Xəzər dənizi – Abşeron ərazisində gedən təbii proseslərin və antropogen fəaliyyətlərin ekoloji-iqtisadi aspektləri
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 10
Abstract
Xülasə Məqalədə Xəzər dənizi və onun Abşeron sahillərində baş verən təbii və antropogen xarakterli dəyişikliklərin ekoloji və iqtisadi təsirləri araşdırılır. Xüsusilə Xəzər dənizinin səviyyə tərəddüdlərinin Abşeron yarımadası sahillərində yerləşən turizm obyektlərinə vuracağı potensial ziyan, sahillərdə nəzarətin yetərli olmadığı halda baş verəcək sahil eroziyalarının güclü mənfi təsirləri təhlil edilir. Məqalədə qeyd olunur ki, vaxtında önləyici tədbirlər alınmazsa, bu eroziya prosesləri turizm sektoruna ciddi zərər verə bilər. Tədqiqat həmçinin Xəzər dənizindəki iqtisadi fəaliyyətlərin, xüsusən də neft hasilatı və turizm sektorunun ekoloji problemləri dərinləşdirə biləcəyini vurğulayır. Çirklənmə və invaziv növlərin yayılması biomüxtəlifliyin azalmasına və ətraf mühitin zərər görməsinə gətirib çıxarır. Bununla yanaşı, Azərbaycanın əsas gəlir mənbələrindən olan nərə balığı ticarətinə də zərbə vura bilər ki, bu da ölkənin iqtisadi gəlirlərində azalmaya səbəb ola bilər. Yaşıl iqtisadiyyata keçid və davamlı turizm strategiyalarının tətbiqi isə bu problemlərin həllində vacib addımlardan biri kimi göstərilir. Məqalədə regional əməkdaşlığın əhəmiyyəti və davamlı ekoloji siyasətlərin tətbiqi də qeyd olunur. Nəticə olaraq, Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün dövlətlərarası əməkdaşlıq və ekoloji təmiz texnologiyaların inkişaf etdirilməsi zəruri hesab edilir.
Authors and Affiliations
Nurtac Süleymanzadə, Rövşən Kərimov
AİLƏ-NİKAH MÜNASİBƏTLƏRİ: NİKAH MÜNASİBƏTLƏRİNƏ DAXİL OLMA QAYDALARI
Xülasə Məqalədə əsas məqsəd ailə-nikah münasibətlərinin tənzimlənməsi qaydalarının müəyyən edilməsi və nikaha daxil olan şəxslərin hüquq və öhdəliklərinin yerli və xarici qanunvericilik aktlarında araşdırılaraq öyrən...
THE SEMANTIC FIELD OF UZBEK AND AZERBAIJANI TIMES
Abstract In linguistics, including dialectology, there are units that express the meanings of time, moment and space-time, which serve to connect the text with each other. It also expresses sequence and periodicity in...
İLKİN HƏRBİ QEYDİYYAT VƏ HƏRBİ XİDMƏT KEÇMƏKDƏN BOYUN QAÇIRMAYA GÖRƏ MƏSULİYYƏT
Xülasə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ölkənin ərazi bütövlüyünü və suverenliyini qorumalı olan Silahlı Qüvvələrimiz yaradılmışdır. Hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam...
TƏLƏBƏLƏRİN AKADEMİK FƏALİYYƏTİNƏ TƏSİR EDƏN AMİLLƏR VƏ ONLARIN TƏDRİS PROSESİNDƏ İDARƏ OLUNMASI
Xülasə Akademik iştirak tələbələrin tədris prosesində fəal iştirak etməsi və kurs materialları ilə qarşılıqlı əlaqədə olması deməkdir. Bu, sinif fəaliyyətlərində iştirak etmək, kurs materiallarını nəzərdən keçirmək, s...
KÖK HÜCEYRƏ İLƏ MÜALİCƏ. ORQANİZMDƏ TƏTBİQ SAHƏLƏRİ. BU SAHƏDƏ OLAN YENİLİKLƏR
Xülasə İnsan orqanizminin ən kiçik quruluş və funksianal vahidi hüceyrədir. Bəzi hüceyrələr vardır ki, onlar özləri - özlərini törədə bilirlər, eyni zamanda başqa hüceyrə tipinə də çevrilirlər. Bu cür hüceyrələr kök...