Katamnezdə nekrotik enterokolit keçirmiş uşaqların sağlamlıq vəziyyətinin təhlili
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 10
Abstract
Xülasə Məqalədə katamnezdə nekrotik enterokolit keçirmiş (NEK) uşaqların sağlamlıq vəziyyətinə dair qısa məlumatlar verilmiş və son illər bu problemin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrübə paylaşılmışdır. NEK keçirmiş uşaqlar üçün müəyyən edilmiş xəstələnmənin strukturuna uyğun olaraq, infeksion patologiyanın qarşısının alınması üzrə profilaktik tədbirlər (fərdi peyvənd təqvimi, orqanizmin rezistentliyinin yüksəldilməsi üzrə kompleks tədbirlər) sisteminin işlənib hazırlanması tövsiyə edilir. NEK keçirmiş uşaqlarda xəstələnmənin səviyyəsinin 1,5 dəfə yüksək olmasını, çox vaxt endokrin sistemin patologiyalarının, qidalanmanın pozğunluqlarının, sinir sisteminin və hissiyyat orqanlarının xəstəliklərinin, tənəffüs orqanlarının xəstəliklərinin, sidik-ifrazı sisteminin xəstəliklərinin aşkar edilməsini, həmçinin tez-tez xəstələnən uşaqların xüsusi çəkisinin artmasını nəzərə alaraq, körpələrin bu qrupu sahə pediatriya xidməti tərəfindən yüksək diqqət göstərilməsini, müalicənin ardıcıl şəkildə yeni təşkilati texnologiyalar tətbiq etməklə aparılmasını və NEK keçirmiş uşaqların məqsədyönlü reabilitasiyasını tələb edir. NEK keçirmiş uşaqlara xüsusi yardımın təşkili formalarından biri uşaqlar üzərində aparılan katamnestik müşahidələr sayılır.
Authors and Affiliations
Gültəkin Novruzova, Sevinc İsmayılova, Nuranə Hüseynova
XİDMƏT SAHƏLƏRİNDƏ KEYFİYYƏT MENECMENTİ SİSTEMLƏRİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ
Xülasə Xidmət sahələrinə ictimai iaşə, maliyyə, məlumat, mənzil-kommunal, məişət, kirayə, turizm, hüquq, mehmanxana, mühafizə, tərcümə, təmir, ticarət, nəqliyyat, səhiyyə və rabitə xidmətləri daxildir. Qeyd etmək lazı...
TƏCAVÜZ CİNAYƏTİ İNSAN HÜQUQLARININ POZULMASI KİMİ VƏ TÖRƏDİLMƏSİNƏ GÖRƏ BEYNƏLXALQ CİNAYƏT MƏSULİYYƏTİNİN PERSPEKTİVLƏRİ
İnsan hüquqlarını insanın cəmiyyətdə və dövlətdə statusunu müəyyən edən hüquqlar kimi müəyyən etmək olar. Müasir anlayışda insan hüquqları təbii hüquqa əsaslanır, yəni doğuşdan bütün insanlara xasdır. Belə bir anlayış ki...
FUQAS AVİASİYA BOMBALARINDA İSTİFADƏ OLUNAN PARTLAYICI ATIMIN XARAKTERİSTİKASI
Xülasə Partlamağa çevrilməni həyəcanlandırmaq üçün xaricdən təsir etmək yolu ilə partlayıcı maddə atımına müəyyən qədər enerji vermək lazımdır. Bu xarici təsir başlanğıc impuls adını daşıyır, partlayışın həyəcanlanma...
THE WAR IN UKRAINE AND ITS IMPLICATIONS FOR THE EURASIAN ECONOMIC UNION
The dissolution of the Soviet Union in 1991 prompted newly independent states to seek integration and alignment with other countries and blocks, thereby shaping their foreign policies. One of the significant initiatives...
ŞƏKİ “YUXARI BAŞ” MİLLİ TARİX MEMARLIQ QORUĞUNUN İLK ADDIMLARI
Xülasə Şəki öz tarixi, mədəniyyəti, memarlıq abidələri, sənətkarlığı və mətbəxi ilə hər zaman diqqət çəkən bir məkan olmuşdur. XVIII əsrdə Şəki xanlığının paytaxtı olmuş şəhərin tarixi hissəsində 1967 ci ilin noyabrın...