VAHİD ƏZİZ ŞEİRLƏRİNİN ONOMASTİKASI

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 7

Abstract

Xülasə Dilçiliyin gənc sahəsi olan onomastik leksikanın öyrənilməsi daim aktual məsələlərdən olmuşdur. Bu mənada şair və yazıçıların əsərləri onomastik vahidlərin öyrənilməsində mühüm rol oynayır. Məqalədə Xalq şairi Vahid Əziz poeziyasının onomastik leksikası təhlilə cəlb edilmişdir. Şairin poeziyasında toponimlər, antroponimlər, hidronimlər işləkliyi ilə diqqəti cəlb edir. Söz sənətkarı antroponimlərdən üslubi priyom kimi istifadə etsə də, eyni zamanda oxucularını tarixi şəx­siyyətlərimizi tanımağa çağırır. Belə ki, Babək, Koroğlu, Cavad xan və digər xalq qəhrə­manlarının adını yad etməklə, həm Azərbaycan xalqının görkəmli nümayəndələrini xatırladır, həm də xalqın qəhrəmanlığını simvolizə edir. Şairin şeirlərində Azərbaycan və Qarabağ toponimləri ən uca zirvədədir. “Qarabağ” toponimi Vahid Əziz şeiriyyətində azadlıq rəmzidir. Şairin şeirlərində demək olar ki, Qarabağın bütün ərazilərinin adlarına rast gəlirik. Şuşa, Cıdır düzü ən çox adları çəkilən toponimlər sırasındadır. Zəngəzur toponiminə müraciət edərkən tarixə ekskurs edən şair Azərbaycanın ikiyə bölünməsinə etiraz edir və Zəngəzuru tarixi Azərbaycan torpağı kimi vəsf edir. Nəticə olaraq deyə bilərik ki, Vahid Əziz poeziyasında xüsusi adların işləklik dairəsi genişdir və bədii ədəbiyyatda xüsusi çəkiyə malik onomastik vahidlərin öyrənilməsi onomalogiya üçün xüsusi əhəmiyyət kəsb edir.

Authors and Affiliations

Gülnar Rzayeva

Keywords

Related Articles

RƏŞİD BƏY ƏFƏNDİZADƏ VƏ FOLKLOR

Xülasə Folklor və yazılı ədəbiyyat məsələləri on doqquzuncu yüzillikdən bu yana müxtəlif səviyyələrdə elmi-nəzəri fikrin maraq dairəsində olmuşdur. Klassik ədəbiyyatın görkəmli nümayəndələrinin yaradıcılığı haqqında s...

Nizami Gəncəvi “Xəmsə”sində sintaktik üslubi xüsusiyyətlər

Xülasə Məqalədə sintaksisin söz birləşmələri kimi maraqlı bir bölümünü klassik bədii irsimizin misilsiz incisi olan Nizami Gəncəvi “Xəmsə”sinin beytləri əsasında araşdırmağa çalışmışıq. Təd­qi­qat nəticəsində aydın ol...

INFORMATION AND COMMUNICATION TECHNOLOGIES IN THE EDUCATION SYSTEM

Abstract Nowadays, it is impossible to imagine our world without computers. Because almost in any part of our daily life, we solve our work through the computer. However, the computer alone is not enough to perform so...

PEER BULLYING AMONG SYRIAN CHILDREN UNDER TEMPORARY PROTECTION: THE LANGUAGE ELEMENT

Abstract Migration has existed since ancient times and continues to this day. Since Turkey is a strategic and border country, it serves as a bridge to our country and other countries. Approximately more than one milli...

ARE THE BELT AND THE ROAD PROJECT AN ALTERNATIVE TO HISTORIC SILK WAY?

Abstract Asia, Europe and beyond… This article critically examines whether the Belt and Road Initiative (BRI) constitutes a viable alternative to the historic Silk Way. By synthesizing existing literature and analyzin...

Download PDF file
  • EP ID EP747670
  • DOI 10.36719/2706-6185/37/58-65
  • Views 1
  • Downloads 0

How To Cite

Gülnar Rzayeva (2024). VAHİD ƏZİZ ŞEİRLƏRİNİN ONOMASTİKASI. Ancient Land, 6(7), -. https://europub.co.uk/articles/-A-747670