ABŞERON RAYONU ZEYTUNALTI SUVARILAN BOZ-QONUR TORPAQLARIN MÜNBİTLİK MODELİ

Journal Title: Nature & Science - Year 2023, Vol 5, Issue 5

Abstract

Abşeron rayonunun coğrafi mövqeyi, relyefi, iqlimi, hidroqrafiyası, bitki örtüyü haqqında məlumat verilmişdir. Zığ qəsəbəsindəki zeytunaltı torpaqlardan 3 kəsim götürülmüşdür. Bu torpaq nümunələri Torpaqşünaslıq və Aqrokimya İnsitutunda analiz olunmuşdur. Bu torpaqlarda münbitliyin əsas göstəriciləri – humus, ümumi azot, mütəhərrik fosfor, mübadiləvi kalium, qranulometrik tərkib, pH və udulmuş əsasların miqdarı müəyyən edilmişdir. Sonra həm torpağın fiziki, fiziki-kimyəvi və kimyəvi xassələri haqqında məlumatlar toplanmış, onların əsasında zeytunaltı torpaqların münbitlik modelləri tərtib edilmişdir. Bu analizlərin nəticələri münbitlik modelinin bloklarında əks olunmuşdur. Monitorinq nəticəsində müəyyən olunmuşdur ki, 1994-2022-ci illər ərzində bu torpaqlarda humus 0,1 %, humus ehtiyatı 0,1 t/hektar, ümumi fosfor 0,01 %, ümumi kalium 0,21 %, udulmuş əsasların cəmi 0,2 mq.ekv, məsaməlik 2 %, N/NH4 0,3 mq/kq, <0,01 mm 1,2 %, >0,25 mm 1%, CO2 0,03 % azalmış, ümumi azot 0,01 %, pH 0,1; hiqroskopik nəmlik 0,02 %, sıxlıq 0,03 q/sm3, N/NO3 0,2 mq/kq artmışdır. Bu torpaqların idarə edilməsi üçün tədbirlər sistemi hazırlanmışdır.

Authors and Affiliations

Aynur Məmmədova

Keywords

Related Articles

AZƏRBAYCANDA BECƏRİLƏN BƏZİ ÇAY SORTLARININ BİOKİMYƏVİ KOMPANENTLƏRİ VƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ

Məqalədə Azərbaycanda becərilən bəzi çay sortlarının biokimyəvi kompanenrtləri və keyfiyyət göstəriciləri haqqında məlunmat verilir. Elmi tədqiqat işində AMEA-nın Lənkəran Regional Elmi Mərkəzdə salınmış Çin çay növmüxt...

Ecological State and Characteristics of Charadriiformes, Ciconiiformes, and Gruiformes on the Southern Coast of the Caspian Sea

Abstract The paper contains information about the current state of habitats of species of the orders Charadriiformes, Ciconiiformes, and Gruiformes found in the southern coastal part of the Caspian Sea, the influence...

TUT İPƏKQURDUNUN İSTİLİYƏ DÖZÜMLÜ HİBRİDLƏRİNİN YARADILMASI

Xülasə Azərbaycanda qeyri-neft sektoruna aid olan kənd təsərrüfatı sahələrinə: heyvandarlıq, bitkiçilik, çayçılıq, tütünçülük, arıçılıq, ipəkçilik və s. aiddir. Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə...

SU TƏSƏRRÜFATINDA İÇMƏLİ SUYUN İSRAFI VƏ BU İSRAFIN YARATDIĞI CİDDİ FƏSADLAR

Su davamlı inkişaf, eləcə də sosial-iqtisadi inkişaf, enerji və qida istehsalı, sağlam ekosistemlər və insanların sağ qalması üçün çox vacibdir. Su həm də cəmiyyət və ətraf mühit arasında kritik bir əlaqə olmaqla, iqlim...

QAYNAMA TEMPERATURUNUN TƏZYİQDƏN ASLILIĞINI İFADƏ EDƏN EMPİRİK MODEL

“Atmosfer təzyiqi yarıya qədər azaldıqda, maddənin qaynama temperaturu təxminən 15 azalır”. Empirik qaydası riyazi modellə əvəz edilmişdir. Təklif edilən riyazi formul Pv ≤ 1 ˂ 760 mm. CS intervalı üçün doğrudur. Təmizl...

Download PDF file
  • EP ID EP759229
  • DOI 10.36719/2707-1146/32/50-59
  • Views 43
  • Downloads 0

How To Cite

Aynur Məmmədova (2023). ABŞERON RAYONU ZEYTUNALTI SUVARILAN BOZ-QONUR TORPAQLARIN MÜNBİTLİK MODELİ. Nature & Science, 5(5), -. https://europub.co.uk/articles/-A-759229