ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ VEB PORTALLARIN TƏTBİQİ XÜSUSİYYƏTLƏRİ VƏ ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 3
Abstract
Xülasə Müasir təhsil bazarında veb portallar ali təhsil müəssisələri (ATM) üçün həyati əhəmiyyət kəsb edən alətlərdən birinə çevrilmişdir. Ona görə ki, veb portallar bütün akademik heyət arasında qarşılıqlı əlaqə vasitəsi və səmərəli ünsiyyət kanalı kimi mühüm rol oynayır. Eyni zamanda, veb portallar ATM-in sahib olduğu bütün informasiya resurslarının bir mərkəzdən və effektiv idarə olunmasına şərait yaratmaqla ATM-lərin rəqabət qabiliyyətinin artırılmasının açar elementlərindən biri kimi çıxış edir. Ona görə ki, veb portallardan istifadə ATM-lərə daha çox tələbə cəlb etməyə, eləcə də, interaktiv və innovativ tədris metodlarını tətbiq etməyə imkan verir. Məqalənin yazılması zamanı məzmun təhlili, ədəbiyyat icmalı, müqayisə və ümumiləşdirmə kimi tədqiqat metodlarından istifadə edilməklə veb portalların ATM-lərdə tətbiqini şərtləndirən amillər, ATM-lərdə veb portallardan istifadənin əsas məqsədləri, eləcə də, təmin etdiyi üstünlüklər və tələbələrin təhsil portallarından istifadə göstəriciləri araşdırılmışdır. Bundan başqa, Azərbaycanda veb portalın uğurlu tətbiqi baxımından seçilən UNEC-in təcrübəsi öyrənilmiş və rəqəmsal universitet modelində veb portalların əsas funksiyaları tədqiq olunmuşdur.
Authors and Affiliations
Bəhruz Əlizadə
MAIN TRENDS IN RISK MANAGEMENT IN PUBLIC ADMINISTRATION
The article analyzes the main trends in risk management in public administration, which currently have significant importance in the formation of a quality system capable of increasing the overall performance and efficie...
BANKLARIN YENİDƏN TƏŞKİLİ PROSESİ
Xülasə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən dərhal sonra qəbul edilmiş qanunvericilik aktlarından biri “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının 1991-ci...
Ümumtəhsil məktəblərinin V siniflərində “Natural ədədlər. Say sistemləri. Çoxrəqəmli ədədlər” mövzusu üzrə materialların mənimsədilməsi texnologiyası
Xülasə Məqalədə ümumtəhsil məktəblərinin V siniflərində riyaziyyat fənninin məzmununda özünə yer alan “Natural ədədlər. Say sistemləri. Çoxrəqəmli ədədlər” mövzusu üzrə materialların tədrisi prosesində şagirdlərin sub...
XXI ƏSRİN ƏVVƏLLƏRİNDƏ TÜRKİYƏNİN YAXIN VƏ ORTA ŞƏRQ SİYASƏTİNİN İNKİŞAFI
2002-ci ildə hakimiyyətə gələn AKP hökuməti Soyuq Müharibədən sonrakı dövrdə Türkiyənin xarici siyasətinin mühüm qırılma nöqtələrindən birini təmsil edir. Qurulduğu gündən bəri Qərb yönümlü xarici siyasət yürüdən Türkiyə...
İqtisadi tənzimləmədə sanksiyaların ölkə iqtisadiyyatına təsiri məsələləri: Rusiya nümunəsində
Təqdim olunan araşdırma Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaların bu ölkənin iqtisadiyyatı, sosial həyatı və valyuta bazarına təsirlərini əhatə edir. Sanksiyalar əsasən enerji, maliyyə və istehsal sahələrinə...