Perinatal risk amillərinin uşaqlarda bətndaxili infeksiyaların klinik gedişinə təsiri
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 11
Abstract
Xülasə Məqalədə bətndaxili infeksiya ilə doğulan erkən yaşlı uşaqların sağlamlıq vəziyyətinə dair qısa məlumatlar verilmiş və son illər bu problemin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrübə paylaşılmışdır. Bətndaxili infeksiya ilə doğulan erkən yaşlı uşaqların xəstələnmə səviyyəsinin öyrənilməsi göstərir ki, müvafiq olaraq vaxtında və vaxtından əvvəl doğulanlarda tənəffüs orqanlarının xəstəlikləri (56,3 ± 4,9 % və 62,8 ± 7,4 %), qan və qanyaradıcı orqanların xəstəlikləri (34,0 ± 4,7 % və 30,2 ± 7,0 %), infeksion xəstəliklər (35,0 ± 4,7 % və 23,3 ± 6,4 %), sinir sisteminin xəstəlikləri 24,3 ± 4,2 %, 27,9 ± 6,8 % statistik dürüst artmışdır (p<0,001). Bətndaxili infeksiyanın ağır forması ilə doğulan uşaqların orqanizminin morfofunksional xüsusiyyətlərini aşkar etmək məqsədilə kompleks müayinələrin aparılması vacibdir. Bətndaxili infeksiya ilə doğulan uşaqlarda xronik patologiyaların formalaşmasını nəzərə alaraq, bu uşaqlar dispanser qeydiyyata alınmalıdırlar.
Authors and Affiliations
Aygün Məmmədova, Sevinc İsmayılova, Nuranə Hüseynova, Fəxriyyə Əmrahova
MƏİŞƏT ZORAKILIĞI QURBANLARINA YARDIM ZAMANI KONFİDENSİALLIĞIN TƏMİN EDİLMƏSİ: BEYNƏLXALQ NORMALAR ƏSASINDA ARAŞDIRMA
Xülasə Məişət zorakılığı və ya qadınlara qarşı zorakılıq cinayət, insan hüquqları pozuntusu və ayrı-seçkiliyin bir formasıdır. Onlarla həm milli, həm də beynəlxalq sferada mübarizə aparılır. Beynəlxalq təşkilatlar...
İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ ÇAYLARIN AXINLARINDAN HİDROENERGETİKA VƏ SUVARMA MƏQSƏDİ İLƏ MƏNİMSƏNİLMƏSİ ÜÇÜN YENİ HİDROTEXNİKİ QURĞULARIN İŞLƏNMƏSİ
Məqalədə, işğaldan azad edilmiş ərazilərin çaylarında, hidroloji müşahidə məntəqələrinin məlumatlarına əsasən, orta illik su sərfinin, çay axının lilliyinin öyrənilməsi və təhlili, orta çoxillik çöküntülərin miqdarı və ö...
İSPAN HÜQUQİ MƏTNLƏRİNİN MƏDƏNİ XÜSUSİYYƏTLƏRİNİN TƏRCÜMƏ PROBLEMLƏRİ
Xülasə Təqdim edilən məqalədə ispan dilində hüquqi mətnlərin tərcüməsində mədəni xüsusiyyətlərin əsas rolunu və işlənən terminlərin dəqiq verilməsinin əhəmiyyətini vurğulayacağıq. Hər bir ölkənin hüquq sisteminə xas o...
RADİOAKTİV TULLANTILAR VƏ ONLARIN ƏTRAF MÜHİTƏ TƏSİRİ
Xülasə Xülasədə dünyada milyon tonlarla mövcud olan radioaktiv tullantılar və onların ətraf mühitə təsirinin nəticələri müzakirə olunmuşdur. Artıq 50 ildən çoxdur ki, radioaktiv tullantıların utilizasiyası mütəxəssisl...
YARIMKEÇİRİCİ OPTİK KVANT GENERATORU VƏ ONUN ELEKTROENERGETİKA SİSTEMLƏRİNƏ TƏTBİQİ
Xülasə Optik kvant generatorların köməyi ilə böyük intensivlikli nöqtəvi və ya müstəvi işıq mənbələri almaq mümkün olur. Elektrik enerjisi yarımkeçirici kvant generatorları vasitəsi ilə işıq enerjisinə çevrilir. Belə...