METALLURGİYA: KATEQORİYALARI, NÖVLƏRİ VƏ AZƏRBAYCANDA METALLURGİYA SƏNAYESİ

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 4

Abstract

Xülasə Metallurgiya, metalların elm və texnologiyasını- yəni metalların istehsalı üçün elmi üsulların və mühəndisliyin tətbiqini əhatə edir. Yəni metallurgiya metal emalı sənətindən fərqlənir. Metal emalı, texniki inkişaf üçün metallurgiyaya söykənir. Metallurgiya elmi, adətən, iki geniş kateqoriyaya ayrılır: kimyəvi metallurgiya və fiziki metallurgiya. Kimyəvi metallurgiya əsasən metalların reduksiyası və oksidləşməsi, metalların kimyəvi xüsusiyyətləri ilə məşğul olur. Kimyəvi metallurgiyanın öyrəndiyi mövzulara mineral emalı, metalların çıxarılması, termodinamika, elektrokimya və kimyəvi aşınma (korroziya) daxildir. Bunun əksinə olaraq, fiziki metallurgiya metalların mexaniki, fiziki xassələrinə və metalların fiziki göstəricilərinə diqqət yetirir. Fiziki metallurgiyada öyrənilən mövzulara kristalloqrafiya, materialın xarakteristikası, mexaniki metallurgiya, faza çevrilmələri və qüsurların yaranma mexanizmləri daxildir. Tarixən metallurgiya əsasən metalların istehsalına diqqət yetirmişdir. Metal istehsalı metal çıxarmaq üçün filizlərin emalı ilə başlayır və ərintiləri hazırlamaq üçün metalların qarışdırılmasını əhatə edir. Metal istehsalının tədqiqi qara və əlvan metallurgiyaya bölünür.

Authors and Affiliations

Zərif İbrahimova

Keywords

Related Articles

AZƏRBAYCAN DİLİNDƏKİ YİYƏLİK HALIN ÇİN DİLİNDƏ İFADƏ VASİTƏSİ

Xülasə Azərbaycan dilində hal kateqoriyası var. Çin dili isə kök dil olduğuna görə qrammatik kateqoriya yoxdur və hal anlayışı da yoxdur, amma hal kateqoriyasının ifadə vasitəsi var. Azərbaycan dilində yiyəlik halın i...

AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATI İNNOVASİYALARININ TƏTBİQİNİN STİMULLAŞDIRILMASI

Xülasə Məqalədə müasir şəraitdə kənd təsərrüfatı innovasiyalarının rolu və əsas formaları, habelə aqrar sahədə innovasiya sistemlərinin formalaşması məsələlərinə baxılır, innovasiyaların tətbiqinin stimullaşdırılması...

Uşaqlarda nekrotik enterokolit zamanı müalicə taktikasının xüsusiyyətləri və reabilitasiyası

Xülasə Məqalədə uşaqlarda nekrotik enterokolit (NEK) zamanı müalicə taktikasının xüsusiyyətləri və reabilitasiyasına dair qısa məlumatlar verilmiş, son illər bu problemin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrüb...

TƏHSİLALANIN İDRAKI HƏKƏT MƏNTİQİNƏ GÖRƏ TƏLİM SİSTEMİNİN FƏRQLƏNDİRİLƏN ALTSİSTEMLƏRİ

Xülasə Tədqiqat işində təlimə sistem (məxsusi idrak prosesi və psixoloji təbiətli birgə fəaliyyət olmaqla) kimi yanaşılır, L.Bertalanfin ideyasına və XX əsrin 30-cu illərindən başlayaraq dialektikanın qolu qismində fo...

MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MÜTƏHƏRRİK OYUNLAR VƏ YAŞ QRUPLARINDA ONLARIN TƏŞKİLİ

Xülasə Uşaqların hərtərəfli normal inkişafında mütəhərrik oyunların çox böyük əhəmiyyəti vardır. Buna görə də fiziki tərbiyə məşğələlərinin hamısına mütəhərrik oyunlar daxil edilməlidir. Xüsusən məktəbəqədər yaş dövr...

Download PDF file
  • EP ID EP748632
  • DOI 10.36719/2663-4619/101/276-280
  • Views 22
  • Downloads 0

How To Cite

Zərif İbrahimova (2024). METALLURGİYA: KATEQORİYALARI, NÖVLƏRİ VƏ AZƏRBAYCANDA METALLURGİYA SƏNAYESİ. Scientific Work, 18(4), -. https://europub.co.uk/articles/-A-748632