SOVETLƏŞDİRMƏ SİYASƏTİ DAXİLİNDƏ TÜRKÜSTAN COĞRAFİYASINDA BAŞ VERƏN DƏYİŞİKLİKLƏR
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 4
Abstract
Xülasə XIX əsrin ortalarında Rusiya Çarlığı tərəfindən tamamilə ələ keçirilən Türküstan coğrafiyası mühüm stratejik əhəmiyyətə malik, zəngin təbii qaynaqları olan və dünya hegemoniyası uğrunda mübarizə aparan hər bir dövlətin əlində tutmaq istədiyi bölgələrdən biridir. XX əsrin əvvəllərində “yaşlı” imperatorluqlarda, o cümlədən, Rusiyada milliyətçilik və sosializm axımları sürətlə yayılmış, keçən əsrin sonlarından etibarən aclıq və səfalət içində yaşayan xalqın səbir kasası Yaponiya ilə olan müharbədə gələn məğlubiyyət xəbərləri ilə daşmışdı. “Oktyabr manisfesti”-nin qəbul olunması ilə Dumalarda təmsil olunmaq haqqı əldə edən “milli azlıqlar” cəmi 2 ildən sonra bu azadlığı da itirmişdilər. Dünya müharibəsi dövründə Türküstanda inqlabın ilk addımları atılmış, “Fevral burjua inqlabı”-dan sonra yaranmış vəziyyətə etiraz da elə “İyun üsyanı”-dan sonra-sentyabr ayında Daşkənd şəhərində baş vermiş üsyanla ilk dəfə Mərkəzi Asiyada özünü birüzə vermişdir. Bolşeviklərin hakimiyyəti ələ alması ilə xalq arasında özünə dayaq yaratmaq üçün keçirdiyi islahatlar müəyyən inkişafa yol açsa da,bolşeviklərin 70 illik propoqandasına çevrilmiş, günümüzə kimi davam edən siyasi hadisələr zincirinə birbaşa təsir etmişdir. Məqaləni qələmə almaqda məqsədimiz Mərkəzi Asiyada bolşeviklərin, xüsusilə də “Millətlər komissarı” və daha sonra Bolşevik Kommunist Partiyası Mərkəzi Komitəsi Birinci katibi olan, SSRİ-ni avtoritariya ilə idarə edən Stalinin əmri ilə həyata keçirilən bu dəyişikliklərin araştırılması ilə günümüzdə bölgədə olan sərhəd, etnik, habelə sosial-mədəni problemlərin səbəbini tapmaqdır.Dövrün yazılmış əsərlər diqqətə alınaraq yazılan məqalədə “Ümumi baxış ilə qarşılaşdırmalı tarix metodu”-dan istifadə edilərək “Sovetləşdirmə siyasəti daxilində Türküstan coğrafiyasında dəyişimin mədəni və sosyal həyata təsirləri” mövzusunu aydınlatmaq hədəflənmişdir.
Authors and Affiliations
Tuqay Əsədli , Erhan Yoska
KİBER HÜCUMLARINA QARŞI MÜDAFİƏ VƏ FƏALLAŞDIRMA STRATEGİYALARI
Xülasə Müasir rəqəmsal dövrdə kiberhücumlar daha çox yayılmış və təhlükəli hala gəldi. Bu hücumlar fərdlərin, təşkilatların və hətta dövlətlərin təhlükəsizliyini təhlükə altına alaraq əhəmiyyətli maliyyə və nüfuz itki...
MİLLİ TƏHLÜKƏSİZLİYİN TƏMİN OLUNMASINDA GEOİNFORMASİYA TEXNOLOGİYALARININ TƏTBİQİ (ARCGİS PROQRAM TƏMİNATI NÜMUNƏSİNDƏ)
Xülasə Məqalədə geoinformasiya texnologiyaları (GİT) və coğrafi informasiya sistemləri (CİS) anlayışları, yaranması və inkişafının qısa tarixi, geoməkan məlumatlarının fərqli sahələrdə emalı mərhələlərinin xüsusiyyət...
ABDULLA ŞAİQİN MƏNZUM HEKAYƏLƏRİNİN FOLKLOR QAYNAĞI
Xülasə Uşaq ədəbiyyatının inkişaf tarixində Abdulla Şaiqin xüsusi yeri və məqamı vardır. Yüksək sənət intelleksiyası sərgiləyən poetik örnəkləri yüz ildən çoxdur ki, uşaqların mənəvi dünyasının ifadə örnəyi olaraq dil...
SOVETLƏŞDİRMƏ SİYASƏTİ DAXİLİNDƏ TÜRKÜSTAN COĞRAFİYASINDA BAŞ VERƏN DƏYİŞİKLİKLƏR
Xülasə XIX əsrin ortalarında Rusiya Çarlığı tərəfindən tamamilə ələ keçirilən Türküstan coğrafiyası mühüm stratejik əhəmiyyətə malik, zəngin təbii qaynaqları olan və dünya hegemoniyası uğrunda mübarizə aparan hər bir...
SABİT RƏHMANIN YARADICILIĞINDA CƏMİYYƏT VƏ ŞƏXSİYYƏT PROBLEMİ
Xülasə Sabit Rəhman ilk qələm təcrübəsindən başlayaraq öz ideyalarını gülüş, satira və yumor vasitəsilə ifadə etmişdir. İlk qələm təcrübəsi olan felyetonlarını o satirik əsərlər kimi qələmə alır. Üç felyetonu; “Ordan...