SABİT RƏHMANIN YARADICILIĞINDA CƏMİYYƏT VƏ ŞƏXSİYYƏT PROBLEMİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 4
Abstract
Xülasə Sabit Rəhman ilk qələm təcrübəsindən başlayaraq öz ideyalarını gülüş, satira və yumor vasitəsilə ifadə etmişdir. İlk qələm təcrübəsi olan felyetonlarını o satirik əsərlər kimi qələmə alır. Üç felyetonu; “Ordan - burdan”, “Yetərə açıq məktub” və “Mərdəkandan”. Sabit Rəhmanın felyetonları ilə yanaşı hekayələrində və pyeslərində də bəzi şəxsiyyətlərin yalandan özlərini yeniliyin carçısı kimi göstərsədə, əslində keçmişin qalıqlarındandır. “Şirin bülbül” “Nəfəs pulu” “Vəfasız”, “Dizi yamaqlı”, “Şlyapa”, “Qudurğan” hekayələrində cəmiyyətimiz də olan yeniliklə köhnəliyin mübarizəsindən söhbət açılır. Sonda yenilik qalib gəlirdi. Müəllif eyni zamanda, kiçik həcmli pyeslərdə yazıb. Bunlardan digər müəlliflərlə birlikdə yazdığı pyeslərdə var. Möhsün Sənani ilə birlikdə yazdığı “Adaxlılar” və Adil İsgəndərovla birlikdə yazdığı “Partizan Məmməd” adlı pyesləridir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı “Partizan Məmməd” adlı pyesi tamaşaya qoydu. “Partizan Məmməd” pyesi 1937-ci ilin noyabr ayının 20-də Məhərrəm Haşımovun quruluşunda tamaşaçılara göstərildi. Müəllif xalq içindən çıxan partizan Məmməd obrazını bu şəxsin timsalında ümumiləşdirdi. Tamaşa uşaqlarda vətənpərvərlik, qəhrəmanlıq hisləri oyatmış, onları yaxın keçmişdə olan mübarizə ilə tanış etmişdir.
Authors and Affiliations
Məlahət Ağayeva
HEYDƏR ƏLİYEV MÜASİR AZƏRBAYCAN RESPUBLİKASININ QURUCUSU VƏ BÖYÜK MEMARI
Məqalədə tarix səhnəsində iz buraxan qüdrətli şəxsiyyət cənab Heydər Əliyevin illər ərzində formalaşan dövlətçilik praktikasının inzibati amirlik sistemindən bazar iqtisadiyyatına keçid prosesinində düzgün qərarların qəb...
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV AZƏRBAYCANDA MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARININ BANİSİDİR
Demokratik ideallara bağlılıq Azərbaycan xalqının milli düşüncə sistemində daim özünə möhkəm yer tapmış, onun yüzilliklər boyu can atdığı müstəqil dövlətçilik idealının ümdə qayəsinə çevrilmişdir. Ənənəvi və modernləşmiş...
MÜASİR İNGİLİS DİLİNDƏ CAVAB AKTINDA İŞLƏNƏN NİTQ FEİLLƏRİNİN SEMANTİK XÜSUSİYYƏTLƏRİ
Məqalə cavab aktında işlənən nitq feillərininin semantik xüsusiyyətlərinə həsr olunur. Nitq feilləri dildə sayca azlıq təşkil etsələr də onların tədqiq edilməsinin əhəmiyyəti böyükdür. Çünki cavab prosesində işlənən nitq...
Nadir şahın ordusu: XVIII əsrin ən güclü hərbi qüvvəsi
XVIII əsrin ən parlaq və güclü hərbi liderlərindən biri olan Nadir şah Əfşar (1688-1747) güclü iradəsi ilə bütün dünyaya meydan oxuya bilən böyük bir ordu yaratmağa nail olaraq tarixə adını yazdıran böyük şəxsiyyətlərdən...
ANALYSIS OF METHODS AND LEGAL BASES USED BY INTERNET INTERMEDIARIES FOR COPYRIGHT PROTECTION
Internet intermediaries have become important players in the protection of copyrighted materials. This article analyzes the methods and legal bases used by these intermediaries for copyright protection. The article begin...