XX-XXI ƏSRLƏRDƏ NAXÇIVANIN MUSİQİ İFAÇILIQ SƏNƏTİ
Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 5
Abstract
Xülasə Məqalədə XX-XXI əsrlərdə Naxçıvan musiqi ifaçılığının inkişafı ilə bağlı mədəniyyətin bütün sahələrinə müraciət edərək, bu mövzunu bir neçə istiqamətdə araşdıraraq, Azərbaycan musiqişünaslığında xalq musiqisi, aşıq sənəti və şifahı ənənəli professional musiqi üzrə maraqlı müraciət etmiş, Naxçıvan musiqi-ifaçılıq sənətini araşdırarkən, onlardan bəhrələnmişik. Müasir dövrdə Naxçıvan Muxtar Respublikasında elmin və mədəniyyətin inkişafı məsələləri xüsusi vüsət kəsb etmişdir. Naxçıvanda həyata keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, mədəniyyət abidələrinin bərpası və qorunması, mədəniyyət müəssisələrində, elm və təhsil ocaqlarında müasir səviyyədə quruculuq işləri bunun bariz nümunəsidir. Bütün bunlar Naxçıvanda elm və mədəniyyətin inkişaf istiqamətlərini və tədqiqi məsələlərini aktuallaşdırır. Qeyd etmək lazımdır ki, musiqi ifaçılığı ümumən musiqi mədəniyyəti və incəsənətinin yaşamasını və inkişafını şərtləndirən ən mühüm sahələrdən və amillərdən biridir. Musiqi janrları, folklor nümunələri, muğam və aşıq musiqisi, eləcə də bəstəkar əsərləri məhz ifaçılıq sənəti vasitəsilə səslənir, cəmiyyətə təqdim olunur və öz estetik funksiyasını yerinə yetirə bilir. Naxçıvanda əsrlər boyu geniş bir şəkildə təşəkkül tapmış və bütün regionları əhatə etmiş folklor musiqisi, mərasim musiqisi, aşıq və muğam sənəti növ və janr baxımından olduqca rəngarəng və zəngindir. Naxçıvanın ənənəvi musiqi mədəniyyətinin və musiqi yaradıcılığının belə zəngin janr və növlərə malik olması bilavasitə musiqi ifaçılığının da istiqamətlərini müəyyən etmişdir. Bir sözlə, Naxçıvanda musiqi ifaçılığının istiqamətləri, növləri musiqi janrları ilə əlaqədə yaranmış və inkişaf etmişdir. Beləliklə, Naxçıvanın qədim tarixə və mədəniyyətə malik bir diyar kimi Azərbaycan mədəniyyətinin formalaşmasında və inkişafında xüsusi rolu və yeri vardır. Azərbaycan mədəniyyətinin inkişafı kontekstində Naxçıvan musiqi həyatının əsas istiqamətlərinin öyrənilməsi böyük əhəmiyyətə malikdir
Authors and Affiliations
Nicat Həsənov
CULTURE IDENTITY AND SOCIETY OF AZERBAIJAN, NEW INSTITUTIONAL LINKAGES OF ZAGATALA AND AZERBAIJAN
Abstract This article talks about the unique history, culture, and traditions of the few peoples living in the Zagatala region of the Republic of Azerbaijan. Azerbaijan is a state that has been an example to mankin...
All-Turkish Lexical Layer in Turkic Languages and Uzbek Language Dialects
Abstract It is known that the study of dialects is one of the urgent issues of today's linguistics. World linguistics has made significant progress in the field of dialectology in the study of dialects, in creating a...
Химический и аминокислотный состав зерно амаранта
Исследования проводились в связи с необходимостью расширением выращивания амаранта, в частности, определение видов, которые могут расти в Азербайджане. Учитывая высокую пищевую ценность амаранта и продуктов их переработк...
İngilis dilində frazeoloji vahidlərin üslubi xüsusiyyətləri
Məqalədə ingilis dilindəki frazeoloji vahidlərin üslubi xüsusiyyətlərindən bəhs olunur. Bu məqsədlə onların bədii dildəki funksiyalarının təhlilinə önəm verilir. Təhlillər nəticəsində məlum olur ki, ingilis dilində xalq...
KONFİDENSİALLIQ REPRODUKTİV TEXNOLOGİYALARIN TƏTBİQİ ZAMANI YARANAN ETİK VƏ HÜQUQİ PROBLEM KİMİ
Xülasə Məqalə tibbi hüququn aktual mövzularından biri olan reproduktiv texnologiyaların tətbiqi zamanı yaranan başlıca etik problemlərə – konfidensiallığın təmin edilməsinə həsr edilmişdir. Məqalədə konfidensiallıq ya...