AZƏRBAYCAN DİLİNDƏKİ YİYƏLİK HALIN ÇİN DİLİNDƏ İFADƏ VASİTƏSİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 4
Abstract
Xülasə Azərbaycan dilində hal kateqoriyası var. Çin dili isə kök dil olduğuna görə qrammatik kateqoriya yoxdur və hal anlayışı da yoxdur, amma hal kateqoriyasının ifadə vasitəsi var. Azərbaycan dilində yiyəlik halın iki növü var: müəyyən yiyəlik hal və qeyri-müəyyən yiyəlik hal. Azərbaycan dilində müəyyən yiyəlik hal -ın4 şəkilçisi ilə düzəlir və Çin dilində müəyyən yiyəlik halı ifadə etmək üçün 的 (de) hissəciyi işlənir. Çin dilində yiyəlik hallı sözdən sonra ümumi əşyaları bildirən sözlər gəldikdə onların arasına 的 (de) hissəciyi artırılır. Çin dilində yiyəlik hallı sözdən sonra qohumluq bildirən sözlər işləndikdə, və ya bu birləşmə bütöv və hissə arasındakı əlaqə bildirəndə, onların arasında 的 (de) hissəciyi işlənə də bilər, işlənməyə də bilər. Çin dilində yiyəlik hallı söz şəxs bildirir və mənsub olan söz insana aid əzaları - bədən üzvlərini bildirirsə, 的 (de) hissəciyi həmişə işlənməlidir. 的 (de) hissəciyinin istifadə edilib-edilməməsi başqa amillərdən də asılıdır, məsələn: sözlərin mənasının düzgün və aydın çatdırılması məsələsi, heca məsələsi və s. Çin dilində müəyyən və ya qeyri-müəyyən yiyəlik halın istifadəsi heca ilə sıx bağlıdır. Bu məqalədə yiyəlik halın Çin dilində ifadə vasitələri azərbaycanlı oxuculara təqdim edilir. Bundan başqa, Azərbaycan dilində yiyəlik hal və Çin dilində onun ifadə vasitəsi arasında oxşar və fərqli cəhətlər tədqiq edilir.
Authors and Affiliations
Yuxuan Tang
HİMAYƏDAR AİLƏ VƏ ONUN HÜQUQİ ƏSASLARI
Xülasə Ailə hüququ — hüquq elminin bir qoludur. Hər bir hüquq sahəsi kimi, ailə hüququ özünün predmeti və hüquqi tənzimetmə metodu ilə səciyyələnir. Hüquq elmində hüquqi tənzimetmə dedikdə, hüquq normalarının (yuridik...
HƏRƏKƏT EDƏN OBYEKTLİ NAQİLSİZ RABİTƏ VASİTƏSİ
Xülasə XX əsrin 30-cu illərində çoxlu radiostansiya mövcud idi. İkinci dünya müharibəsindən sonra naqilsiz rabitə sahəsində bir çox milli və beynəlxalq layihələr dayandırıldı. İlk alman şəbəkəsi olan ANetz (1958) anal...
TELEKOMMUNİKASİYA ŞƏBƏKƏLƏRİNDƏ MƏLUMATLARIN TƏHLİLİ HAQQINDA
Xülasə Məqalədə telekommunikasiya şəbəkələri və telekommunikasiyanın növləri haqqında ətraflı məlumat verilir. Qeyd edək ki, müasir dövrdə texnologiyanın inkişaf etdiyi bir zamanda telekommunikasiya şəbəkələrinin tədq...
ANALYSIS OF THE LISBON TREATY: HOW DOES THE LISBON TREATY REFORM EU INSTITUTIONS
Abstract The signing of the Lisbon Treaty is indeed a vital event for the European Union, main international actors and global powers. This article focuses on the main institutional changes of the EU after the entry i...
Şifahi akademik kommunikasiya
Xülasə Akademik kommunikasiya elmi ictimaiyyətdə istifadə olunan professional ünsiyyət növlərinin məcmusudur. Akademik kommunikasiyaya bakalavriatura, magistratura, doktorantura təhsil pillələrində, elmi seminar...