MÜASİR İNGİLİS DİLİNDƏ CAVAB AKTINDA İŞLƏNƏN NİTQ FEİLLƏRİNİN SEMANTİK XÜSUSİYYƏTLƏRİ
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 7
Abstract
Məqalə cavab aktında işlənən nitq feillərininin semantik xüsusiyyətlərinə həsr olunur. Nitq feilləri dildə sayca azlıq təşkil etsələr də onların tədqiq edilməsinin əhəmiyyəti böyükdür. Çünki cavab prosesində işlənən nitq feillərindən dialoqlarda geniş istifadə olunur. Məqalədə cavab prosesində işlənən nitq feillərininin struktur-semantik xüsusiyyətlərinə nəzər yetirilir, onların məna rəngarəngliyi, müəyyən bir kontekstdə işlədildikdə ifadə etdiyi məna çalarlarının müxtəlifliyi aydın göstərilir. Onların ifadə etdikləri bu məzmun zənginliyini daha aydın göstərmək üçün eyni leksik semaya malik olsalar da, hər bir feilin semantikası ayrı ayrılıqda daha dəqiqliklə tədqiq edilir. Həmçinin bədii ədəbiyyatda bu feillərdən necə istifadə olunduğuna nəzər salınır və nümunələr verilir. Beləliklə cavab prosesində işlənən nitq feillərininin nitqi xarakterizə etmək baxımından dildə çox böyük əhəmiyyətə malik olub, tez-tez istifadə olunması qənaətinə gəlinir. Nitq feillərinin bir yarımqrupu olan cavab aktında işlənən nitq feillərinin semantikasının belə geniş şəkildə açılması bu işin elmi yeniliyinin göstəricisidir.
Authors and Affiliations
Nurlana Qənbərova
METALLURGİYA: KATEQORİYALARI, NÖVLƏRİ VƏ AZƏRBAYCANDA METALLURGİYA SƏNAYESİ
Xülasə Metallurgiya, metalların elm və texnologiyasını- yəni metalların istehsalı üçün elmi üsulların və mühəndisliyin tətbiqini əhatə edir. Yəni metallurgiya metal emalı sənətindən fərqlənir. Metal emalı, texniki ink...
Müasir ingilis və Azərbaycan dilində modallığın ifadə vasitələri
Xülasə Bu məqalə müasir ingilis və Azərbaycan dillərində modalılığın ifadə vasitələrini müqayisə edir. Modalılıq danışanın ifadə etdiyi fikrə və onun obyektiv reallığa olan münasibətini əks etdirən qrammatik-semantik...
KAPİTAL STRUKTURU NƏZƏRİYYƏLƏRİ VƏ MÜASİR KAPİTAL STRUKTURU PROBLEMLƏRİ
Xülasə İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərində kapital qoyuluşunun təhlili həyata keçirilir. İnvestisiya qoyuluşlarının maliyyə vəsaitlərinin istehsal sahələrinin yaradılmasında...
MONOETNİK DÖVLƏTÇİLİYƏ ALTERNATİV OLARAQ MULTİKULTURAL TƏHLÜKƏSİZLİK
Xülasə Monoetnik dövlətçilik, əsasən bir etnik və ya mədəni qrupa əsaslanan dövlət və ya mədəniyyət modelidir. Bu, həmin etnik və ya mədəni qrupun digər qrupların önündə üstünlüyünə vurğu edir və buna görə də müxtəlif...
AİLƏ-NİKAH MÜNASİBƏTLƏRİ: NİKAH MÜNASİBƏTLƏRİNƏ DAXİL OLMA QAYDALARI
Xülasə Məqalədə əsas məqsəd ailə-nikah münasibətlərinin tənzimlənməsi qaydalarının müəyyən edilməsi və nikaha daxil olan şəxslərin hüquq və öhdəliklərinin yerli və xarici qanunvericilik aktlarında araşdırılaraq öyrən...