HƏRƏKƏT EDƏN OBYEKTLİ NAQİLSİZ RABİTƏ VASİTƏSİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 3
Abstract
Xülasə XX əsrin 30-cu illərində çoxlu radiostansiya mövcud idi. İkinci dünya müharibəsindən sonra naqilsiz rabitə sahəsində bir çox milli və beynəlxalq layihələr dayandırıldı. İlk alman şəbəkəsi olan ANetz (1958) analoq idi və 160 MHs tezliyini istifadə edirdi. Birləşmələrin yaradılması, yalnız mobil stansiyadan olurdu. Baza stansiyanın dəyişdirilməsi əlçatmaz idi. 1982-ci ildə Avropa İttifaqının ümumi prinsiplərinə uyğun olaraq, qərara gəlindi ki, ümumavropa mobil telefon standartı yaradılsın. Yeni sistem 900 MHs tezliyində işləməli və bütün Avropada rouminq təmin edilməli idi. Bu sistemin rəqəmli olması da qərara alınmışdı və “Groupe Spesiale Mobile” (GSM) qrupu yaradılmışdı. Bu tədqiqat qrupu tərəfindən təxminən 10 il ərzində araşdırma aparılaraq, GSM adlanan rəqəmli mobil rabitə standartı hazırlandı ki, bu cür adlandırılma məhz qrupun adından götürülmüşdür. 1990-cı illərin əvvəllərindən CDMA ( Code Division Multiple Access) standartı yaradılmışdır və 1993-cü ildə ABŞ-da bu sistem əsasında ilk şəbəkə qurulmuşdur. Bu standartın ilkin versiyaları GSM-dən keyfiyyətli və daha az şüalandırma baxımından üstün hesab olunurdu. Bu tip rəqəmli standartlar şərti olaraq 2G(2-ci nəsil) adlandırılmağa başlanıldı.
Authors and Affiliations
Aytəkin Fərzəliyeva
MÖVLUD SÜLEYMANLININ HEKAYƏLƏRİNDƏ DİALEKTİZMLƏR
Xülasə Xalq yazıçısı Mövlud Süleymanlı Azərbaycan ədəbiyyatına bir-birindən maraqlı süjet xəttinə malik əsərlərlə töhfə verib. Onun roman, povest və hekayələri zəngin lüğət tərkibinə malikdir. Yazıçılar bəzən bədi...
DİLDƏ METAFORİKLƏŞMİŞ İFADƏ VASİTƏLƏRİ (“AİLƏ” KONSEPTİ ƏSASINDA)
Ailə mədəni bir cəmiyyətdir, özü də onun əsasını təşkil edir. Məna semantik konseptin tərkib hissəsidir. Semantik konsept (təsəvvür) aktual mədəni konseptin konseptual təzyiqindən azad olduğu üçün mücərrəddir. Ünsiyyətdə...
THE STRUGGLES OF PEOPLE FROM NON-ENGLISH SPEAKING COUNTRIES TRYING TO LIVE AS AN INTERNATIONAL STUDENT
Abstract Studying abroad presents a unique opportunity for students, offering numerous benefits and some challenges. To embark on this journey, students need to research programs, fulfill application requirements, sec...
PREDICTING FINANCIAL INFORMATION BY USING SUPERVISED MACHINE LEARNING METHODS
Abstract The use of technology in finance is a rising trend. Although this may seem like an advantage, it also brings with it a great responsibility, because if financial institutions fall behind in technology, it wil...
HƏYAT SIĞORTASININ KORPORATİV FƏALİYYƏTƏ TƏSİRİ
Xülasə Həyat sığortası siyasətlərinin biznesə inteqrasiyasının maliyyə təsirlərini başa düşmək üçün bu tədqiqat həyat sığortası ilə korporativ performans arasında mürəkkəb əlaqəni araşdırır. Məqalə iqtisadi nəzəriy...