Müasir dövrdə uşaqlarda skarlatinanın gedişinin kliniki-epidemioloji xüsusiyyətləri və müalicəsi
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 10
Abstract
Xülasə Məqalədə hazırkı dövrdə uşaqlar arasında baş verən epidemik sıçrayış xarakterini alan, bir çox fəsadlara səbəb olan skarlatinanın kliniki-epidemioloji xüsusiyyətləri, müalicəsi haqqında məlumatlar verilmiş və bu xəstəliyin öyrənilməsi üzrə əldə edilən təcrübə paylaşılmışdır. Skarlatina pediatrik təcrübədə yaxşı məlum olan uşaq infeksiyalarından biri olub, hal-hazırda geniş yayılmışdır. Xəstəliyin törədicisi olan streptokokk infeksiyası dünyanın bütün ölkələrində səhiyyənin daha kəskin problemləridən biri hesab olunur və dövlətə ağır sosial-iqtisadi zərbə vurur. Birinci növbədə uşaqları və yeniyetmələri zədələyir. Son onillikdə skarlatina ağır olmayan infeksiya kimi təzahür etsə də, ciddi ağırlaşmalar, hətta letal nəticələrin baş vermə riskini itirmir. Hospitalizasiya olunan uşaqlar arasında xəstəliyin ağır formaları çox rast gəlməsə də, skarlatinanın qeyri-hamar gedişinin faizi yüksək olaraq qalır. İndiki dövrə kimi məktəbəqədər uşaq müəssisələrində skarlatina ocaqlığını saxlayır. BST-nin verdiyi məlumata görə, bütün dünyada 2020-ci ildə 600 mindən çox skarlatina ilə xəstələnmə hadisəsi qeydə alınıb. 2022-2023-cü illərdə Avropa və ABŞ-də skarlatinanın baş verən sıçrayışları, ondan baş verən ölüm halları bu infeksiyaya diqqəti artırıb.
Authors and Affiliations
Məlahət Bağırova, Şəmsa Rəşidova, Könül Cəfərova, Rəna Nəzərova, Nurican Sert
PREDICTING FINANCIAL INFORMATION BY USING SUPERVISED MACHINE LEARNING METHODS
Abstract The use of technology in finance is a rising trend. Although this may seem like an advantage, it also brings with it a great responsibility, because if financial institutions fall behind in technology, it wil...
AZƏRBAYCAN RESPUBLİKASINDA İXRACA DÖVLƏT DƏSTƏYİNİN MÜASİR VƏZİYYƏTİ
Xülasə Dövlətlərin qapalı iqtisadiyyat modelinə baxmayaraq niyə xarici ticarətlə məşğul olduqları və xarici ticarətin faydaları və mümkün zərərlərinin nələr ola biləcəyi əsrlər boyu maraq doğuran mövzulardır. İxrac gö...
AZƏRBAYCAN RESPUBLİKASININ ÜTT-YƏ ÜZVLÜYÜNÜN FAYDA VƏ RİSKLİ TƏRƏFLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Xülasə İkinci dünya müharibəsindən sonra meydana gələn vəziyyətdən qurtulmağa çalışan bir çox ölkə azad ticarət təcrübələrini həyata keçirməyi seçmişdir. Bu istiqamətdə həyata keçirilən araşdırmalar və tətbiqlər zaman...
5G AND MULTIPLE INPUT MULTIPLE OUTPUT (MIMO) SYSTEMS
Abstract Today, wireless communication systems have made great progress both in terms of efficiency and cost. Multiple Input Multiple Output (MIMO) system is an advanced system for 5th generation and beyond technologi...
ABŞ TƏNQİDİ REALİZMİNİ FORMALAŞDIRAN AMİLLƏR
Xülasə ABŞ üçün dağıdıcı təsirə malik olan Vətəndaş və Dünya müharibələrinin gedişində acı müharibə taleyinə düçar olmuş insanlar çarəsiz şəkildə istehsal sənayesinin qurbanına çevrilmişdi. XVIII əsrin sonlarından eti...