AZƏRBAYCAN RESPUBLİKASININ ÜTT-YƏ ÜZVLÜYÜNÜN FAYDA VƏ RİSKLİ TƏRƏFLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 1
Abstract
Xülasə İkinci dünya müharibəsindən sonra meydana gələn vəziyyətdən qurtulmağa çalışan bir çox ölkə azad ticarət təcrübələrini həyata keçirməyi seçmişdir. Bu istiqamətdə həyata keçirilən araşdırmalar və tətbiqlər zamanla artmağa davam etmişdir. 1980-ci illərin sonlarında universal ölçülərə çatan bu inkişaf perspektivəri bütün dünyanı vahid bazara çevirməyə meylli idi. 1947-ci ildə GATT çərçivəsində başlanan gömrük tarifləri və kvotaların aradan qaldırılması ilə azad ticarət təcrübələrinin yayılmasına dair araşdırmalar Ümumdünya Ticarət Təşkilatının (ÜTT) yaradılması ilə daha geniş vüsət aldı. ÜTT beynəlxalq ticarəti maksimum səviyyədə liberallaşdırmaqla azad və şəffaf rəqabət şəraitində dünyanın rifah səviyyəsini yüksəltmək məqsədi daşıyır. Bu məqalədə müasir dünyada öz yerini tutmağa hazırlaşan Azərbaycan Respublikasının 1997-ci il iyunun 23-dən ÜTT-yə üzvlüklə bağlı səyləri və onun üzvlük statusu araşdırılmışdır. Qeyd etmək lazımdır ki, həm üzvlüklə bağlı aparılan araşdırmalar, həm də bu araşdırmalar nəticəsində üzvlük prosesinin yekunlaşması Azərbaycan üçün müəyyən qazanc və itkilərə səbəb olacaqdır. Məqalədə bəhs olunan bu qazanc və itkilər müəyyən edilmiş və üzvlük prosesində həyata keçirilməli olan tədbirlər qısa şəkildə müzakirə edilmişdir.
Authors and Affiliations
Samirə Yusifova
KAPİTAL STRUKTURU NƏZƏRİYYƏLƏRİ VƏ MÜASİR KAPİTAL STRUKTURU PROBLEMLƏRİ
Xülasə İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərində kapital qoyuluşunun təhlili həyata keçirilir. İnvestisiya qoyuluşlarının maliyyə vəsaitlərinin istehsal sahələrinin yaradılmasında...
İNVESTİSİYA AKTİVLİYİ VƏ ONUN TƏHLİLİ
Xülasə İnvestisiya fəaliyyəti kapitaldan gəlir əldə etməyə yönəlmiş geniş maliyyə fəaliyyətini əhatə edir. Buraya səhmlərin, istiqrazların, daşınmaz əmlakın və gəlir əldə etmək və ya kapitalın bahalaşması gözləməsi il...
TƏMƏL SAVAD, KOMPİTENSİYALAR VƏ ŞƏXSİ KEYFİYYƏTLƏRİ EHTİVA EDƏN, XXI ƏSR BACARIQLARINI FORMALAŞDIRAN TƏLİM MODELİ
Xülasə Artıq 20 ildən çoxdur ki, mövcud ümumi təhsil proqramlarının cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması, dünya təsil sisteminə inteqrasiya, informasiya əsrinin tələbləri, planlı iqtisadiyyatdan bazar iqti...
İNKLÜZİV TƏHSİLDƏ UŞAQYÖNÜMLÜ TƏLİM MÜHİTİNİN XÜSUSİYYƏTLƏRİ
Xülasə İnklüziv təhsilin əsas məqsədini xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maneəsiz təlim mühitinin yaradılması və onların psixoloji hazırlığının təmin olunması təşkil edir. İnklüziv təhsil alan uşaqların öz ya...
ÜNSİYYƏT VƏ SÖZÜN GÜCÜ
Xülasə Dünyanın bütün dahiləri ünsiyyət zamanı sözün insan zehninə, ağlına, ruhuna və qəlbinə təsirini, sözün ən güclü faktor olmasını zaman-zaman vurğulayıblar. Söz istər pozitiv, istər neqativ anlamda insan həyatını...