MÜXTƏLİF DƏYİŞƏNLƏRİN İNKLÜZİV TƏHSİLƏ OLAN MÜNASİBƏTƏ TƏSİRİNİN AZƏRBAYCAN KONTEKSTİNDƏ TƏHLİLİ
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 12
Abstract
Xülasə Azərbaycanda inklüziv təhsil məsələsinə dair hələ də fikir müxtəlifliyi mövcuddur. Bir çox insan bu anlayışın tam mənasını dərk etmir. Bu da hətta bəzən onların inklüziv təhsil yanaşmasına qarşı çıxmasına gətirib çıxarır. Yaradılan istənilən yeni yanaşmanın effektivliyi həm də cəmiyyətin ona necə münasibət göstərməsindən də asılıdır. Bu səbəbdən məqalədə Azərbaycan kontekstində cəmiyyət üzvlərinin inklüziv təhsilə münasibəti araşdırılmış və məsələ ilə bağlı araşdırmaların nəticələri öz əksini tapmışdır. Belə ki, məqalədə cəmiyyətin sağlamlıq imkanları məhdud uşaqlara baxışı və bu baxışa təsir edən amillər müxtəlif dəyişənlərdən – cins, yaş, təhsil səviyyəsi, ailə vəziyyəti və s. kimi dəyişənlərdən asılı olaraq araşdırılıb təhlil olunmuşdur. Məqalədə cəmiyyətin müxtəlif üzvlərindən alınan cavablar T testi vasitəsilə təhlil olunmuş, dəyişənlər arasındakı asılılıq isə korrelyasiya əmsallarının köməyi ilə müəyyən edilmişdir. Məlumat toplama metodu kimi anket sorğulardan istifadə olunmuşdur.
Authors and Affiliations
Nəzrin Əkbərli
ƏMƏK HÜQUQUNDA İSTİRAHƏT VAXTI ANLAYIŞI VƏ ONUN NÖVLƏRİ
Xülasə Bu məqalədə işçiyə istirahət vaxtının verilməsi məsələsi əmək hüququna dair ədəbiyyat, eləcə də Azərbaycan Respublikasının və bəzi xarici ölkələrin qanunvericilik aktlarının mövcud normaları əsasında tədqiq olu...
MÜƏSSİSƏNİN BİZNES PROSESİ VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ
Xülasə İqtisadi ədəbiyyatda “biznes” termininin müxtəlif anlayışlarına rast gəlinir. Məsələn, Alan Xosking biznesə belə tərif vermişdir: “Biznes təbii nemətlərin hasilatı, əmtəənin istehsalı, yaxud əldə edilməsi və sa...
ARTIFICIAL TEXT GENERATION USING DEEP NEURAL NETWORKS: TRAINING OF SULEYMAN SANI AKHUNDOV’S PLAYS
This thesis is dedicated to Azerbaijan’s outstanding writer Suleyman Sani Akhundov and his literary heritage. It conveys the generation of artificial-text considered within the framework of experimental possibilities....
Fəlsəfədə təfəkkür problemi
Müasir dövrdə təfəkkür bir sıra elmlər tərəfindən araşdırılır, o cümlədən fəlsəfədə də təfəkkür mühüm araşdırma obyektlərində biridir. İlk dəfə Qədim Yunanıstanda təfəkkürün qanunları müzakirə obyektinə çevrilmiş, bu döv...
QLOBAL MƏDƏNİYYƏT MİLLİ MƏDƏNİYYƏTLƏRƏ TƏHDİD KİMİ
Beynəlxalq münasibətlər müstəvisində dövlətlərə təsir edən bir çox faktorlar var. Bu faktorlar dünya inkişaf etdikcə yeni forma alır və anlam qazanır. Hazırda dünyada gedən əsas tendensiya qloballaşma prosesidir. Qloball...