İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ İNNOVASİYALI İQTİSADİ İNKİŞAF PLANLARININ QURULMASI VƏ İCRASI

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 7

Abstract

Xülasə İqtisadi potensialı yüksək olan Qarabağ iqtisadi rayonunun inkişafını təmin etmək və onun gələcək iqtisadi potensialını artırmaq üçün atılan addımlar dövlətimiz üçün zəruri tədbirlərdən biridir. Belə ki, regionun inkişaf xüsusiyyətləri və iqtisadi inkişafını şərtləndirən amilləri müəyyən etmək üçün əvvəlcə inkişafın həyata keçirilməsinin ilkin mərhələlərini müəyyənləşdirmək lazımdır. Məqalə işğaldan azad olunmuş ərazilərdə innovasiyalı iqtisadiyyatın formalaşdırılmasının dövlətin iqtisadi inkişafına, infrastrukturuna nə dərəcədə müsbət təsiri olduğunu araşdırır. “İşğaldan azad olunmuş ərazilərdə innovasiyalı iqtisadi inkişaf planlarının qurulması və icrası” adlı bu məqalə əvvəllər erməni işğalçıları tərəfindən işğal altında qalmış rayonlara innovasiyalı iqtisadiyyatın tətbiqinin iqtisadi inkişafa müsbət təsirindən bəhs edir. Məqalədə effektiv idarəetmə qərarlarının alınması, infrastrukturun inkişafının və sosial xidmətlərin bərpa edilməsinin artım və sabitliyə imkan verən əsas amillər kimi vacibliyi vurğulanır. Müxtəlif bölgələrdən nümunələrdə aparılan araşdırmalara əsaslanaraq, postmüharibə dövründə yenidənqurmanın təqdim etdiyi prob­lemlər və gələcək yönümlü tədbirlər araşdırılır. Nəzəri cəhətdən məqalə dövlətin gələcəyə və iqti­sadi inkişafını əsas tutaraq atdığı inkişafyönümlü addımlara əsaslanır. Ümumilikdə bu məqalə Qarabağ münaqişəsi və işğal dövründən sonra iqtisadi rayonlarda görüləcək tədbirlərin və dövlət tərəfindən qəbul edilmiş inkişafa əsaslanan innovasiya yönümlü qərarların alınmasından sonra bu ərazilərdə baş verə biləcək iqtisadi inkişafın dövlətə qazandıracağı nailiyyətlərin ümumi təhlilini ehtiva edir.

Authors and Affiliations

Ümüdvar Əliyev, Aysel Mayılova

Keywords

Related Articles

MƏNŞƏYİ MƏLUM OLMAYAN QIZDIRMA HAQQINDA

Qızdırma müxtəlif pirogenlərə, o cümlədən infeksion xəstəliklərin törədicilərinə qarşı orqanizmin qeyri-spesifik müdafiə reaksiyası olsa da, onun çox yüksək dərəcələrə qalxması (hiperpireksiya) və xüsusilə uzun müddət da...

AZƏRBAYCAN TURİZM SEKTORUNDA FRANÇAYZİNQ FƏALİYYƏTİNİN MÜASİR VƏZİYYƏTİ VƏ GƏLƏCƏK İMKANLARI

Xülasə Hansısa bir bir şəxs və ya qrup yaşadığı yeri 1 gündən 6 aya qədər müddət ərzində yeni yerlər kəşf etmək, sağlamlığının qeydinə qalmaq, dünyagörüşünü artırmaq, əylənmək, idman yarışlarını izləmək və s. kimi məq...

THE DYNAMICS OF LIQUIDITY RISKS: BANKING SECTOR RESILIENCE AND ECONOMIC IMPLICATIONS

Abstract This article examines the dynamics of liquidity risks within the banking sector, their implications for financial stability, and the consequent effects on the broader economy. Liquidity risks, stemming from t...

AZƏRBAYCAN NEFT SƏNAYESİ TARİXİNƏ RETROSPEKTİV BAXIŞ (NOBEL QARDAŞLARI CƏMİYYƏTİ)

Azərbaycanda neft sənayesinin inkişafında neft maqnatlarının xüsusi rolu vardır. Nümunə olaraq Hacı Zeynalabdin Tağıyevin (1838-1924), Musa Nağıyevin (1842-1919), Şəmsi Əsədullayevin (1840-1913), Əjdərbəy Aşurbəyovun (18...

A COMPREHENSIVE ANALYSIS OF SECURITY DYNAMICS IN THE SOUTH CAUCASUS

Abstract The South Caucasus region holds significant geopolitical and geoeconomic importance within the broader Eurasian context. This article provides a comprehensive analysis of the security dynamics in the South Ca...

Download PDF file
  • EP ID EP747695
  • DOI 10.36719/2663-4619/104/9-14
  • Views 33
  • Downloads 0

How To Cite

Ümüdvar Əliyev, Aysel Mayılova (2024). İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ İNNOVASİYALI İQTİSADİ İNKİŞAF PLANLARININ QURULMASI VƏ İCRASI. Scientific Work, 18(7), -. https://europub.co.uk/articles/-A-747695