ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV AZƏRBAYCANDA MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARININ BANİSİDİR

Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 5

Abstract

Demokratik ideallara bağlılıq Azərbaycan xalqının milli düşüncə sistemində daim özünə möhkəm yer tapmış, onun yüzilliklər boyu can atdığı müstəqil dövlətçilik idealının ümdə qayəsinə çevrilmişdir. Ənənəvi və modernləşmiş sivilizasiyaların qovuşuğunda yerləşmiş respublikamız müstəqillik əldə etdikdən sonra demokratik dəyərlər vasitəsi ilə qlobal dünyaya inteqrasiya və milli-mədəni özünəməxsusluq yolunu seçmişdir. Bu gün Azərbaycan çevik və müstəqil siyasət yeridərək yeni dünya nizamının formalaşması prosesinə töhfəsini verir və qloballaşan dünyanın tərkib hissəsinə çevrilir. Müstəqilliyimizin bərpasının ilk illərində bir sıra obyektiv və subyektiv səbəblər üzündən Azərbaycanda bu sahədə, demək olar ki, əsaslı irəliləyiş baş verməmişdi. 90-cı illərin əvvəllərində ölkədə yaşanan siyasi kataklizmlər, vətəndaş qarşıdurması, siyasi xaos və özbaşınalıq, iqtisadi tənəzzül, təcrübəsizlik, eyni zamanda, yeni cəmiyyətin tələblərinə uyğun qanunların olmaması kimi neqativ amillər bu vəziyyətə öz mənfi təsirini göstərmişdir. 1993-cü ilin iyununda dünya şöhrətli ictimai-siyasi xadim, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycanın siyasi hakimiyyət rəhbərliyinə qayıdışından sonra ölkədə qanunçuluğun və hüquq qaydalarının bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi prosesi geniş vüsət almışdır.

Authors and Affiliations

Tamerlan Hacıyev

Keywords

Related Articles

ORTA MƏKTƏBDƏ YAZI BACARIQLARININ FORMALAŞMASI

Xülasə Azərbaycanda elmi-mədəni, siyasi və iqtisadi sahədə aparılan islahatlar təhsil fəlsəfəsinin dəyişməsi ilə nəticələnmişdir. Respublikada prioritet istiqamətlərdən biri olan yaddaş məktəbindən təfəkkür məktəbinə...

XİDMƏT SAHƏLƏRİNDƏ KEYFİYYƏT MENECMENTİ SİSTEMLƏRİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ

Xülasə Xidmət sahələrinə ictimai iaşə, maliyyə, məlumat, mənzil-kommunal, məişət, kirayə, turizm, hüquq, mehmanxana, mühafizə, tərcümə, təmir, ticarət, nəqliyyat, səhiyyə və rabitə xidmətləri daxildir. Qeyd etmək lazı...

ANQLO-SAKSONLARDA VƏ AZƏRBAYCAN TÜRKLƏRİNDƏ ADVERMƏ VƏ ANTROPONİMLƏRİN TİPOLOGİYASI (EPİK MƏTNLƏR ƏSASINDA)

Epik onomastikanın incələnməsi göstərir ki, dünyanın əksər xalqlarında ad təkcə nominativ əhəmiyyət kəsb etməyib, insanın mənşəyi, etnik-milli kimliyi, dini, psixikası, görkəmi, xarakteri haqqında informasiya daşıya bili...

Müasir dövrdə uşaqlarda skarlatinanın gedişinin kliniki-epidemioloji xüsusiyyətləri və müalicəsi

Xülasə Məqalədə hazırkı dövrdə uşaqlar arasında baş verən epidemik sıçrayış xarakterini alan, bir çox fəsadlara səbəb olan skarlatinanın kliniki-epidemioloji xüsusiyyətləri, müalicəsi haqqında məlumatlar verilmiş və b...

MÜXTƏLİF İNFLUENSERLƏRİN İSTEHLAKÇI DAVRANIŞLARINA TƏSİRİ

Xülasə Bu gün brendlər adi kommunikasiya vasitələri ilə yanaşı yeni nəsil kommunikasiya texnologiyalarından istifadə edərək, hədəf auditoriyasının üstünlüklərini və meyllərini geniş şəkildə müəyyən edirlər. Sosial med...

Download PDF file
  • EP ID EP752935
  • DOI 10.36719/2663-4619/90/87-95
  • Views 1
  • Downloads 0

How To Cite

Tamerlan Hacıyev (2023). ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV AZƏRBAYCANDA MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARININ BANİSİDİR. Scientific Work, 17(5), -. https://europub.co.uk/articles/-A-752935