QLOBAL KRİPTOVALYUTA BAZARINDAKI ALƏTLƏR VƏ MÖVCUD VƏZİYYƏTİN TƏHLİLİ

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 3

Abstract

Xülasə Kriptovalyuta termini son dövrlərdə daha da populyarlıq qazanmağa başlayıb. Əsas kriptovalyutalardan olan Bitkoinin son illərdəki rallisi dünya üzərində səs salaraq, kriptovalyutaların alqı-satqı prosesinə ciddi təsir edib. Bir çox ölkə və şirkətlərdə artıq Bitkoin rəsmi ödəniş vasitəsi kimi qəbul edilir. Kriptovalyutalar barədə qlobal səviyyədə ciddi tənzimləmələrin olmaması bu bazara daha çox kapital axımına səbəb olur və bu da öz növbəsində koinlərin qiymətində dalğalanmalar yaradaraq alınan risklər nəticəsində itki yaxud gəlirlərə səbəb olur. Məqalə 4 əsas başlıqdan ibarətdir. Məqalədə Kriptovalyutalar haqqında fundamental məlumatlar, blokçeyn texnologiyasının iş prinsipi, kriptovalyuta alətləri və qlobal kriptovalyuta bazarındakı mövcud vəziyyət araşdırılaraq təhlil edilmişdir. Həmçinin Bitkoinin qiymətinə təsir edən faktorlar da araşdırılmışdır. Top kriptovalyutaların bazardakı dominantlıq faizləri diaqramdan istifadə edilərək vizuallaşdırılmışdır. Dominantlıq faizlərinin kriptovalyutaların qiymətində əhəmiyyətli rol oynaması ətraflı şəkildə izah edilmişdir. Bundan əlavə, Bitkoinin illər üzrə qiymət dəyişimi diaqram vasitəsi ilə təsvir edilmişdir. Məqalədə investorların yatırım etməzdən əvvəl istifadə edə biləcəyi bir sıra alətlər qeyd edilmiş və mümkün risklər barədə araşdırılaraq ətraflı izahlar verilmişdir.

Authors and Affiliations

Cavid Soltanov

Keywords

Related Articles

YANĞIN MÜHİTİNDƏ AVİASİYA SURSATLARININ TƏHLÜKƏSİZLİK TƏHLİLİ

Xülasə Sursatın təhlükəsizliyi həmişə milli hərbi elm və texnologiya məsələlərinin diqqət mərkəzində olmuşdur və yanğın gəminin sursat saxlama mühiti üçün əsas təhlükəsizlik təhdidlərindən biridir. Bu yazıda Mk-82 gəm...

A COMPREHENSIVE ANALYSIS OF SECURITY DYNAMICS IN THE SOUTH CAUCASUS

Abstract The South Caucasus region holds significant geopolitical and geoeconomic importance within the broader Eurasian context. This article provides a comprehensive analysis of the security dynamics in the South Ca...

QAZ NƏQLİ KOMPLEKSLƏRİNDƏ İNFORMASİYA SİSTEMLƏRİNİN İNKİŞAFI PROBLEMLƏRİ VƏ MEYİLLƏRİ

Xülasə Qaz-nəqliyyat kompleksləri enerji sektorunun əsasını təşkil edir və onların sürətli, təhlükəsiz və səmərəli fəaliyyəti informasiya sistemlərinin düzgün tətbiqi ilə mümkündür. İnformasiya sistemlərinin inkişafı...

Uşaqlarda nekrotik enterokolitin etiologiyası və yayılması

Xülasə Məqalədə uşaqlarda nekrotik enterokolitin etiologiyası və yayılmasına dair qısa məlumatlar verilmiş və son illər bu problemin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrübə paylaşılmışdır. Yenidoğulanlarda nek...

RƏQƏMSAL MARKETİNQDƏ SÜNİ İNTELLEKTİN ROLU VƏ TƏTBİQİ

Xülasə Bu məqalədə marketinqdə süni intellekt (Sİ) texnologiyalarının tətbiqi müzakirə olunur. Süni intellekt texnologiyaları müştərilərə xüsusi, fərdiləşdirilmiş təkliflər təqdim etməklə marketinq strategiyalarının...

Download PDF file
  • EP ID EP748908
  • DOI 10.36719/2663-4619/100/215-221
  • Views 23
  • Downloads 0

How To Cite

Cavid Soltanov (2024). QLOBAL KRİPTOVALYUTA BAZARINDAKI ALƏTLƏR VƏ MÖVCUD VƏZİYYƏTİN TƏHLİLİ. Scientific Work, 18(3), -. https://europub.co.uk/articles/-A-748908