MÜASİR DEMOKRATİK DÖVLƏTDƏ SEÇKİ İNSTİTUTU

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 2

Abstract

Xülasə Məqalə müasir demokratik dövlətdə seçki sisteminin yeri və roluna həsr olunmuşdur. Burada seçki sisteminin anlayışına və onun mahiyyətinə toxunulmuş, seçki sisteminin hakimiyyətin nümayəndəli orqanlarının formalaşması prosesinə təsiri nəzərdən keçirilmişdir. Məqalədə həmçinin əsas seçki sistemləri, onların növləri və əsas xüsusiyyətləri verilmişdir. Məlum olduğu kimi, dünya ölkələri üzrə hazırda yüzdən çox seçki sistemlərindən istifadə edilir. Lakin kəmiyyət baxımından bu sistemlərdən üçü – majoritar, proporsional və qarışıq seçki sistemləri daha çox ölkələrdə tətbiq edildiyindən əsas seçki sistemləri hesab olunur. Dünya təcrübəsi onu göstərir ki, hər hansı bir ölkədə seçki sisteminin seçimi həmin ərazidə yaşayan insanların sosial-psixoloji durumu, dövlət idarəetməsinə münasibəti, ölkədəki siyasi mühitin məzmunu, xüsusilə siyasi partiyaların çoxluğu və onların fəaliyyəti ilə sıx bağlıdır. Majoritar seçki sistemi formaca daha sadə olduğundan bu seçki sistemi əksər dünya ölkələrində tətbiq olunur. Proporsional seçki sisteminə keçid üçün ölkədə siyasi partiyaların çoxluğu mühüm şərtlərdən hesab edilir. Məqalədə həmçinin qanunvericilik orqanlarının formalaşması proseslərinə təsir nöqteyi-nəzərindən əsas seçki sistemlərinin xüsusiyyətləri verilmiş, həmçinin bu sistemlərin əsas üstünlükləri və çatışmazlıqlarına toxunulmuşdur.

Authors and Affiliations

Orxan Xaspoladov

Keywords

Related Articles

Fransız dilində feili metaforalar

Xülasə Metafora leksik məcaz növlərindən biridir. Sözlərin polisemiyası onların metaforlaşmasına im­kan verən əsas xüsusiyyətdir. İsim və sifətlərdə olduğu kimi feillərin də metaforlaşması mövcuddur. Feillər cümlədə...

MÜASİR DÖVRDƏ İCTİMAİ TƏRƏQQİ VƏ DİLİN İNKİŞAFI

Xülasə Müasir ingilis dilinin tədrisində, onun yeni kommunikativ, interaktiv və imitativ metod və üsullarından istifadə etməklə öyrənilməsində xüsusi dəyişikliklər müşahidə olunduğu üçün bu məqalə müasir ingilis dilin...

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ NAXÇIVANDA SİYASİ VƏZİYYƏT

Xülasə Məqalədə Azərbaycan Xalq Cümhuriyyəti illərində Naxçıvanda hökm sürən siyasi vəziyyət, ermənilərin burada törətdikləri vəhşiliklər o dövrə aid sənəd və materialların köməyi ilə geniş şəkildə işıqlandırılmışdır....

Azərbaycanda kapital bazarlarının inkişaf istiqamətləri

Xülasə Azərbaycanda kapital bazarlarının inkişaf istiqamətləri ölkənin iqtisadi yüksəlişinə töhfə verəcək strategiyalar və islahatlarla formalaşır. Kapital bazarlarının inkişafı həm yerli, həm də xarici investorların...

Ekspozisiyanın bədii tərtibatı

Bizim cəmiyyətin mədəni həyatında muzeylərin artan rolu onların çoxfəaliyyətli xidmət proqramları muzey təcrübəsinin hərtərəfli təkmilləşdirmə formada olması məsələsini qarşıya qoyur. Ekspozisiyanın müasir bədii-memarlıq...

Download PDF file
  • EP ID EP749585
  • DOI 10.36719/2706-6185/32/73-77
  • Views 28
  • Downloads 0

How To Cite

Orxan Xaspoladov (2024). MÜASİR DEMOKRATİK DÖVLƏTDƏ SEÇKİ İNSTİTUTU. Ancient Land, 6(2), -. https://europub.co.uk/articles/-A-749585