HİMAYƏDAR AİLƏ VƏ ONUN HÜQUQİ ƏSASLARI
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 7
Abstract
Xülasə Ailə hüququ — hüquq elminin bir qoludur. Hər bir hüquq sahəsi kimi, ailə hüququ özünün predmeti və hüquqi tənzimetmə metodu ilə səciyyələnir. Hüquq elmində hüquqi tənzimetmə dedikdə, hüquq normalarının (yuridik normaların) köməyi ilə dövlətin ictimai münasibətlərə təsiri prosesi başa düşülür. Hüquqi tənzimetmənin predmetini hüquq normalarının müvafiq qrupu ilə təsbit edilən ictimai münasibətlərin müəyyən formasını təşkil edir. Hüquqi tənzimetmə metodu dedikdə, hüquq normalarının ictimai münasibətlərə təsir göstərməsi üsulu nəzərdə tutulur. Hüquqi tənzimetmə metodu imperativ və dispozitiv tənzimetmə metodlarına bölünür. İmperativ metod hüquq normaları ilə tənzim edilən ictimai münasibətlərin iştirakçısına hakimiyyətin təsir üsuludur. Dispozitiv metod isə bərabərhüquqlu tərəflər olan ictimai münasibətlər iştirakçıları arasında münasibətləri tənzimetmə üsuludur. Hüquq sahəsi olaraq ailə hüququ ictimai münasibətlərin müəyyən növünü – ailə münasibətlərini, yəni nikah faktından meydana gələn və ailəyə mənsub olan münasibətləri tənzim edir. Bununla əlaqədar, ailə hüquqi-tənzimetmə predmeti birincisi, öz məcmusunda həmin predmeti təşkil edən ictimai münasibətlərin ən mühüm xüsusiyyətləri və mahiyyətini açıqlamalı, ikincisi, göstərilmiş münasibətlərin iştirakçılarının ümumi xarakteristikasını özünə daxil etməlidir.
Authors and Affiliations
Məhəbbət Dəmirçiyeva, Mehin Musagil
MÜASİR BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ YUMŞAQ GÜC ANLAYIŞI, ONUN YARANMA SƏBƏBLƏRİ VƏ MAHİYYƏTİ
Müasir beynəlxalq münasibətlərdə “yumşaq güc” həm dövlətlər, həm də analitiklər tərəfindən beynəlxalq məsələlərin həllində geniş yer verilən siyasətdir. Dövlət yetərincə gücə sahib olduqda, beynəlxalq arenada nüfuzlu möv...
REGULATIONS OF THE RADIOLYSIS PROCESS OF AQUEOUS SOLUTIONS OF ORGANIC POLLUTANTS OF DIFFERENT CONCENTRATION
Abstract The radiolysis process of aqueous solutions of oxalate and formic acids at 10-1÷10-5 M concentration was studied in this study by gamma irradiation. Obtained results were explained by the physico-chemical and...
AUDİT FƏALİYYƏTİNİN TƏNZİMLƏNMƏSİNİN HÜQUQİ-NORMATİV ƏSASLARI
Xülasə Bazar münasibətlərinə keçidlə Azərbaycan Respublikasında müstəqil auditor xidmətinin formalaşması prosesi başlanmışdır. Bu prosesin əsasını etibarlı maliyyə və uçot informasiyalarına dövlətin, müəssisə rəhbərlə...
PANTOMİMA TAMAŞALARINDA RƏQSİN ÖNƏMİ
Məqalədə Pantomimada rəqsin önəminə toxunulmuş, tamaşa zamanı istifadə edilən rəqs janrları təhlil edilmişdir. Rəqsin tarixi, bədən diliylə ortaq vəzifələri haqqında məqalədə geniş məlumat verilmişdir. Pantomima tamaşala...
Bioremediation Effect of P.australis, P.aeruginosa, and B.subtilis on Heavy Metals
Abstract Water is essential for life and if water is polluted with heavy toxic metals, it needs to purify to clean the environment. Biological remediation is an effective and eco-friendly way to get rid of metallic co...