TƏCAVÜZ CİNAYƏTİ İNSAN HÜQUQLARININ POZULMASI KİMİ VƏ TÖRƏDİLMƏSİNƏ GÖRƏ BEYNƏLXALQ CİNAYƏT MƏSULİYYƏTİNİN PERSPEKTİVLƏRİ
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 6
Abstract
İnsan hüquqlarını insanın cəmiyyətdə və dövlətdə statusunu müəyyən edən hüquqlar kimi müəyyən etmək olar. Müasir anlayışda insan hüquqları təbii hüquqa əsaslanır, yəni doğuşdan bütün insanlara xasdır. Belə bir anlayış kifayət qədər uzun müddət ərzində inkişaf etmişdir. İnsan hüquqları təkcə ölkədaxili deyil, həm də beynəlxalq hüquqi müdafiə obyektidir. Bu hüquqların qəsdən pozulması, şübhəsiz ki, haqsız hərəkətdir. Eyni zamanda hər bir insan hüquqlarının pozulması beynəlxalq cinayət deyil, yalnız bütün dünya ictimaiyyətini narahat edən ən ağır cinayətlərdir. Son zamanlar dünyanın müxtəlif yerlərində bir çox dövlətlər getdikcə daha çox siyasi qeyri-sabitlik əlamətləri ilə üzləşirlər. Beynəlxalq və qeyri-beynəlxalq silahlı münaqişələr, qeyri-qanuni zorakılıqdan istifadə edən siyasi rejimlər (əsasən qeyri-legitim), beynəlxalq münasibətlərdəki gərginlik bu qeyri-sabitliyin elementləridir. Bu qeyri-sabitliyin nəticələrindən biri də insan hüquqlarının pozulması hallarının xeyli artmasıdır.
Authors and Affiliations
Zümrüd Hüseynova
RANSOMWARE HÜCUMLARI VƏ AZƏRBAYCAN RESPUBLİKASINDA TƏKLİF OLUNAN MÜDAFİƏ STRATEGİYALARI
Xülasə Ransomware hücumları qlobal miqyasda olduğu kimi Azərbaycanda da həm müəssisələr, həm də fiziki şəxslər üçün ciddi təhlükə yaradır. Bu problemi həll etmək üçün araşdırmalara və müdafiə taktikalarının hazırlanma...
HEYDƏR ƏLİYEV VƏ MULTİKULTURALİZM SİYASƏTİ
Məqalədə multikulturalizm nədir, multikulturalizm anlayışına dair məlumatlar verilir. Bildiyimizə görə, dünyanın əksər ölkələri bir neçə milli, etnik və dini mədəniyyəti özündə ehtiva edən mədəni sistemlərin qaynayıb qar...
ORTA MƏKTƏBDƏ YAZI BACARIQLARININ FORMALAŞMASI
Xülasə Azərbaycanda elmi-mədəni, siyasi və iqtisadi sahədə aparılan islahatlar təhsil fəlsəfəsinin dəyişməsi ilə nəticələnmişdir. Respublikada prioritet istiqamətlərdən biri olan yaddaş məktəbindən təfəkkür məktəbinə...
AZƏRBAYCANDA MÜLKİYYƏTİN KONSTİTUSİON VƏ HÜQUQİ MÜDAFİƏSİ
Xülasə “Mülkiyyət” anlayışı müasir təşkilatlar və fərdi həyatda vacib anlayışlardan biridir. “Mülkiyyət” termini çoxmənalı anlayışdır və hüquq ədəbiyyatında əsasən üç mənada işlənir: fəlsəfi, iqtisadi və hüquqi mənala...
ÇEVİK LAYİHƏ İDARƏETMƏ YANAŞMASININ BANK SEKTORUNA TRANSFORMASİYASI
Xülasə Çevik metodologiyaların qəbulu bu gün təşkilatlar və bir çox İT departamentləri üçün, xüsusən də bank sektorunda əsas problemlərdən biridir. Banklar, xüsusən də yeni rəqəmsal texnologiyalar fonunda bazardakı də...