MƏİŞƏT ZORAKILIĞI İNSAN HÜQUQLARININ POZUNTUSU KİMİ. MƏİŞƏT ZORAKILIĞI İLƏ ƏLAQƏDAR DÖVLƏTİN POZİTİV ÖHDƏLİKLƏRİ VƏ MƏİŞƏT ZORAKILIĞININ QARŞISININ ALINMASI İLƏ ƏLAQƏDAR ŞƏXSİN AZADLIQ HÜQUQUNUN MƏHDUDLAŞDIRILMASI
Journal Title: Ancient Land - Year 2023, Vol 5, Issue 11
Abstract
Xülasə İrqindən, rəngindən, cinsindən, dinindən və siyasi əqidəsindən asılı olmayaraq bütün insanların eyni statusa malik olması və hər kəsin insan hüquqlarından bərabər faydalanması müasir demokratik cəmiyyətin əsas dəyərlərindən birini təşkil edir. Lakin uzun müddət ərzində insan hüquqlarının həmişə kişilərə aid olduğu düşünülmüş və bəşər övladının yarısını təşkil edən qadınların hüquqları kişilərlə müqayisədə daha çox pozulmuşdur. Son bir neçə onillikdə qadınların hüquqlarının daha yaxşı müdafiəsi istiqamətində beynəlxalq, regional və milli səviyyədə gerçəkləşdirimiş mühüm hüquqi islahatlara dair çoxlu nümunələr olsa da bu istiqamətdə problemlər hələ də qalmaqdadır. Məqalədə bununla əlaqədar olaraq insan hüquqlarının universallığı prinsipindən, qadınlara qarşı zorakılığın ən geniş yayılmış formalarından biri olan məişət zorakılığı ilə bağlı dövlətin pozitiv öhdəliklərindən bəhs edilir və məişət zorakılığının qarşısının alınması ilə əlaqədar şəxsin azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı məsələlər Avropa İnsan Hüquqları Konvensiyasının və onun nəzarət orqanı olan Avropa İnsan Hüquqları Məhkəməsinin rolu və təsiri çərçivəsində müzakirə edilir.
Authors and Affiliations
Nuranə İbadova
TƏHSİL MÜƏSSİSƏSİNİN İDARƏ EDİLMƏSİNİN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ
Xülasə Təhsilin idarə edilməsi dinamik bir sistem olmaqla, lazımi idarəetmə qərarları qəbul etmək üçün inkişaf perspektivləri haqqında proqnozlaşdırıcı məlumatlar tələb edir. Bu prosesdə keyfiyyət üzrə proqnozlaşdırı...
AVROPA İTTİFAQI ÇƏRÇİVƏSİNDƏ ŞİRKƏTLƏRIN AQRESSİV VERGİ PLANLAMASI, MEXANİZMLƏRİ VƏ MÜBARİZƏ YOLLARI
Xülasə Şirkətlər vergidən yan keçmək və öz vergi öhdəliklərini azaltmaq məqsədilə aqressiv vergi planlaması həyata keçirirlər. Aqressiv vergi planlaması müxtəlif mexanizmlərdən istifadə olunmaqla həyata keçirilir. Mə...
Epic-Mythological Motifs in Garabagh Quatrains (Bayati)
“Bayati” (quatrains), which is literally an artistic and aesthetic miracle of Turkic poetic thinking, is also a living source of history reflecting the entire history of the Azerbaijani poetic thinking system. In these e...
MÜASİR DEMOKRATİK DÖVLƏTDƏ SEÇKİ İNSTİTUTU
Xülasə Məqalə müasir demokratik dövlətdə seçki sisteminin yeri və roluna həsr olunmuşdur. Burada seçki sisteminin anlayışına və onun mahiyyətinə toxunulmuş, seçki sisteminin hakimiyyətin nümayəndəli orqanlarının forma...
Qəbələ RLS-si və raket əleyhinə müdafiə sistemləri ilə bağlı Rusiya-ABŞ əməkdaşlığı problemi
2002-ci ildə ABŞ-nin 1972-ci il Raket əleyhinə müdafiə sistemləri ilə bağlı müqaviləsindən çıxması ona NATO ölkələrinin strateji təhlükəsizliyini təmin etməli olan qlobal milli raketdən müdafiə sisteminin yaradılması pro...