TƏHSİLDƏ SOSİAL MEDİA VƏ RƏQƏMSAL VASİTƏLƏRDƏN İSTİFADƏ

Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 5

Abstract

Bu gün yaşadığımız həyatı informasiya kommunikasiya texnologiyaları olmadan təsvir etmək qeyri-mümkündür. İlk öncə, informasiya kommunikasiya texnologiyalarının və sosial şəbəkələrin yaradılmasında əsas məqsəd müxtəlif insanlar arasında ünsiyyət formalaşdırmaq olsa da, günümüzdə sosial media vasitələri həyatımızın hər bir sahəsinə təsir göstərməkdədir. Bu sahələrdən biri və ən mühümü də təhsil sektorudur. Xüsusilə, son illər ərzində, həm bütün dünyada, həm də ölkəmizdə mövcud olmuş pandemiya şəraiti sosial media vasitələrinin təhsil sistemindəki əhəmiyyətini bir daha sübut etdi. Tədris prosesində sosial media və rəqəmsal vasitələrdən istifadə şagird və tələbələrin tənqidi təfəkkür və yaradıcılığının artmasına, qarşılıqlı əlaqə və əməkdaşlığın qurulmasına təşviq edir, onların öz bilik, bacarıq və təcrübələrini başqa insanlarla bölüşməyə həvəsləndirən kommunikativ mühit yaradır. Sosial media vasitələri şagird və tələbələrə təlim prosesində öyrəndikləri məlumat, bilik və bacarıqları sinifdən kənar mühitdə tətbiq etmək şansı verir, onların şəxsi gücünü tanımağa kömək edərək tənqidi təfəkkürlərini işə salır.

Authors and Affiliations

Aygün Hüseynova

Keywords

Related Articles

REKLAM MƏTNLƏRİNİN DİL VƏ ÜSLUB XÜSUSİYYƏTLƏRİ HAQQINDA

Xülasə Bu məqalədə reklam mətnlərinin linqvistik və üslub xüsusiyyətlərindən bəhs edilir. Müəlliflər reklam mətnlərini daha təsirli və yaddaqalan edən dil xüsusiyyətlərini təhlil edirlər. Xüsusilə, lüğət seçimi, allit...

AZERBAIJANI PARLIAMENTARY ELECTION

The party elected in the parliamentary election in Azerbaijan was the New Azerbaijan Party (YAP). Since 1997, when the Republic of Azerbaijan declared its independence from the Soviet Union, this party has been in power....

SABİT RƏHMANIN YARADICILIĞINDA CƏMİYYƏT VƏ ŞƏXSİYYƏT PROBLEMİ

Xülasə Sabit Rəhman ilk qələm təcrübəsindən başlayaraq öz ideyalarını gülüş, satira və yumor vasitəsilə ifadə etmişdir. İlk qələm təcrübəsi olan felyetonlarını o satirik əsərlər kimi qələmə alır. Üç felyetonu; “Ordan...

KƏRƏ YAĞININ ÇEŞİD VƏ KEYFİYYƏTİNİN FORMALAŞDIRILMASI

Xülasə Kərə yağı əsrlər boyu insanların istifadəsində olub və heç kim onu zərərli saymayıb. Hazırda ölkəmizdə kərə yağının çeşidi və istehsalı xeyli artmışdır. Sabit tələbat olan kərə yağı bazarında onun yüzlərlə adı...

“AZƏRCONNECT” ŞİRKƏTİNİN NÜMUNƏSİNDƏN İSTİFADƏ EDİLƏN LAYİHƏDAXİLİ KOMMUNİKASİYALARIN LAYİHƏLƏRİN UĞURUNA TƏSİRİNİN TƏHLİLİ

Xülasə Bu məqalədə layihədaxili kommunikasiyalardan istifadənin xüsusiyyətləri müzakirə olunur. Məlumdur ki, effektiv kommunikasiya layihələrin uğurlu idarə olunmasında əsas amildir. Bu, layihə komandalarına birlikdə...

Download PDF file
  • EP ID EP752940
  • DOI 10.36719/2663-4619/90/55-60
  • Views 32
  • Downloads 1

How To Cite

Aygün Hüseynova (2023). TƏHSİLDƏ SOSİAL MEDİA VƏ RƏQƏMSAL VASİTƏLƏRDƏN İSTİFADƏ. Scientific Work, 17(5), -. https://europub.co.uk/articles/-A-752940