MÜXTƏLİF İNFLUENSERLƏRİN İSTEHLAKÇI DAVRANIŞLARINA TƏSİRİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 3
Abstract
Xülasə Bu gün brendlər adi kommunikasiya vasitələri ilə yanaşı yeni nəsil kommunikasiya texnologiyalarından istifadə edərək, hədəf auditoriyasının üstünlüklərini və meyllərini geniş şəkildə müəyyən edirlər. Sosial medianın gündəlik həyatımızın ayrılmaz hissəsi olduğu günümüzdə, yeni marketinq metodu olan influencer marketinq istehlakçıların satın alma qərarlarında getdikcə daha təsirli olur. Məhsul və xidmətlərdən asılı olaraq bir çox şəkildə qarşılıqlı əlaqədə ola bilən influencerlərin təsiri həm izləyicilərin həcmindən, həm də iştirakından asılıdır. Müəssisələr məhsul və ya xidmətlərini təsirli marketinq ilə çox güclü şəkildə bazara çıxara bilərlər. Bu araşdırmada sosial media mühitlərində influenserlərin satın alma qərarlarına təsiri keyfiyyət metodu ilə araşdırılmışdır. Müəyyən mövzular altında toplanan məlumatların təhlilinə əsasən, izləyicilər üçün prioritetin şəffaflıq, etimad və qarşılıqlı əlaqə olduğu üzə çıxıb. Güvən sarsılırsa, izləyicilər asanlıqla izləməyi dayandıra bilərlər. Asanlıqla izləməyi dayandıra bilən izləyiciləri ilə əlaqəni gücləndirmək üçün markalar və influenserlər məzmun istehsalına diqqət yetirməli, təkrarlardan qaçmalı və hədəf auditoriyaya yönəlmiş mesajlarla orijinal məzmun istehsal etməlidirlər. Brendlər influenserlərə öz bilik və yaradıcılıqlarını məzmun istehsal prosesinə əlavə etməyə imkan verməlidir. Digər bir qiymətləndirmə nəticəsi göstərdi ki, influserlər qarşılıqlı əlaqəni gücləndirərək öz izləyicilərini də əlavə etməlidirlər.
Authors and Affiliations
Əhmədağa Səfərli
HƏRƏKƏT EDƏN OBYEKTLİ NAQİLSİZ RABİTƏ VASİTƏSİ
Xülasə XX əsrin 30-cu illərində çoxlu radiostansiya mövcud idi. İkinci dünya müharibəsindən sonra naqilsiz rabitə sahəsində bir çox milli və beynəlxalq layihələr dayandırıldı. İlk alman şəbəkəsi olan ANetz (1958) anal...
Qloballaşma dövründə Azərbaycanda multikulturalizm
Bu məqalədə qloballaşma dövründə Azərbaycanın multikulturalizm siyasətinin inkişafı və bu siyasətin beynəlxalq və daxili təsirləri araşdırılıb. Azərbaycan müxtəlif etnik və dini qrupların bir arada yaşadığı bir ölkə olar...
AZƏRBAYCAN NEFT SƏNAYESİ TARİXİNƏ RETROSPEKTİV BAXIŞ (NOBEL QARDAŞLARI CƏMİYYƏTİ)
Azərbaycanda neft sənayesinin inkişafında neft maqnatlarının xüsusi rolu vardır. Nümunə olaraq Hacı Zeynalabdin Tağıyevin (1838-1924), Musa Nağıyevin (1842-1919), Şəmsi Əsədullayevin (1840-1913), Əjdərbəy Aşurbəyovun (18...
STRATEGIES OF TEACHING AND LEARNING VOCABULARY
Vocabulary is the fundamental part of language, so its mastery is one of the significant components in acquiring a second or foreign language. Also, it is one of the major challenges that foreign language learners face d...
AZERBAIJANI PARLIAMENTARY ELECTION
The party elected in the parliamentary election in Azerbaijan was the New Azerbaijan Party (YAP). Since 1997, when the Republic of Azerbaijan declared its independence from the Soviet Union, this party has been in power....