AVROPA İTTİFAQI ÇƏRÇİVƏSİNDƏ ŞİRKƏTLƏRIN AQRESSİV VERGİ PLANLAMASI, MEXANİZMLƏRİ VƏ MÜBARİZƏ YOLLARI
Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 4
Abstract
Xülasə Şirkətlər vergidən yan keçmək və öz vergi öhdəliklərini azaltmaq məqsədilə aqressiv vergi planlaması həyata keçirirlər. Aqressiv vergi planlaması müxtəlif mexanizmlərdən istifadə olunmaqla həyata keçirilir. Məqalədə aqressiv vergi planlamasının əsas mexanizmləri hesab edilən borcun köçürülməsi, hibrid uyğunsuzluq, daimi nümayəndəlik statusundan süni şəkildə yayınma, vergi müqaviləsindən sui-istifadə, vergi qərarı kimi mexanizmlər qeyd olunmuş və həmin mexanizmlər barədə qısa izahlar verilmişdir. Aqressiv vergi planlaması ilə mübarizə hazırda bir çox dünya ölkələrini, həmçinin də Avropa İttifaqını ciddi düşündürən məsələlərdəndir. Belə ki, şirkətlərin aqressiv vergi planlaması nəticəsində vergi öhdəliklərindən yan keçməsi dövlətlərin büdcə gəlirinin əsasını təşkil edən vəsaitdən məhrum olmasına gətirib çıxardır. Aqressiv vergi planlaması ilə mübarizədə Avropa Komissiyası tərəfindən qəbul olunmuş “Vergidən Yayınmaya Qarşı Direktiv” (ATAD), həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi" (BEPS) layihəsi bu sahədə mühüm əhəmiyyətə malikdir. ATAD aqressiv vergi planlaması ilə mübarizədə faiz məhdudiyyəti, çıxış vergisi, sui-istifadəyə qarşı ümumi qaydalar (GAAR), nəzarət olunan xarici müəssisə və hibrid uyğunsuzluqla mübarizə qaydalarını müəyyən etmişdir.
Authors and Affiliations
Mədinə Abbaszadə
Almaniyada Azərbaycan diasporunun təşəkkülü tarixindən
Bu məqalədə Azərbaycan diasporunun Almaniya Federativ Respublikasında yaranması, fəaliyyəti və təşəkkülündən bəhs olunur. Diasporumuzun Almaniyada yaranış tarixi və fəaliyyətində açar rolu oynamış ictimai xadimlər haqqın...
The Policy of the Barka Family in Spain (238-219 BCE)
The policy of the Barcid family in Spain (238–219 BCE) played a crucial role in shaping the geopolitical landscape of the Western Mediterranean during the late third century BCE. Following the end of the First Punic War,...
İfaçılıq sənətinin formalaşmasında fortepiano məktəbinin rolu
XVIII əsrdə fortepiano alətinin yaranması klavir ifaçılığında yeni bir dövrün təməlini atdı. Bu zaman musiqi dili, ifadəliliyi öz xarakterini dəyişdi, musiqi məzmununun çətinləşməsi not yazısının mürəkkəbləşməsi, müəllif...
SECTORAL ANALYSIS OF FOREIGN INVESTMENT
Abstract As a principal bridge between Europe and Asia, Turkey attracts high foreign investments in many fields due to its strategic location and strong economic policies. Through this paper, one can get insight into...
QEYRİ-VERBAL ÜNSİYYƏT
Xülasə Məqalə qeyri-verbal, yəni sözsüz ünsiyyətə həsr olunub. Sözsüz ünsiyyətin xüsusiyyətləri və onun sözlü ünsiyyətlə olan fərqləri və əlaqəsi analiz edilmişdir. Bədən dili, mimiklər, işarələr, aktiv və passiv jest...