MÜASİR ALMAN DİLİNƏ DAXİL OLAN YENİ VƏ XARİCİ JARQONLAR (SLEQANLAR) VƏ ONLARIN DİLƏ TƏSİRİ

Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 10

Abstract

Xülasə Məqalə gənclərin müasir alman dilində olan danışıq və ifadə vasitələrinin öyrənilməsinə həsr edilmişdir. Sosial linqvistika, mədəniyyətlərarası ünsiyyət, ekolinqvistika və praqmalinqvistika sahəsində bilikləri birləşdirəcək gənclər jarqonunun hərtərəfli tədqiqini zəruri görür. Bu çərçivədə alman gənclərinin müasir dilinin aşağıdakı aspektləri nəzərdən keçirilir: struktur (söz əmələ gəlməsi, lüğətin zənginləşdirilməsi), semantik (sistemdaxili münasibətlər) və praqmatik (alman gənclərinin nitq davranışı). Məqalə müasir gənclik jarqonunun alman dilində çoxölçülü təsvirindədir. Burada gənclik jarqonunun söz yaradıcılığı və semantik xüsusiyyətlərini müəyyən etmək üçün gənclik jarqonunun müasir leksikoqrafik mənbələrindən götürülmüş və əvvəllər təhlil olunmamış material təhlil edilir. Alman gəncləri öz dəyərlərini, duyğularını və dünyagörüşlərini dildə ən dəqiq ifadə edən leksemlər yaratmaq üçün müxtəlif sözyaratma üsullarından istifadə edirlər. Alman gənc jarqonunun lüğəti söz yaratmaq üsulu ilə tamamlanır. Ünsiyyət üçün jarqonlar və sleqanları müəyyən etmək üçün müasir alman gənclərinin gündəlik ünsiyyətindən nümunələr nəzərdən keçirilir. Bu məqalə jarqonun əsas xüsusiyyətlərini araşdırır, qrammatik komponent vasitəsilə onun fəaliyyət xüsusiyyətlərini təhlil edir.

Authors and Affiliations

Zeynəb Rüstəmova

Keywords

Related Articles

The Status of the Category of Comparison in Modern Linguistic Research

Abstract The study of the category of comparison is a traditional topic of linguistics, which is acquiring particular relevance in connection with the interest of modern linguistics in comparative studies of languages...

Torpağın qorunması

Torpağın insandan mühafizəsi insanların qarşısında duran əsas məsələlərdən biridir. Belə ki, torpaqdakı zərərli birləşmələr gec-tez insanın orqanizminə daxil olur. Ümumiyyətlə, torpağın çirklənməsinə müxtəlif tullantı...

Süni intellekt və ekzistensializm: Jean-Paul Sartre və Albert Camus-nun gözündən avtonom texnologiyalar

nsanın ekzistensializm ideyasında mütləq hakimiyyəti onu təbiətin əsas komponenti olaraq mövqeyini müəyyənləşdirir. Təqdim olunmuş məqalədə insanın süni intellekti yaratmasının əhəmiyyəti və onun ekzistensializm fəlsəf...

TƏHSİLDƏ SOSİAL MEDİA VƏ RƏQƏMSAL VASİTƏLƏRDƏN İSTİFADƏ

Bu gün yaşadığımız həyatı informasiya kommunikasiya texnologiyaları olmadan təsvir etmək qeyri-mümkündür. İlk öncə, informasiya kommunikasiya texnologiyalarının və sosial şəbəkələrin yaradılmasında əsas məqsəd müxtəlif i...

GƏNCƏDƏ RUS PRAVOSLAV XRİSTİAN ABİDƏLƏRİNİN TARİXİNƏ BAXIŞ

Xülasə Məqalədə XIX əsrdə Cənubi Qafqazın ruslar tərəfindən işğalından sonra Gəncə şəhəri ərazisində yaşayan hərbi və digər sahələrdə xidmət edən pravoslav xristian məzhəbindən olan əhali üçün nəzərdə tutulan rus prov...

Download PDF file
  • EP ID EP750055
  • DOI 10.36719/2663-4619/95/59-64
  • Views 63
  • Downloads 0

How To Cite

Zeynəb Rüstəmova (2023). MÜASİR ALMAN DİLİNƏ DAXİL OLAN YENİ VƏ XARİCİ JARQONLAR (SLEQANLAR) VƏ ONLARIN DİLƏ TƏSİRİ. Scientific Work, 17(10), -. https://europub.co.uk/articles/-A-750055