MƏNŞƏYİ MƏLUM OLMAYAN QIZDIRMA HAQQINDA
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 6
Abstract
Qızdırma müxtəlif pirogenlərə, o cümlədən infeksion xəstəliklərin törədicilərinə qarşı orqanizmin qeyri-spesifik müdafiə reaksiyası olsa da, onun çox yüksək dərəcələrə qalxması (hiperpireksiya) və xüsusilə uzun müddət davam etməsi bir sıra kritik hallar-infeksion toksiki şok, kəskin ürək-damar, böyrək çatışmazlığı verə bilər. Qızdırmalı vəziyyət tənəffüsü və ürək vurğularını sürətləndirir, toxumaların oksigenə tələbatını artırır. Hərarətsalıcı dərmanlar müvəqqəti apireksiya vəziyyəti yaratsa da, bunun mənfi təsirləri daha ciddi olur. Odur ki, ilk növbədə qızdırmanın səbəbini araşdırmaq, yəni nozoloji diaqnoz qoymaq lazımdır. Bəzən bütün cəhdlərə baxmayaraq buna nail olmaq uzun vaxt tələb edir. Kliniki praktikada 3-4 həftədən çox çəkən 38°C-dən yüksək qızdırmanın səbəbi adi müayinə üsulları ilə təyin olunmayan vəziyyət “Mənşəyi məlum olmayan qızdırma” adlandırılır. Biz 2010-2022-ci illər ərzində bu diaqnozla stasionara göndərilmiş 83 xəstə müşahidə etmişik. Klinik-laborator və alət müayinələrinin köməyi ilə onların 43 nəfərində (51,8 %) infeksion xəstəliklər – sepsis − 21 nəfər, bruselloz − 8, infeksion mononukleoz − 5, koronovirus infeksiyası − 5, qarın yatalağı − 2 və septiki forma salmonelloz − 2 nəfərdə aşkar etmişik. Qalan 40 (48,2 %) xəstədə ginekoloji, uroloji, kardioloji, endokrin, cərrahi xəstəliklər, ağ ciyər vərəmi tapılmışdır. İnfeksion xəstəliklərin müəyyən edilməsində qızdırmanı müşayiət edən digər simptomların − ekzantema, hepatosplenomeqaliya, limfadenopatiya, hemoqram göstəriciləri və epidemioloji anamnezin xüsusi əhəmiyyəti olmuşdur.
Authors and Affiliations
Ələsgər Vəliyev, Elza Orucova, Gülnarə Kərimova, Rəna Nəzərova, Maya Fərzəliyeva
Dini təhsilin tarixi-fəlsəfi və əxlaqi aspektləri
Din fərdin mənəvi səviyyəsini yüksəltməklə yanaşı, insanlarda müəyyən bir dünyagörüşü formalaşdırır, dindar insanların həyat mövqeyini istiqamətləndirir, eyni zamanda mədəniyyətin məzmununu zənginləşdirir. Lakin bəşər t...
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ NƏZƏRİYYƏSİNİN ƏSAS MÜDDƏALARI VƏ TƏHLÜKƏSİZLİK HÜCUMLARININ TƏSNİFATI
Xülasə XXI əsrin başlanğıcı insan inkişafının bütün sahələrində informasiya texnologiyalarının sürətli inkişafı ilə əlamətdardır. Eyni zamanda informasiya getdikcə daha çox strateji resursa, məhsuldar qüvvəyə və baha...
WHY SHOULD TNCS HAVE HUMAN RIGHTS OBLIGATIONS? THE EVENTS IN BHOPAL AND RANA PLAZA – CHARACTERISTICS OF HUMAN RIGHTS VIOLATIONS INVOLVING TNCS
A transnational corporation (TNC) is a company that has operations in multiple countries. TNCs are also referred to as multinationals. These companies are usually registered in all countries they operate in, and hold lar...
“TORPAQLARIN DÖVLƏT EHTİYACLARI ÜÇÜN ALINMASI” HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI QANUNU: BOŞLUQLAR, KOLLİZİYALAR, MARAQLI NÜANSLAR
Xülasə Torpaqların dövlət ehtiyacları üçün alınması dedikdə dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına həmin torpağın könüllü və ya məcburi qa...
İstilik təchizatında monovalent rejimli, torpaq mənbəli kollektor tipli istilik nasoslarının müxtəlif sxemlərinin müqayisəli analizi
Xülasə Son zamanlar enerji böhranı, ətraf mühitin çirklənməsi kimi bir çox problemlər elektrik və istilik enerjisi istehsalında alternativ enerjidən istifadəni daha aktual etmişdir. Çünki alternativ enerji mənbələri...