QLOBAL MƏDƏNİYYƏT MİLLİ MƏDƏNİYYƏTLƏRƏ TƏHDİD KİMİ
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 5
Abstract
Beynəlxalq münasibətlər müstəvisində dövlətlərə təsir edən bir çox faktorlar var. Bu faktorlar dünya inkişaf etdikcə yeni forma alır və anlam qazanır. Hazırda dünyada gedən əsas tendensiya qloballaşma prosesidir. Qloballaşma prosesinin bir aktor kimi dövlətə və onun dəyərlərinə aşıladığı təsirlər müxtəlif cür ola bilər. Dünyanın qloballaşması qlobal mədəniyyətin formalaşmasına təkan verir. Həmin qlobal mədəniyyətin daşıyıcıları dünyanın böyük dövlətləridir. Onların formalaşdırdığı həyat tərzi, qaydalar, ideyalar qloballaşma prosesinin daxilində dünyanın dörd bir tərəfinə aşılanır. Bu tendensiya müsbət bir proses kimi görünsə də, bu belə deyil. Qlobal mədəniyyətin yayılmasının əsas mənfir təsiri milli mədəniyyətlərə qarşıdır. Milli mədəniyyətlər bu prosesin qarşısında öz identikliyini itirib, qlobal mədəniyyətə assimiliyasiya təhlükəsi ilə üzləşir. Bu zaman isə milli mədəniyyətin məhvi prosesi başlamış olur. Bunun qarşısını almaq üçün, qlobal mədəniyyətin milli mədəniyyətə yaratdığı təhdidlərin araşdırılması və müəyyən məsələlərin işıqlandırılması vacibdir.
Authors and Affiliations
Eldar Cəfərov, Tural Nağıyev
BİRJA İNDEKSLƏRİNİN SƏHİYYƏ SİSTEMİNƏ TƏSİRİ
Xülasə Müasir dünyada maliyyə bazarları səhiyyə sisteminin formalaşmasında və inkişafında mühüm rol oynayır. Bu iş statistik məlumatların təhlilindən istifadə edərək birja indeksləri ilə səhiyyə arasındakı əlaqəni ara...
ORTA MƏKTƏBDƏ FUNKSİYA ANLAYIŞININ TƏDRİSİ HAQQINDA
Xülasə Funksiya anlayışı orta məktəbin 7-ci sinifindən etibarən tədris edilən ən önəmli bölmələrdən biridir. Elmdə gedən sürətli inteqrasiya prosesi bütün sahələri müəyyən bir platformada birləşdirməyə imkan verən bir...
DÖVLƏT SATINALMALARI MÜQAVİLƏ HÜQUQU KONTEKSTİNDƏ
Xülasə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - Qanun) dövlət orqanları tərəfindən dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən edir...
PANTOMİMA TAMAŞALARINDA RƏQSİN ÖNƏMİ
Məqalədə Pantomimada rəqsin önəminə toxunulmuş, tamaşa zamanı istifadə edilən rəqs janrları təhlil edilmişdir. Rəqsin tarixi, bədən diliylə ortaq vəzifələri haqqında məqalədə geniş məlumat verilmişdir. Pantomima tamaşala...
KONSEPTİN MAHİYYƏTİ VƏ QƏHRƏMANLIQ KONSEPTİNİN İNGİLİS ATALAR SÖZLƏRİNDƏ REALİZƏSİ
Xülasə Son illərdə konseptin mahiyyətinə və strukturuna ciddi diqqət yetirilir. Lakin bu məsələ ilə bağlı hələ də tam aydınlıq və konsensus yoxdur. Bu, ilk növbədə, konseptin mental hadisə olması və onun linqvist...