Uşaqlarda nekrotik enterokolit zamanı müalicə taktikasının xüsusiyyətləri və reabilitasiyası

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 9

Abstract

Xülasə Məqalədə uşaqlarda nekrotik enterokolit (NEK) zamanı müalicə taktikasının xüsusiyyətləri və reabilitasiyasına dair qısa məlumatlar verilmiş, son illər bu problemin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrübə paylaşılmışdır. NEK-in aktuallığı onunla şərtlənmişdir ki, əməliyyat edilmiş yenidoğulanlar arasında letallıq yüksək olmaqla 18 % ilə 40 % arasında olmuş və bağırsağın nekrozu zamanı 95-100 %-ə çatmışdır. Cərrahi müalicə üçün meyarların təyin edilməsi ən mürəkkəb məsələlərdən biridir. Praktik olaraq cərrahların hamısı bir fikirdə həmrəydirlər ki, bağırsağın perforasiyası və nekrozu əməliyyata göstərişdir. İdeal şəraitdə əməliyyat yalnız nekroz zonalarının dəqiq məhdudlaşmasından sonra, lakin perforasiyanın inkişaf etməsinə qədər aparıla bilər. Bununlu belə, perforasiyanın inkişaf etməsinə qədər bağırsağın diaqnostikası çox mürəkkəbdir. NEK zamanı müalicə taktikasının seçimi uşağın vəziyyətinin ağırlıq dərəcəsindən və prosesin mərhələsindən asılıdır. Nekrotik enterokolit probleminin tədqiqinə dair aparılan müayinələrə maraq zəifləmir. Bu xəstəlik zamanı patogenezin öyrənilməsi, yeni diaqnostik meyarların axtarılması, nekrotik enterokolitin inkişaf təhlükəsi olan pasiyentlər üçün profilaktika tədbirlərinin işlənib hazırlanması daha aktual məsələlərdən sayılır.

Authors and Affiliations

Səbinə Cəfərova Azərbaycan Tibb Universiteti tibb üzrə fəlsəfə doktoru Sevinc İsmayılova Azərbaycan Tibb Universiteti tibb üzrə fəlsəfə doktoru Nuranə Hüseynova Azərbaycan Tibb Universiteti

Keywords

Related Articles

AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATI İNNOVASİYALARININ TƏTBİQİNİN STİMULLAŞDIRILMASI

Xülasə Məqalədə müasir şəraitdə kənd təsərrüfatı innovasiyalarının rolu və əsas formaları, habelə aqrar sahədə innovasiya sistemlərinin formalaşması məsələlərinə baxılır, innovasiyaların tətbiqinin stimullaşdırılması...

İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ NƏZƏRİYYƏSİNİN ƏSAS MÜDDƏALARI VƏ TƏHLÜKƏSİZLİK HÜCUMLARININ TƏSNİFATI

Xülasə XXI əsrin başlanğıcı insan inkişafının bütün sahələrində informasiya texnolo­giyalarının sürətli inkişafı ilə əlamətdardır. Eyni zamanda informasiya getdikcə daha çox strateji resursa, məhsuldar qüvvəyə və baha...

TƏHSİLALANIN İDRAKI HƏKƏT MƏNTİQİNƏ GÖRƏ TƏLİM SİSTEMİNİN FƏRQLƏNDİRİLƏN ALTSİSTEMLƏRİ

Xülasə Tədqiqat işində təlimə sistem (məxsusi idrak prosesi və psixoloji təbiətli birgə fəaliyyət olmaqla) kimi yanaşılır, L.Bertalanfin ideyasına və XX əsrin 30-cu illərindən başlayaraq dialektikanın qolu qismində fo...

XARİCİ İQTİSADİ ƏLAQƏLƏRDƏ GÖMRÜK NƏZARƏTİ VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ

Xülasə Daim dəyişib inkişaf edən dünyada beynəlxalq münasibətlərin rolu böyükdür. Xarici əlaqələr, əsasən dünyanın inkişaf etmiş ölkələri ilə qarşılıqlı əlaqədə inkişaf edir və canlanır. Xarici iqtisadi əlaqələrin ink...

İNSAN HÜQUQ VƏ AZADLIQLARININ MƏHDUDLAŞDIRILMASI MƏSƏLƏLƏRİNİN BEYNƏLXALQ HÜQUQDA TƏNZİMLƏNMƏSİ

Xülasə Vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır. İnsan və vətəndaş hüquqları və azadlıqları təmin edilmədən nə vətəndaş cəmiyyəti qurmaq olm...

Download PDF file
  • EP ID EP747385
  • DOI 10.36719/2663-4619/106/34-39
  • Views 23
  • Downloads 0

How To Cite

Səbinə Cəfərova Azərbaycan Tibb Universiteti tibb üzrə fəlsəfə doktoru Sevinc İsmayılova Azərbaycan Tibb Universiteti tibb üzrə fəlsəfə doktoru Nuranə Hüseynova Azərbaycan Tibb Universiteti (2024). Uşaqlarda nekrotik enterokolit zamanı müalicə taktikasının xüsusiyyətləri və reabilitasiyası. Scientific Work, 18(9), -. https://europub.co.uk/articles/-A-747385