Uşaqlarda nekrotik enterokolitin etiologiyası və yayılması
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 8
Abstract
Xülasə Məqalədə uşaqlarda nekrotik enterokolitin etiologiyası və yayılmasına dair qısa məlumatlar verilmiş və son illər bu problemin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrübə paylaşılmışdır. Yenidoğulanlarda nekrotik enterokolit (NEK) ağır xəstəliklərdən sayılaraq, 30-50 % uşaqlarda ölümə səbəb olur. Xəstəliyin gedişi ağırlığından və yenidoğulanların yetkinlik dərəcəsindən asılıdır. Son illər NEK zamanı ən təhlükəli ağırlaşmalardan biri hesab olunan mədə-bağırsaq yolunun perforasiyasının artması davam edir. Bu zaman letallıq 40-80 %-ə qədər yüksəlir. Bəzən daha ağır yanaşı patologiyalar müşahidə edilən xəstələrdə ölüm 100 %-ə bərabərdir. Daha yüksək letallıq bədən kütləsi 1000 qramdan az olan vaxtından qabaq doğulanlarda baş verir və 45-100 % arasında tərəddüd edir. Neonatal dövrdə keçirilən NEK uşaqların sonrakı inkişafına və sağlamlığına bilavasitə təsir göstərir: körpələrdə qısa bağırsaq sindromu, malabsorbsiya kimi ağırlaşmalar, 36 %-də isə fiziki inkişafdan geri qalma, MSS-də funksional pozulmalar inkişaf edir. Bu uşaqlarda ağrı sindromu ilə müşayiət olunan bağırsağın morfofunksional dəyişiklikləri, dispeptik əlamətlər davam edir, bağırsaq mikrobiosenozu əhəmiyyətli dərəcədə pozulur, immunitet aşağı enir.
Authors and Affiliations
Səbinə Cəfərova Azərbaycan Tibb Universiteti tibb üzrə fəlsəfə doktoru Sevinc İsmayılova Azərbaycan Tibb Universiteti tibb üzrə fəlsəfə doktoru Nuranə Hüseynova Azərbaycan Tibb Universiteti
PORTFEL İNVESTİSİYALARININ NÖVLƏRİ VƏ İNFLYASİYA PROBLEMLƏRİ
Xülasə Ölkədə səhm və istiqrazların maliyyə aktivləri kimi təhlilində istehsal təlabatının yaradılması təhlil edilib. Azərbaycanda investisiya portfelinin diversifikasiyasının reallaşdırılmasında hazırkı vəziyyəti arş...
YENİ ƏHDİ EHTİVA EDƏN İNCİLLƏRİN YAZILMASININ MÜQAYİSƏLİ TƏHLİLİ
Xülasə Məqalədə Yeni Əhdə daxil olan kitablar, onların əhatə etdiyi mövzular və İncillər arasında olan fərqlər araşdırılıb. İncillərin yazılma tarixi və müasir zəmanəmizə necə çatması maraq doğuran məsələlərdəndir. Əl...
SEVİNC NURUQIZININ UŞAQ NƏSRİ XEYİRXAHLIĞIN TƏCƏSSÜMÜ KİMİ
Xülasə Təşəkkül və inkişafı müxtəlif faktorlarla şərtlənən Azərbaycan uşaq ədəbiyyatı yeni ideya-estetik axtarışlardan və bədii üslub rəngarəngliyindən keçərək formalaşıb müstəqil sahə kimi təsdiqini tapmışdır. Çağdaş...
SOSİAL SAHİBKARLIQ VƏ DÖVLƏTİN SOSİAL SAHİBKARLIQ ÜZƏRİNDƏKİ ROLU
Xülasə Sahibkarlığın növlərindən biri də sosial sahibkarlıqdır. Günümüzdə artmaqda olan sosial sahibkarlıq insanların sosial ehtiyaclarını qarşılamağa xidmət edir. Sosial sahibkarlığı digər sahibkarlıq növlərindən fər...
MÜASİR ALMAN DİLİNƏ DAXİL OLAN YENİ VƏ XARİCİ JARQONLAR (SLEQANLAR) VƏ ONLARIN DİLƏ TƏSİRİ
Xülasə Məqalə gənclərin müasir alman dilində olan danışıq və ifadə vasitələrinin öyrənilməsinə həsr edilmişdir. Sosial linqvistika, mədəniyyətlərarası ünsiyyət, ekolinqvistika və praqmalinqvistika sahəsində bilikləri...