişdir. Mərkəzi Bankın pul- kredit siyasətini həyata k...
INTELLECTUAL PROPERTY PROVISIONS IN INTERNATIONAL INVESTMENT AGREEMENTS
Abstract The purpose of this legal article is to examine the protection of intellectual property as an investment, which is rapidly developing in the modern world, and the norms established by international investment...
“MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ – 140”. SOSİAL-FƏLSƏFİ GÖRÜŞLƏRİNƏ QISA ELMİ-NƏZƏRİ BAXIŞ
Xülasə Azərbaycan xalqının və Türk dünyasının böyük mütəfəkkiri, görkəmli dövlət xadimi, Millət Fədaisi M.Ə.Rəsulzadə ictimai-siyasi, elmi-fəlsəfi yardıcılığı ilə yanaşı, Azərbaycan tarixində ilk siyasi partiyanın yar...
KOMMUNİKATİV PROSESDƏ POZİTİV SÖZ
Az söylənən söz, xoş söylənən söz kommunikativ prosesə bəzək verən faktorlardır. Bu ikisi danışanla dinləyən arasında xoş ovqat, qarşılıqlı etibar və məmnunluq yaradır. Məqalənin girişində sözün pozitiv və neqativ qo...