Alman maarifçi mütəfəkkirləri və onların klassizmə qarşı mübarizəsi
Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 1
Abstract
Xülasə Müəllifin qeyd etdiyi kimi, maarifçilik dövrü Avropada burjua inqilablarına hazırlıq dövrü, feodal quruluşuna və onun ideologiyasına qarşı mübarizə dövrü kimi başa düşülür. Bütün ölkələrdə maarifçi mütəfəkkirlər o vaxtkı mütərəqqi, inqilabçı burjua sinfinin nümayəndələri idilər. O dövrün özəlliyi onda idi ki, maarifçilik mütəfəkkirləri feodal qaydalarına, təhkimçiliyə, kilsənin hər şeyə qadirliyinə etiraz edərək xalqın bütün demokratik təbəqələrinin mənafeyini təmsil edirdilər və Almaniyada milli birləşmənin tərəfdarı idilər. Müəllifin fikrincə, bütün Avropada maarifçilik hərəkatının inqilabi əhəmiyyəti bu idi. Avropanın hər bir ölkəsində maarifçilik, xüsusən də inqilabi istəklərinin dərəcəsi baxımından xüsusi xarakter daşıyırdı. Maarifçilik dövrünün mütəfəkkirlərinin bir çoxu hesab edirdilər ki, ağıl səltənətinə sülh yolu ilə, ilk növbədə, bütün insanların yenidən tərbiyəsi və hər şeydən əvvəl, ağlı başına gəlməli olan monarxların yenidən tərbiyəsi ilə nail olmaq olar. Müəllifin dediyi kimi, o dövrdə ədəbiyyata insanların əxlaqi-intellektual tərbiyəsi və kamilləşməsinin təsirli vasitəsi kimi baxılırdı. O dövrdə bu qəbildən olan bir çox jurnallar var idi ki, onların mövzuları əsasən təhsil əxlaqı, o cümlədən qadınların təhsili, uşaqların təhsili, moda, o cümlədən ədəbiyyat, teatr, dil, və din idi. Siyasi məsələlər demək olar ki, müzakirə olunmurdu. Fransız maarifçiliyindən fərqli olaraq, alman maarifçiliyi siyasi xarakter daşımırdı, daha çox ədəbi xarakter daşıyırdı. Alman səfaləti maarifçiliyin üsyankar xarakterini zəiflətdi; ölkənin parçalanması alman maarifçi mütəfəkkirlərini inqilaba olan bütün ümidlərini itirməyə vadar etdi. 18-ci əsrin ortalarına qədər alman ədəbiyyatı çox yavaş inkişaf etdi və bir qədər sonra Lessinq, Höte və Şiller kimi dünya səviyyəli böyük şəxsiyyətlər yetişdirdi. Alman maarifçiliyinin ən məhsuldar dövrü yalnız 50-60-cı illərdə Lessinqlə başladı.
Authors and Affiliations
Ofelya Müslümova
ANALYSIS OF THE LISBON TREATY: HOW DOES THE LISBON TREATY REFORM EU INSTITUTIONS
Abstract The signing of the Lisbon Treaty is indeed a vital event for the European Union, main international actors and global powers. This article focuses on the main institutional changes of the EU after the entry i...
HAKİMİYYƏT BÖLGÜSÜ PRİNSİPİ
Hakimiyyətlər bölgüsü nəzəriyyəsi yarandığı andan bu günə qədər hər dövrdə önə çəkilmiş və demokratik dövlətlərin formalaşmasında əsas prinsiplərdən biri kimi qəbul edilmişdir. Müxtəlif dövlətlərdə hakimiyyətlərin bölünm...
THE WAR IN UKRAINE AND ITS IMPLICATIONS FOR THE EURASIAN ECONOMIC UNION
The dissolution of the Soviet Union in 1991 prompted newly independent states to seek integration and alignment with other countries and blocks, thereby shaping their foreign policies. One of the significant initiatives...
DAXİLİ TURİZM BAZARININ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ GÖRÜLƏN DÖVLƏT TƏDBİRLƏRİ VƏ PROQRAMLARI
Xülasə Tədqiqatın məqsədi: Məqsəd, axili turizm bazarını gücləndirmək üçün dövlət tərəfindən həyata keçirilən müxtəlif tədbirləri və proqramları qiymətləndirmək və təhlil etməkdir. Yerli turizmin təşviqinə yönəlmiş ma...
Perinatal risk amillərinin uşaqlarda bətndaxili infeksiyaların klinik gedişinə təsiri
Xülasə Məqalədə bətndaxili infeksiya ilə doğulan erkən yaşlı uşaqların sağlamlıq vəziyyətinə dair qısa məlumatlar verilmiş və son illər bu problemin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrübə paylaşılmışdır. Bət...