ABDULLA ŞAİQİN MƏNZUM HEKAYƏLƏRİNİN FOLKLOR QAYNAĞI
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 7
Abstract
Xülasə Uşaq ədəbiyyatının inkişaf tarixində Abdulla Şaiqin xüsusi yeri və məqamı vardır. Yüksək sənət intelleksiyası sərgiləyən poetik örnəkləri yüz ildən çoxdur ki, uşaqların mənəvi dünyasının ifadə örnəyi olaraq dillər əzbərinə çevrilmişdir. Məzmun mükəmməlliyi, struktur səciyyəsi və bütünlükdə yeniyetmə və cocuq təsəvvürünü formalaşdırmaq üçün müstəsna əhəmiyyəti ilə diqqət önünə gəlir. Belə uğurlu alınmanın ana qaynağını isə bir istiqamətdə xalqın zəngin yaradıcılığından bəhrələnmə təşkil edir. Mənzum hekayələri bütün parametrlərdə görkəmli ədibin yaradıcı istedadının göstəricisidir və uşaq dünyası mütəxəssisi olaraq nümunəyə çevrilən əvəzsiz örnəklərdir. XIX əsrin ortalarından başlayan hərəkətlilik milli müəyyənliyin və özünüifadənin kodu olaraq ədəbi-mədəni düşüncənin müxtəlif istiqamətlərdə özünü nümayişi ilə diqqət önünə gəlir. Milli mətbuatın yaranışı, yeni tipli məktəblər, əlifba məsələsi, qadın təhsili, dərslik, məktəb problemləri və s. bütünlükdə cəmiyyətin qarşısında duran və həllini gözləyən məsələlər idi. Uşaq ədəbiyyatı sahəsində olanlar gənc nəslin bir şəxsiyyət kimi formalaşdırılması və mütərəqqi mühitin yaradılması istəyindən irəli gəlirdi. S. Ə. Şirvani, H. Zərdabi, C. Ünsizadə, M. Şahtaxtlı, M. Mahmudbəyov, R. Əfəndiyev, A.Səhhət, M. Ə. Sabir, M. Hadi, Ə. Müznib, Ə. Ülvi, C. A. Şirvani, Ə.Nəzmi, M. T. Sidqi, S. Mənsur, Ə. Dai və s. kimi fədakar ziyalı nəslinin fəaliyyəti bu aspektdə bir əvəzsizlik sərgiləyir. “Rəhbər”, “Dəbistan”, “Məktəb” kimi mətbuat orqanlarının gördüyü böyük işlər milli hərəkətliliyin uşaq ədəbiyyatı, məktəb, təhsil sahəsində funksional rolunu faktlaşdırır.
Authors and Affiliations
Şöhrət Məmmədova
BƏDİİ İFADƏ VASİTƏLƏRİ. METAFORA
Xülasə Dilin lüğət tərkibinin zənginləşdirilməsi üçün tükənməz mənbə olan metaforik vahidlərin mahiyyətinin dərindən öyrənilməsi dildə,o cümlədən Azərbaycan dilində də dünyanın metaforik təsvirini verməyə,metaforik sa...
BRETTON WOOD ACCORDS AND FOMATION OF IMF AND WB
Abstract The Bretton Woods system was a monetary management system established in 1944, in the aftermath of World War II. Under the Bretton Woods system, other countries could exchange their dollars for gold at a fixe...
Milli gəlirin və iqtisadi inkişafın təmin olunması sahəsində beynəlxalq təcrübə
Milli gəlirin artırılması və iqtisadi inkişafın təmin edilməsi ölkələrin iqtisadi siyasətində əsas strateji məqsədlərdən biridir. Beynəlxalq təcrübə göstərir ki, iqtisadi inkişafın uğurlu olması üçün müxtəlif yanaşmala...
TƏDRİS PROSESİNDƏ TEXNOLOGİYANIN İNTEQRASİYASI VƏ ONA VERİLƏN TƏLƏBLƏR
Xülasə Texnologiyanın təhsil prosesinə inteqrasiyası müasir təhsildə mühüm rol oynayan transformasiyanı təmsil edir. Bu inteqrasiya tələbələrin daha effektiv öyrənməsinə, müəllimlərin daha effektiv tədris yanaşmasına...
MÜSTƏQİLLİK DÖNƏMİNDƏN SONRA REGİONAL İQTİSADİYYATIN XÜSUSİYYƏTLƏRİ
Xülasə Cənubi Qafqaz coğrafiyasının bir hissəsi olan Azərbaycan həm regionunun geostrateji aspektləri, həm də öz torpaqlarının yerləşməsi baxımından böyük əhəmiyyətə və geostrateji mövqeyə malikdir. Cənubi Qafqaz resp...