XƏSTƏXANADAXİLİ İNFEKSİYALARIN QARŞISININ ALINMASI YOLLARI VƏ MÜBARİZƏ TƏDBİRLƏRİ
Journal Title: Nature & Science - Year 2023, Vol 5, Issue 12
Abstract
Xülasə Məqalədə xəstəxanadaxili infeksiyaların qarşısının alınması yolları və mübarizə tədbirlərinə dair qısa məlumatlar verilmiş, son illər bu xəstəliklərin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrübədə risk amillərin aşkar edilməsi paylaşılmışdır. Xəstəxanadaxili infeksiyalar əsas xəstəliyin gedişini ağırlaşdırır, bəzən xəstənin həyatını təhlükə qarşısında qoyur, xəstələrin stasionarda qalma müddətini uzadır. İrinli-septiki xəstəliklərin ağır formaları ilə xəstələrin stasionarlarda uzun müddət müalicə alması ilə əlaqədar olaraq əmələ gələn bakteriyaların hospital ştamlarının olduqca yüksək patogenliyi yüksək letallığın yaranmasını şərtləndirir. Hospital infeksiyaların törədicilərinin yoluxma mexanizmi və yolları stasionarın profilindən, xəstələrin kontingentindən, müalicə-diaqnostik prosedurların və manipulyasiyaların həcmindən asılıdır. Xəstəxanadaxili infeksiyaların diaqnostikası törədicilərin mikrobioloji metodlarla, o cümlədən molekulyar-genetik metodların vasitəsilə aşkarlanmasına əsaslanmışdır. Törədicilərin tipləşdirilməsi alovlanmanı səciyyələndirməyə, yəni infeksiya mənbəyini, yoluxma mexanizmini və onların rezervuarını təyin etməyə imkan verir.
Authors and Affiliations
İbadulla Ağayev, Xatirə Xələfli, Məhərrəm Niftullayev, Leyla Əhmədzadə, Dəstə Qasımova
PREPARATION AND PROPERTIES OF MONO AND DIEPOXY ETHERS BASED ON ALICYCLIC OXIMES, DIOXIMES AND THEIR DERIVATIVES
Abstract The reaction of alicyclic oximes and dioximes with epichlorohydrin in the presence of a BF3O(C2H5)2 catalyst to obtain chlorohydrin ethers of the corresponding dioximes was studied. A probable mechanism for t...
ANALYSIS OF THE PROTECTION OF CLIMATE AND THALASSOTHERAPY RESOURCES OF AZERBAIJAN DURING THEIR USE FOR TOURISM PURPOSES AND THE MAIN FACTORS TO BE TAKEN INTO ACCOUNT
Abstract Climate and thalassotherapy tourism is directly related to nature and the environment, and the development of this field of tourism should be developed symbiotically with the protection and efficient use of n...
ALBİZA JULİBRİSSİN DURAZZ. NÖVÜNÜN ABŞERON ƏRAZİSİNDƏ BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİNİN TƏYİNİ
Xülasə Bitkilər müxtəlif ekoloji şəraitlərdə yaşamağa uyğunlaşmışdır. Onları səhradan tropik yağış meşələrinə qədər müxtəlif mühitlərdə görmək olar. Bitkilərin bioekoloji xüsusiyyətlərini təyin etmək və həmin xüsusiyy...
The Influence of Spraying and Fertilizer Rate on the Structural Indicators of Soft Wheat Varieties in the Mountainous Areas of Guba Region
Abstract The article mentions different productivity indicators of sowing, fertilizer and without fertilizer. From the results of the research, it is seen that the influence of cultivation factors on the productivity...
TOKSOPLASMA GONDİİ İNFEKSİYASINA YOLUXMUŞ ŞƏXSLƏRİN İMMUN GÖSTƏRİCİLƏRİ
Xülasə Opportonist infeksiyalar (fürsətçi infeksiyalar) dövrümüzün aktual problemlərindəndir. Belə ki, fürsətçi infeksiyalar (Oİ) immun sistemi zəif olan, məsələn, HİV, xərçəng və ya digər xroniki xəstəlikləri olan şə...