Almaniyada Azərbaycan diasporunun təşəkkülü tarixindən

Journal Title: Ancient Land - Year 2025, Vol 7, Issue 1

Abstract

Bu məqalədə Azərbaycan diasporunun Almaniya Federativ Respublikasında yaranması, fəaliyyəti və təşəkkülündən bəhs olunur. Diasporumuzun Almaniyada yaranış tarixi və fəaliyyətində açar rolu oynamış ictimai xadimlər haqqında və ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Almaniyada Azərbaycan diasporunun daha da qüvvətlənməsi və ardıcıl işləməsi qeyd olunur. Tarixən qədim köklərə malik olan Almaniya – Azərbaycan əlaqələri, bu əlaqələrin təşəkkülündə əhəmiyyətli rol oynayan insanlardan bəhs olunan məqalədə, hələ Birinci Dünya müharibəsindən əvvəl Azərbaycanda yaranmış alman konsulluğundan söz açılır. Azərbaycanda – Gədəbəydə mis mədənlərində çalışan almaniyalı mütəxəssislərin təkidi ilə bu ərazidə, sonra isə Bakıda yaranmış alman konsulluğunda və onun alman-Azərbaycan dostluq əlaqələrinin yaran­masından bəhs olunur. Eyni zamanda konsulluğun 1905-ci il fevral ayında ermənilərin Azərbaycanın müxtəlif rayonlarında və Bakı şəhərində azərbaycanlılara qarşı törətdiyi qətliamdan da söz açılır. Məqalədə hələ Birinci Dünya müharibəsindən əvvəl və Çar Rusiyası dövründə Azərbaycan ziyalılarının Almaniyada gələcəkdə Azərbaycan diasporunun yaradılmasındakı fəa­liyyətindən danışılır. Beləliklə, məqalədə, əsasən, Almaniyada fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyətindən, təşəkkülü tarixindən danışılaraq, bu günümüzdə diasporun qloballaşan dünyamızda Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə düzgün şəkildə çatdırmaqda mühüm əhəmiyyət kəsb etdiyi vurğulanır.

Authors and Affiliations

Vüqar Abdullayev

Keywords

Related Articles

THE ECONOMIC CRISIS OF THE REGULATION OF THE WORKING SYSTEM: ARTIFICIAL INTELLIGENCE

Abstract In this study, it is aimed to examine the role of artificial intelligence in human resources management. At the same time, it has been tried to examine how artificial intelligence provides support in basic pr...

MƏİŞƏT ZORAKILIĞI İNSAN HÜQUQLARININ POZUNTUSU KİMİ. MƏİŞƏT ZORAKILIĞI İLƏ ƏLAQƏDAR DÖVLƏTİN POZİTİV ÖHDƏLİKLƏRİ VƏ MƏİŞƏT ZORAKILIĞININ QARŞISININ ALINMASI İLƏ ƏLAQƏDAR ŞƏXSİN AZADLIQ HÜQUQUNUN MƏHDUDLAŞDIRILMASI

Xülasə İrqindən, rəngindən, cinsindən, dinindən və siyasi əqidəsindən asılı olmaya­raq bütün insanların eyni statusa malik olması və hər kəsin insan hüquqlarından bərabər faydalanması müasir demokratik cəmiyyətin əsas...

BİOLOGİYANIN TƏDRİSİNDƏ RƏQƏMSAL TƏHSİL KONSEPSİYASI

Xülasə Məqalədə XXI əsr bacarıqlarının, STEAM metodunun, həmçinin rəqəmsal bacarıqların bioloji təhsildə rolundan, konsepsiyasından bəhs edilir. Müasir dövr üçün aktual olan bacarıqların formalaş­dırılması imkanları g...

Azərbaycanda sığorta bazarının fəaliyyətinin təhlili

Xülasə Maliyyə sisteminin tərkib hissəsi olan sığorta – bir iqtisadi kateqoriya olaraq, baş verən bu və ya digər xoşagəlməz hallardan, fövqəladə hadisələrdən vurulan ziyanın aradan qaldırılması, vətən­daşların şəxsi h...

PRIORITY DIRECTIONS OF YOUTH AND EDUCATIONAL POLICY IMPLEMENTED BY THE PRESIDENT OF THE REPUBLIC OF AZERBAIJAN ILHAM ALIYEV

Abstract One of the most important foundations for the survival and development of a nation is the country’s youth and the state’s youth policy. Youth is the support and future of the state and society. Youth is the m...

Download PDF file
  • EP ID EP758376
  • DOI 10.36719/2706-6185/43/35-39
  • Views 5
  • Downloads 0

How To Cite

Vüqar Abdullayev (2025). Almaniyada Azərbaycan diasporunun təşəkkülü tarixindən. Ancient Land, 7(1), -. https://europub.co.uk/articles/-A-758376