VƏTƏNDAŞYÖNÜMLÜ ELEKTRON DÖVLƏT ANLAYIŞI, ƏSAS PRİNSİPLƏRİ VƏ ONUN QİYMƏTLƏNDİRİLMƏSİNİN MÜASİR VƏZİYYƏTİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 7
Abstract
Xülasə Müasir dövrdə heç bir dövlət və ya müəssisənin fəaliyyətini kompüter texnologiyaları və onun imkanlarından istifadə etmədən təsəvvür etmək mümkün deyildir. Əks halda, dövlətin yürütdüyü siyasət kifayət qədər effektiv və uğurlu ola bilməz. O cümlədən dövlət xidmətlərindən istifadə zamanı da bu texnologiyalardan istifadə etmək mütləqdir. Buna görə də təqdim olunan icmalda elektron hökumətin təkamülü, əsas prinsipləri və müasir vəziyyəti hərtərəfli araşdırılaraq dövlət idarəçiliyinin transformasiyasında İnformasiya və Kommunikasiya Texnologiyalarının (İKT) əsas rolu vurğulanır. Bundan başqa, həm ölkəmizdə, həm də dünyada istifadə olunan mövcud sistemlər üzrə tədqiqatlar aparılmış, onların hər birinin müsbət və mənfi cəhətləri qeyd olunmaqla müqayisəli təhlili göstərilmişdir. Eyni zamanda Veb 2.0 tətbiqləri ilə asanlaşdırılan artan interaktivlik, iştirak və əməkdaşlıq ilə xarakterizə olunan e-hökumət 2.0-ın meydana gəlməsi araşdırılır. Beynəlxalq e-hökumət təcrübələrinin müqayisəli təhlili Böyük Britaniya, Fransa və İspaniya kimi ölkələrin ən yaxşı nümunələr olduğunu vurğulayaraq, Ukrayna, Namibiya, Rumıniya nümunələrində elektron hökumətinin inkişafı haqqında məlumat verilmişdir. Bununla yanaşı, ölkəmizdə də elektron hökumət siyasətinin rolu, inkişafı, qarşıya qoyulan məqsədlər və aparılan işlər qeyd olunmuşdur.
Authors and Affiliations
İlqar Şixverdiyev, Ceyhun Rəhimli, Elçin Babayev, Nərgiz Rəhimli
İNVESTİSİYA AKTİVLİYİ VƏ ONUN TƏHLİLİ
Xülasə İnvestisiya fəaliyyəti kapitaldan gəlir əldə etməyə yönəlmiş geniş maliyyə fəaliyyətini əhatə edir. Buraya səhmlərin, istiqrazların, daşınmaz əmlakın və gəlir əldə etmək və ya kapitalın bahalaşması gözləməsi il...
Steven Krashen's Theory of the Second Language Acquisition
Abstract Among modern language teaching methods, the theory of second language acquisition is one of the leading methods. Stephen Krasche's theory of second language acquisition represents an important shift in the wa...
1918-ci ildə Gürcüstan Demokratik Respublikasının yaradılması
Gürcüstan Demokratik Respublikasının yaranması, 20-ci əsrin əvvəllərindəki Cənubi Qafqazın mürəkkəb siyasi şəraitində mühüm bir mərhələni təşkil edir. 1917-ci ildə Rusiyada baş verən Fevral İnqilabı, Çar Rusiyasının sü...
MİRZƏ KAZIMBƏYİN İSLAM DİNİNƏ DAİR ELMİ TƏDQİQATLARI
Xülasə Elmi məqalədə Şərq fəlsəfi və siyasi ədəbiyyatını dərindən bilən, gənclik dövrlərindən “Quran”ı, dini kitabları öyrənən, islam ehkamlarını daxili bir inamla sevən, Şotland missionerləri ilə mübahisələr edən Mir...
Helmholtz tənliklərinin fənlərarası inteqrasiyası və sonsuz oblastlarda həllinin çətinlikləri
Adını alman fizik Hermann von Helmholtzdan alan bu tənliklər, xüsusilə dalğa yayılması, akustika, elektromaqnetizm və istilik ötürülməsi kimi proseslərin təsvirində mühüm rol oynayır. Dalğa yayılması, akustika, elektroma...