AZƏRBAYCANDA MÜLKİYYƏTİN KONSTİTUSİON VƏ HÜQUQİ MÜDAFİƏSİ
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 12
Abstract
Xülasə “Mülkiyyət” anlayışı müasir təşkilatlar və fərdi həyatda vacib anlayışlardan biridir. “Mülkiyyət” termini çoxmənalı anlayışdır və hüquq ədəbiyyatında əsasən üç mənada işlənir: fəlsəfi, iqtisadi və hüquqi mənalarda. Fəlsəfi mənada mülkiyyət dedikdə, cəmiyyətdəki əmlak münasibətlərinin ifadəsi, əmlaka sahiblik başa düşülür. İqtisadi mənada mülkiyyət ictimai-iqtisadi münasibətdir; hüquqi mənada mülkiyyət, mülkiyyət hüququ anlayışı ilə əhatə olunur və o, hüquq normalarının məcmuyunda ifadə olunur. Mülkiyyət hüquqlarından səmərəli istifadə etmək imkanı müvafiq subyektiv hüquqların həyata keçirilməsini təmin etməyə yönəlmiş qanunvericilikdə nəzərdə tutulmuş mühafizə tədbirləri ilə birbaşa əlaqəlidir. Bu gün Azərbaycanda fiziki və hüquqi şəxslərin mülkiyyəti müxtəlif daşınmaz və daşınar əmlak obyektlərindən ibarətdir. Bu baxımdan, praktik olaraq əhəmiyyətli olan əsas vəzifələrdən biri əmlak sahiblərinin hüquqlarının, maraqlarının real qorunmasını təmin etməkdir. “Mülkiyyət” termini olmadan nə məişət, iqtisadi, fəlsəfi lüğət, nə də hüquq elmi təsəvvü edilə bilməz. Mülkiyyət hüquqlarının müdafiəsi Azərbaycan Respublikasında konstitusiya, mülki, inzibati və cinayət mühakiməsi yolu ilə həyata keçirilən ən mühüm sosial yönümlü funksiyalardan biridir. Konstitusiya icraatı digər icraat növləri ilə yanaşı, dövlətdə mülkiyyətin qorunmasını təmin edən mühüm və səmərəli mexanizmlərdən biridir.
Authors and Affiliations
Ləman Cabbarlı, Ümbülbanu Talıbova
KONSEPTİN MAHİYYƏTİ VƏ QƏHRƏMANLIQ KONSEPTİNİN İNGİLİS ATALAR SÖZLƏRİNDƏ REALİZƏSİ
Xülasə Son illərdə konseptin mahiyyətinə və strukturuna ciddi diqqət yetirilir. Lakin bu məsələ ilə bağlı hələ də tam aydınlıq və konsensus yoxdur. Bu, ilk növbədə, konseptin mental hadisə olması və onun linqvist...
AZƏRBAYCAN RESPUBLİKASINDA İXRACA DÖVLƏT DƏSTƏYİNİN MÜASİR VƏZİYYƏTİ
Xülasə Dövlətlərin qapalı iqtisadiyyat modelinə baxmayaraq niyə xarici ticarətlə məşğul olduqları və xarici ticarətin faydaları və mümkün zərərlərinin nələr ola biləcəyi əsrlər boyu maraq doğuran mövzulardır. İxrac gö...
AZƏRBAYCAN TURİZM SEKTORUNDA FRANÇAYZİNQ FƏALİYYƏTİNİN MÜASİR VƏZİYYƏTİ VƏ GƏLƏCƏK İMKANLARI
Xülasə Hansısa bir bir şəxs və ya qrup yaşadığı yeri 1 gündən 6 aya qədər müddət ərzində yeni yerlər kəşf etmək, sağlamlığının qeydinə qalmaq, dünyagörüşünü artırmaq, əylənmək, idman yarışlarını izləmək və s. kimi məq...
MÜSTƏQİLLİK DÖNƏMİNDƏN SONRA REGİONAL İQTİSADİYYATIN XÜSUSİYYƏTLƏRİ
Xülasə Cənubi Qafqaz coğrafiyasının bir hissəsi olan Azərbaycan həm regionunun geostrateji aspektləri, həm də öz torpaqlarının yerləşməsi baxımından böyük əhəmiyyətə və geostrateji mövqeyə malikdir. Cənubi Qafqaz resp...
BAZA TƏHSİLİNİN YETƏRLİLİYİ İLƏ MÜƏLLİMLİK PEŞƏSİNƏ SADİQLİK ARASINDAKİ ƏLAQƏ (GƏNC MÜƏLLİMLƏRƏ MÜNASİBƏTDƏ)
Xülasə Bu tədqiqatın məqsədi gənc müəllimlərin aldıqları bazatəhsilinin yetərliliyi ilə müəllimlik peşəsinə olan sadiqlik arasındakı əlaqəni araşdırmaqdır. Tədqiqatın hədəf kütləsi 2022-2023-cü tədris ilində respublik...