Azərbaycanda kapital bazarlarının inkişaf istiqamətləri

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 8

Abstract

Xülasə Azərbaycanda kapital bazarlarının inkişaf istiqamətləri ölkənin iqtisadi yüksəlişinə töhfə verəcək strategiyalar və islahatlarla formalaşır. Kapital bazarlarının inkişafı həm yerli, həm də xarici investorların diqqətini cəlb etmək, maliyyə dərinliyini artırmaq və iqtisadiyyatın diversifika­siyasını təmin etmək üçün çox vacibdir. İnvestorlar və şirkətlər üçün mühüm resurs təmin etməklə yanaşı, kapital bazarları iqtisadi artımı dəstəkləyən bir çox üstünlüklər təklif edir. Kapital bazarlarının inkişafı iqtisadi inkişafı sürətləndirir və maliyyə sabitliyini dəstəkləyir. Odur ki dövlətin və müvafiq qurumların kapital bazarlarının inkişafı istiqamətində səyləri ölkənin uzunmüddətli iqtisadi məqsədlərinə çatmaqda mühüm rol oynayır. Məqalədə maliyyə bazarının fəaliyyətinin nəzəri və praktik aspektləri müzakirə olunur, müxtəlif maliyyə alətlərinin gəlirlilik səviyyəsinin dinamikası və maliyyə bazarının seqmentlərinin inkişaf dərəcəsi təhlil edilir.

Authors and Affiliations

Təbriz Əliyev Azərbaycan Dövlət İqtisad Universiteti doktorant

Keywords

Related Articles

Fransız dilində feili metaforalar

Xülasə Metafora leksik məcaz növlərindən biridir. Sözlərin polisemiyası onların metaforlaşmasına im­kan verən əsas xüsusiyyətdir. İsim və sifətlərdə olduğu kimi feillərin də metaforlaşması mövcuddur. Feillər cümlədə...

Şirkətlərin xarici iqtisadi fəaliyyətinin təhlili və audit qiymətləndirilməsi

Şirkətlərin xarici iqtisadi fəaliyyətinin təhlili və audit qiymətləndirilməsi, müəssisələrin bey­nəlxalq bazarda fəaliyyət göstərməsi ilə əlaqədar maliyyə və əməliyyat risklərini idarə etməyə kömək edən vacib prosesdir....

MÜASİR DEMOKRATİK DÖVLƏTDƏ SEÇKİ İNSTİTUTU

Xülasə Məqalə müasir demokratik dövlətdə seçki sisteminin yeri və roluna həsr olunmuşdur. Burada seçki sisteminin anlayışına və onun mahiyyətinə toxunulmuş, seçki sisteminin hakimiyyətin nümayəndəli orqanlarının forma...

ESTETİK TƏRBİYƏNİN FORMALAŞDIRILMASINDA MUSİQİ ŞƏXSİYYƏTİNİN İSTİQAMƏTİ

Xülasə Estetik tərbiyə işində musiqinin yeri və rolundan bəhs olunur. Musiqi hər bir insanın tərbiyəsi üçün həqiqi təbii vasitədir. Musiqinin təsiri altında yaxşı hisslərin yaranması, xeyirxah işlərin yerinə yetirilmə...

AZƏRBAYCANDA MÖVCUD OLAN İSLAMDAN QABAQKI ARXEOLOJİ VƏ TARİXİ-MEMARLIQ ABİDƏLƏRİ

Xülasə Bəşər sivilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycandır. İlk növbədə buna səbəb insanların yaşaması üçün mülayim və münasib təbii şərait olmuşdur. Bizim ərazilərimizdə aparılmış arxeolo...

Download PDF file
  • EP ID EP744269
  • DOI 10.36719/2706-6185/38/21-25
  • Views 41
  • Downloads 0

How To Cite

Təbriz Əliyev Azərbaycan Dövlət İqtisad Universiteti doktorant (2024). Azərbaycanda kapital bazarlarının inkişaf istiqamətləri. Ancient Land, 6(8), -. https://europub.co.uk/articles/-A-744269