ARAZ ÇAYININ SAHİLYANI ƏRAZİLƏRİNDƏ SU QUŞLARININ TREMATODOZ TÖRƏDİCİLƏRİNİN EPİZOOTOLOJİ VƏ EPİDEMİOLOJİ QİYMƏTLƏNDİRİLMƏSİ

Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 10

Abstract

Xülasə 2021-2023-cü illərdə Azərbaycan Respublikasının Araz sahili ərazilərində 21 növə aid olan 128 ədəd su-bataqlıq quşu tam helmintoloji yarma üsulu ilə tədqiq olunmuş, 63 növ trematod tapılmışdır, bunlardan 2 növ Azərbaycan faunası üçün ilk dəfə olaraq müəllif tərəfindən göstərilmişdir. Aşkara çıxarılmış trematodlardan 13 növ epizootoloji və ya epidemioloji əhəmiyyətə malikdir. Bunların əksəriyyəti quşların bağırsağında parazitlik edir, digər orqanların hər birində cəmi bir patogen trematod növü tapılmışdır. Məqalədə bu növlərin, sahibləri və lokallaşması verilməklə, təsnifat icmalı təqdim olunur, onların hər birinin öz sahibinin orqanizminə olan təsiri göstərilir. Belə ki, əldə edilmiş trematodlardan 6 növü quşlarda, 6 növü isə balıqlarda xəstəlik törədir, 1 növ quşlarla xəsrəlik törətməklə yanaşı həm də insanın və yırtıcı ev heyvanlarının bağırsaq parazidir, quşlar üçün təhlükəli olan 2 növün serkariləri suda insana da hücum edib qeyri-spesifik serkarioza səbəb olur,

Authors and Affiliations

Yeganə Mahmudova

Keywords

Related Articles

MÜXTƏLİF DƏYİŞƏNLƏRİN İNKLÜZİV TƏHSİLƏ OLAN MÜNASİBƏTƏ TƏSİRİNİN AZƏRBAYCAN KONTEKSTİNDƏ TƏHLİLİ

Xülasə Azərbaycanda inklüziv təhsil məsələsinə dair hələ də fikir müxtəlifliyi mövcuddur. Bir çox insan bu anlayışın tam mənasını dərk etmir. Bu da hətta bəzən onların inklüziv təhsil yanaşmasına qarşı çıxmasına gətir...

RADİOAKTİV TULLANTILAR VƏ ONLARIN ƏTRAF MÜHİTƏ TƏSİRİ

Xülasə Xülasədə dünyada milyon tonlarla mövcud olan radioaktiv tullantılar və onların ətraf mühitə təsirinin nəticələri müzakirə olunmuşdur. Artıq 50 ildən çoxdur ki, radioaktiv tullantıların utilizasiyası mütəxəssisl...

TÜRKİYƏNİN ORTA ASİYA TÜRKDİLLİ ÖLKƏLƏRİ İLƏ TİCARƏT ƏLAQƏLƏRİNİN TƏHLİLİ

Xülasə 1992-ci ildən etibarən Türkiyə və Asiyada yerləşən Türkdilli dövlətlər arasında diplomatik əlaqələr quruldu. Türkiyə regionda iqtisadi əməkdaşlığı gücləndirmək üçün Orta Asiyada yerləşən Türkdilli ölkələrlə bir...

QIPÇAQLAR HAQQINDA ŞƏRQ TƏDQİQATÇILARININ FİKİRLƏRİ

Xülasə Qıpçaqların tarixinə nəzər saldıqda bu türk toplumunun həm şərq, həm də qərb tarixində mühüm rolu olduğunun şahidi oluruq. Əsasən ərəb, türk və çin tədqiqatçıların əsərlərində rast gəldiyimiz bu köçəri türk xal...

Azərbaycan iqtisadiyyatının birbaşa xarici investisiya üçün cəlbediciliyinin qiymətləndirilməsi

Xülasə Bu tədqiqatda qeyri-səlis ekspert sistemindən istifadə edərək Azərbaycan iqtisadiyyatının bir­başa xarici investisiya (BXİ) üçün cəlbediciliyi qiymətləndirilir. BXİ-nin iqtisadiyyata axınını müəyyən edən əsas a...

Download PDF file
  • EP ID EP750030
  • DOI 10.36719/2663-4619/95/106-113
  • Views 8
  • Downloads 0

How To Cite

Yeganə Mahmudova (2023). ARAZ ÇAYININ SAHİLYANI ƏRAZİLƏRİNDƏ SU QUŞLARININ TREMATODOZ TÖRƏDİCİLƏRİNİN EPİZOOTOLOJİ VƏ EPİDEMİOLOJİ QİYMƏTLƏNDİRİLMƏSİ. Scientific Work, 17(10), -. https://europub.co.uk/articles/-A-750030