İstilik təchizatında monovalent rejimli, torpaq mənbəli kollektor tipli istilik nasoslarının müxtəlif sxemlərinin müqayisəli analizi
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 10
Abstract
Xülasə Son zamanlar enerji böhranı, ətraf mühitin çirklənməsi kimi bir çox problemlər elektrik və istilik enerjisi istehsalında alternativ enerjidən istifadəni daha aktual etmişdir. Çünki alternativ enerji mənbələri ekoloji təmiz, əlçatan, tükənməzdir. Bir çox qabaqcıl və inkişaf etmiş ölkələrin əksəriyyəti obyektlərin istilik təchizatında, havalandırma və soyutma üçün istilik nasoslu təchizatı sistemlərindən istifadə edir. Məqalədə Qarabağ iqtisadi zonasında torpaq mənbəli kollektor tipli istilik nasoslarının iş rejimlərinin effektivliyi tədqiq olunmuşdur. İstilik təchizatı sxemi və bu sxemə aid olan bütün xarakterik parametrlər GeoTSol modelləşmə proqramı vasitəsilə hesablanmışdır. GeoTSol modelləşmə proqramı istilik nasosu sistemlərinin planlaşdırılması və layihələndirilməsi üçün müasir simulyasiya proqramlarından biridir. Model kimi Xocəvənd şəhərində yerləşən fərdi yaşayış evi tədqiq edilmişdir. Kollektor tipli, monovalent rejimdə işləyən istilik nasosu sistemi fərdi yaşayış evinin isti su təchizatı və istiləşməsini təmin edir. Müqayisə üçün 4 növ kollektor tipli istilik nasos sisteminin sxemi təklif edilmişdir. Hər bir sxemə aid bütün istilik nasosu sistemi üçün kompüter simulyasiyası ilə mövsümi performans əmsalları, enerji istehlakı, itkilər, günəş payları, səmərəlilik və s. təyin edilərək, öz aralarında müqayisə edilmişdir. Ən effektiv rejimdə işləyən sxem müəyyən edilmişdir.
Authors and Affiliations
Sevinc Babayeva , Aydın Əliyev
THE ROLE, IMPORTANCE AND APPLICATION OF ARTIFICIAL INTELLIGENCE IN THE CREATION OF DIGITAL EDUCATION
Abstract The article discusses the role of artificial intelligence in digital education. At the same time, the potential of artificial intelligence to transform digital education by personalizing learning experiences,...
SOVETLƏŞDİRMƏ SİYASƏTİ DAXİLİNDƏ TÜRKÜSTAN COĞRAFİYASINDA BAŞ VERƏN DƏYİŞİKLİKLƏR
Xülasə XIX əsrin ortalarında Rusiya Çarlığı tərəfindən tamamilə ələ keçirilən Türküstan coğrafiyası mühüm stratejik əhəmiyyətə malik, zəngin təbii qaynaqları olan və dünya hegemoniyası uğrunda mübarizə aparan hər bir...
QLOBAL KRİPTOVALYUTA BAZARINDAKI ALƏTLƏR VƏ MÖVCUD VƏZİYYƏTİN TƏHLİLİ
Xülasə Kriptovalyuta termini son dövrlərdə daha da populyarlıq qazanmağa başlayıb. Əsas kriptovalyutalardan olan Bitkoinin son illərdəki rallisi dünya üzərində səs salaraq, kriptovalyutaların alqı-satqı prosesinə cidd...
MƏİŞƏT ZORAKILIĞI QURBANLARINA YARDIM ZAMANI KONFİDENSİALLIĞIN TƏMİN EDİLMƏSİ: BEYNƏLXALQ NORMALAR ƏSASINDA ARAŞDIRMA
Xülasə Məişət zorakılığı və ya qadınlara qarşı zorakılıq cinayət, insan hüquqları pozuntusu və ayrı-seçkiliyin bir formasıdır. Onlarla həm milli, həm də beynəlxalq sferada mübarizə aparılır. Beynəlxalq təşkilatlar...
Katamnezdə nekrotik enterokolit keçirmiş uşaqların sağlamlıq vəziyyətinin təhlili
Xülasə Məqalədə katamnezdə nekrotik enterokolit keçirmiş (NEK) uşaqların sağlamlıq vəziyyətinə dair qısa məlumatlar verilmiş və son illər bu problemin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrübə paylaşılmışdır. NE...