AZƏRBAYCAN TURİZM SEKTORUNDA FRANÇAYZİNQ FƏALİYYƏTİNİN MÜASİR VƏZİYYƏTİ VƏ GƏLƏCƏK İMKANLARI
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 6
Abstract
Xülasə Hansısa bir bir şəxs və ya qrup yaşadığı yeri 1 gündən 6 aya qədər müddət ərzində yeni yerlər kəşf etmək, sağlamlığının qeydinə qalmaq, dünyagörüşünü artırmaq, əylənmək, idman yarışlarını izləmək və s. kimi məqsədlər üçün tərk edirsə, bu zaman o, və ya onlar turist olur. Hər hansısa bir bölgədə turizmin inkişafı üçün öncə siyasi və iqtisadi sabitlik olmalıdır. Bundan başqa, turistləri cəlb etmək üçün təbii amillərlə yanaşı, antropogen amillər də önəmlidir. Təbii amillərə ekoloji, təbii-coğrafi amillər daxildir. Antropogen amillər dedikdə isə tarixi abidələr, muzeylər, həmçinin əyləncə məkanları, kafe və restoranlar, mehmanxanalar və s. kimi turizm obyektləri nəzərdə tutulur. Məhz bu restoranların, kafelərin, mehmanxanaların, əyləncə məkanlarının bəziləri françayzinq müqaviləsi əsasında fəaliyyət göstərirlər. Françayzinq fəaliyyəti son dövrlərdə getdikcə daha geniş vüsət almışdır. Dünyada olduğu kimi, Azərbaycanda da geniş yayılmış olan françayzinq turizm sahəsində, yəni xidmət sektorunda ölkənin təcrübəsi olduqca məhduddur. Dünyadakı bir çox şirkətlərin ölkə ərazisində fəaliyyət göstərməsi turist axınına, şübhəsiz ki, müsbət təsir göstərir. Bu da, öz növbəsində, ölkənin və əhalinin gəlirlərinin artmasına və iqtisadi artıma gətirib çıxarır. Respublika turizm sahəsinin inkişaf etdirilməsində olduqca maraqlıdır. Hər nə qədər bu sahədə ciddi boşluqlar mövcud olsa da, dünya təcrübəsindən istifadə və onların tətbiqi vacibdir. Ölkədə françayzinq fəaliyyətinin inkişafı turizm sektorunu inkişaf etdirmək istəyən respublikanın diqqət mərkəzində olmalıdır.
Authors and Affiliations
Elvin Nəcəfquluzadə
KOLİN KAEPERNİCK NÜMUNƏSİNDƏ İDMANDA İRQİ AYRI-SEÇKİLİYƏ QARŞI HÜQUQİ MÜBARİZƏNİN ANALİZİ
Xülasə Müasir cəmiyyətlərdə müxtəlif irqlərə mənsub insanlar bir yerdə yaşaya bilsələr də, bəzən müxtəlif səbəblərdən irqçilik problemi ilə qarşılaşmalı olurlar. İdman bütün irqi yanaşmalardan asılı olmadığı üçün cəmi...
YARIMKEÇİRİCİ OPTİK KVANT GENERATORU VƏ ONUN ELEKTROENERGETİKA SİSTEMLƏRİNƏ TƏTBİQİ
Xülasə Optik kvant generatorların köməyi ilə böyük intensivlikli nöqtəvi və ya müstəvi işıq mənbələri almaq mümkün olur. Elektrik enerjisi yarımkeçirici kvant generatorları vasitəsi ilə işıq enerjisinə çevrilir. Belə...
Ensuring Economic Security in the Tourism Sector: Challenges, Digitalization, and Sustainable Development Strategies
Despite being a key contributor to global economic stability, the tourist industry is confronting more and more difficulties in the areas of sustainability, digital transformation, and economic security. While rapid di...
APPLICATION OF INFORMATION TECHNOLOGY IN THE PRODUCTION PROCESS
Abstract Due to the strong processes of globalization and the dynamics of market changes in conditions of fierce competition, leading companies today are forced to constantly develop in order to ensure their effective...
MÜXTƏLİF MƏNŞƏLİ SİMMENTAL CİNSİNİN BUZOVLARININ BÖYÜMƏ VƏ İNKİŞAFININ MÜQAYİSƏLİ QİYMƏTLƏNDİRİLMƏSİ
Xülasə Məqalədə müxtəlif mənşəli Simmental cinsinin buzovlarının inkişafı, eksteryeri və böyuməsinin öyrənilməsinin nəticəsi təqdim olunur. Tədqiqat işi İmişli rayonu ərazisində yerləşən mütərəqqi modern standar...