AUDİT FƏALİYYƏTİNİN TƏNZİMLƏNMƏSİNİN HÜQUQİ-NORMATİV ƏSASLARI
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 5
Abstract
Xülasə Bazar münasibətlərinə keçidlə Azərbaycan Respublikasında müstəqil auditor xidmətinin formalaşması prosesi başlanmışdır. Bu prosesin əsasını etibarlı maliyyə və uçot informasiyalarına dövlətin, müəssisə rəhbərlərinin və səhmdarların qarşılıqlı maraqları təşkil edir. Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə mülkiyyətçinin və dövlətin əmlak maraqlarının təmin edilməsi təsərrüfat subyektlərinin maliyyə fəaliyyətinə nəzarət xüsusi müstəqil təşkilat-auditor xidməti həyata keçirir. Audit iqtisadi-hüquqi nəzarətin daha yüksək pilləsi olub vəzifəsi yeni qurulmuş iqtisadi münasibətləri vicdansız sahibkarlıqdan qorumaq, həm də iqtisadiyyatda hüquq pozuntularının qarşısını almaq və ictimai hüquq şüurunu daha yüksək səviyyədə formalaşdırmaqdır. Auditin vəzifələrindən biri müəssisənin maliyyə vəziyyəti və onun stabilləşməsi üsulları haqqında informasiya, habelə qanuni əmlak maraqlarının qorunması üçün zəruri informasiya almaqdan ibarətdir. Auditin təşkili muhasibat (maliyyə) hesabatının müstəqil yoxlanılmasının həyata keçirilməsi, habelə başqa auditor xidmətlərinin göstərilməsi üzrə sahibkarlıq fəaliyyətini ifadə edir. Auditor fəaliyyətinin hüquqi tənzimlənməsi qeydiyyat, lisenziyalaşdırma, auditorların attestasiyası, vergitutma vasitəsilə həyata keçirilir.
Authors and Affiliations
Aidə Abdullayeva
TURİZMDƏ İSTEHLAKÇI DAVRANIŞLARININ QƏRAR QƏBULUNA TƏSİRİ
Xülasə İstehlakçı davranışına təsir edən amillər İnsanlar həm şəxsi həyatlarının, həm də peşəkar fəaliyyətlərinin hər mərhələsində daim qərarlar qəbul etməli olurlar. İstehlakçı davranışı fərdlərin, məhsul və xidm...
İNSAN HÜQUQ VƏ AZADLIQLARININ MƏHDUDLAŞDIRILMASI MƏSƏLƏLƏRİNİN BEYNƏLXALQ HÜQUQDA TƏNZİMLƏNMƏSİ
Xülasə Vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır. İnsan və vətəndaş hüquqları və azadlıqları təmin edilmədən nə vətəndaş cəmiyyəti qurmaq olm...
MƏİŞƏT ZORAKILIĞI QURBANLARINA YARDIM ZAMANI KONFİDENSİALLIĞIN TƏMİN EDİLMƏSİ: BEYNƏLXALQ NORMALAR ƏSASINDA ARAŞDIRMA
Xülasə Məişət zorakılığı və ya qadınlara qarşı zorakılıq cinayət, insan hüquqları pozuntusu və ayrı-seçkiliyin bir formasıdır. Onlarla həm milli, həm də beynəlxalq sferada mübarizə aparılır. Beynəlxalq təşkilatlar...
TRAVMATİZM – QEYRİ-İNFEKSİON XƏSTƏLİK KİMİ
Xülasə Travmatizm ciddi tibbi-sosial problem təşkil edir. Bioloji və sosial amillərdən asılı olan travmatizmin populyasiyada geniş yayılmış patologiya kimi öyrənilməsini epidemioloji diaqnostika metodlarından istifadə...
Xəzər dənizi – Abşeron ərazisində gedən təbii proseslərin və antropogen fəaliyyətlərin ekoloji-iqtisadi aspektləri
Xülasə Məqalədə Xəzər dənizi və onun Abşeron sahillərində baş verən təbii və antropogen xarakterli dəyişikliklərin ekoloji və iqtisadi təsirləri araşdırılır. Xüsusilə Xəzər dənizinin səviyyə tərəddüdlərinin Abşeron y...