KONSEPTİN MAHİYYƏTİ VƏ QƏHRƏMANLIQ KONSEPTİNİN İNGİLİS ATALAR SÖZLƏRİNDƏ REALİZƏSİ

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 2

Abstract

Xülasə Son illərdə konseptin mahiyyətinə və strukturuna ciddi diqqət yetirilir. Lakin bu məsələ ilə bağlı hələ də tam aydınlıq və konsensus yoxdur. Bu, ilk növbədə, konseptin mental hadisə olması və onun linqvistik vasitələrlə təzahür etməsi ilə bağlıdır. Konsept ilkin olaraq hisslər vasitəsilə qavrayış nəticəsində cisimlərin təsvirləri (əksləri) şəklində meydana çıxır, sonra tədricən mürəkkəbləşir, yəni inkişaf edir, dəyişir, tamamlanır. Ona görə də konkret “ad”la konsepti tam qəbul edib həyata keçirmək mümkün deyil. Konsept hər bir konkret halda müvafiq linqvistik vasitələrlə həyata keçirilir. Tədqiqatçılar konseptin çoxkomponentli strukturunu qeyd edərək, onun nüvəsini və periferiyasını fərqləndirirlər. Nüvəyə konseptin məzmununu tam şəkildə reallaşdıran əlamət və xüsusiyyətlər, periferiyaya isə nüvə ilə nisbətən zəif bağlı olanlar daxildir. Mədəni konnotasiyalı konseptin mənası bir sıra linqvistik vasitələrlə həyata keçirilir. Onların arasında xalqın dünyagörüşünü, bu və ya digər hadisəyə münasibətini ifadə edən atalar sözləri xüsusi yer tutur. Atalar sözləri xalqın tarixi-mədəni yaddaşının bir növ saxlancıdır və konkret etnomədəni birliyin məişət yaddaşına əsaslanır. Bu məqalədə ingilis atalar sözlərində qəhrəmanlıq konsepti araşdırılaraq qəhrəmanlığın vəziyyətin tələb etdiyi zaman özünü büruzə verdiyi təhlil olunub. Qəhrəmanlıq haqqında atalar sözləri qədim zamanlarda yaranmışdır. Lakin onlar bu gün də dil praktikasında aktualdır.

Authors and Affiliations

Nərgiz Paşazadə

Keywords

Related Articles

TƏHSİL SUBYEKTLƏRİNİN İNKLÜZİV TƏHSİLİN TƏTBİQİNƏ TƏŞVİQ OLUNMASINDAKI ROLU

Xülasə İnklüziv təhsil, fərqli ehtiyac və bacarıqlara sahib olan bütün öyrənənlərin eyni mühitdə təhsil aldığı bir təhsil modelini ifadə edir. Bu məqalə inklüziv təhsilin əhəmiyyətini, faydalarını və təhsil subyektlər...

İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ İNNOVASİYALI İQTİSADİ İNKİŞAF PLANLARININ QURULMASI VƏ İCRASI

Xülasə İqtisadi potensialı yüksək olan Qarabağ iqtisadi rayonunun inkişafını təmin etmək və onun gələcək iqtisadi potensialını artırmaq üçün atılan addımlar dövlətimiz üçün zəruri tədbirlərdən biridir. Belə ki, region...

AZƏRBAYCANDA ENOTURİZM (VİNİTURİZM) POTENSİALI ÜZƏRİNƏ TEORİK BİR ARAŞDIRMA

Xülasə Azərbaycan coğrafiyasında şərab istehsalı üzrə ixtisaslaşan bəzi bölgələrdən Göygöl, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ digər bölgələrlə müqayisədə enoturizm (viniturizm) baxımından potensiallı bölgələrdir.Ölkə üz...

TƏDRİS PROSESİNDƏ TEXNOLOGİYANIN İNTEQRASİYASI VƏ ONA VERİLƏN TƏLƏBLƏR

Xülasə Texnologiyanın təhsil prosesinə inteqrasiyası müasir təhsildə mühüm rol oynayan transformasiyanı təmsil edir. Bu inteqrasiya tələbələrin daha effektiv öyrənməsinə, müəllimlərin daha effektiv tədris yanaşmasına...

İNGİLİS DİLİNDƏ SÖZ YARADICILIĞININ QEYRİ-ƏSAS NÖVLƏRİ

Xülasə Dil ən mobil və daim dəyişən sistemlərdən biridir və daim dəyişən tarixi, iqtisadi, mədəni şəraitlə əlaqədar olaraq dilin həm tərkibi, həm də quruluşu dəyişir. Dilin həyatın dəyişən xüsusiyyətlərinə uyğunlaşdır...

Download PDF file
  • EP ID EP749504
  • DOI 10.36719/2663-4619/99/34-41
  • Views 23
  • Downloads 0

How To Cite

Nərgiz Paşazadə (2024). KONSEPTİN MAHİYYƏTİ VƏ QƏHRƏMANLIQ KONSEPTİNİN İNGİLİS ATALAR SÖZLƏRİNDƏ REALİZƏSİ. Scientific Work, 18(2), -. https://europub.co.uk/articles/-A-749504