MÜXTƏLİF MƏNŞƏLİ SİMMENTAL CİNSİNİN BUZOVLARININ BÖYÜMƏ VƏ İNKİŞAFININ MÜQAYİSƏLİ QİYMƏTLƏNDİRİLMƏSİ

Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 9

Abstract

Xülasə Məqalədə müxtəlif mənşəli Simmental cinsinin buzovlarının inkişafı, eksteryeri və böyuməsinin öyrənilməsinin nəticəsi təqdim olunur. Tədqiqat işi İmişli rayonu ərazisində yerləşən mütərəqqi modern standartlara cavab verən, muasir innovativ textoloji əsaslarla qurulmuş modul tipli “İmişlı R Aqro “MMC Heyvandarlıq damazlıq- südçülük təsərrüfatında xariçdən (Avstriyadan) gətirilən Holşteyn-friz və Simmental qaramal cinsləri üzərində həyata keçirilir. Azərbaycanın təbii iqlim şəraitinə uyğunlaşdırmaqla qapalı şəraitdə bağsız saxlanılaraq aparılan damazlıq seleksiya işləri nəticəsində yerli şəraitdə yetişdirilən Simmental və Holşteyn-friz mənşəli mələzlərin süd məhsuldarlığının yüksəlməsindən bəhs edir. Alınan mələzlər yerli iqlim şəraitinə asanlıqla uyğunlaşaraq nəslin mənsub olduğu məhsuldarlıq potensialından yüksək səviyyədə istifadə edə bilirlər. Təcrübə heyvanlarının diri çəkislərinin dinamikası ilə bağlı məlumatların monitorinqi göstərdi ki, Holşteyn-friz cinsinin buğalarının toxumları ilə ilə Simmental cinsinin inəklərinin mayalanmasından alınan mələz düyələr bütün yaş dövrlərində nəzarətdə olan həmyaşıdlarını üstələyərək ən yüksək göstəricilərlə fərqlənmişlər. Təcrübə qrupunda 18 aylığında olan düyələr nəzarət qrupunda olan həmyaşıdlarından çəki nisbətinə görə 23,6 kq (6,1%) ağır olmuşdular. Ümumilikdə yetişdirmə dövründə təcrübə qrupundakı heyvanların çəki artım intensivliyi 45 q və ya 6,9% yüksək olmuşdur. Bədən quruluşunun ölçülərinin və indekslərinin təhlili göstərir ki, alınan mələz düyələr eksteryer xüsusiyyətlərinə görə südlük istiqamətli heyvanlara məxsus tələblərə tam cavab verir. Bütün yaş dövrlərində bədən quruluşu indekslərində müxtəlif mənşəli heyvanlar arasında əhəmiyyətli fərqlər yox idi, lakin, Holşteyn-friz cinsinin buğalarının toxumları ilə Simmental cins inəklərin mayalanmasından alınan mələzlərin gənc heyvanları, təmiz qanlı Simmentallardan fərqli olaraq, daha az uzunayaqlılıq, daha çox gövdə uzunluğu və daha yüksək sağrının dikliyi və döş dolğunluq indeks göstəriciləri ilə xarakterizə olunurdu. Araşdırılan inək genotiplərinin bədən quruluşu indekslərinin əksəriyyəti onların süd məhsuldarlığı istiqamətinə aid olduğunu və eyni zamanda müxtəlif populyasiyalarda heyvanların bədən quruluşunda fərqlər olduğunu göstərir.

Authors and Affiliations

Şahmar Məmmədov, Mahir Hacıyev, Bəxtiyar Nəbiyev

Keywords

Related Articles

ƏHMƏD BƏY AĞAOĞLUNUN “TANRI DAĞINDA” BƏDİİ-FƏLSƏFİ ƏSƏRİNDƏ TÜRKÇÜLÜK, TƏSƏVVÜF VƏ ŞAMANİZM İDEYASI

Xülasə XX əsr Azərbaycanının publisist, şərqşünas alim, tənqidçi, ictimai xadim, ziyalı Əhməd bəy Ağaoğlunun “Tanrı dağında” əsərində türkçülük, şamançılıq, təsəvvüf ideyalarının ifadəsinə böyük əhəmiyyət verilir. Əsə...

TERMİN VƏ PROFESSİONALİZMLƏRİN İŞLƏDİLMƏSİ

Xülasə Bu məqalə dilçilik elmində xüsusi yer alan professional sözlərin və terminlərin işlədilməsinə və əhəmiyyətinə həsr olunmuşdur. Professionalizm və terminlər Azərbaycan və ingilis dilləri daxil olmaqla, dünyanın...

AZƏRBAYCANDA DƏRİ LEYŞMANİOZUNUN HAZIRKİ VƏZİYYƏTİ VƏ ONUNLA MÜBARİZƏDƏ QARŞIDA DURAN VƏZİFƏLƏR

Xülasə Aparılan kompleks tədbirlər sayəsində keçən əsrin 60-cı illərində Azərbaycanda dəri leyşmaniozu praktik ləğv edilmiş, visseral leyşmanioz xeyli azaldılmışdır və onun qalıq ocaqları yalnız bir neçə rayonda müşah...

ƏDALƏT MÜHAKİMƏSİNİN PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ

Xülasə Ədalət mühakiməsinin əsas prinsipləri bunlardır: Məhkəmələrin müstəqilliyi, bərabərlik və qərəzsizlik, qanunun aliliyi, toxunulmazlıq, şəffaflıq, ictimai iştirakçılıq, hüquqi təminatlar, hüquqi səriştə və maari...

VERGİTUTMANIN QANUNİLİYİ PRİNSİPİ: AZƏRBAYCAN VERGİ QANUNVERİCİLİYİ PERSPEKTİVİNDƏN BAXIŞ

Xülasə Bu məqalədə Azərbaycan Respublikasında vergitutmanın qanuniliyi prinsipinin yaranması, inkişafı və bu prinsipin vergitutma sahəsində qərar vermək səlahiyyətinə malik orqanların hərəkətlərinə necə təsir etməsi t...

Download PDF file
  • EP ID EP750067
  • DOI 10.36719/2663-4619/94/72-78
  • Views 7
  • Downloads 0

How To Cite

Şahmar Məmmədov, Mahir Hacıyev, Bəxtiyar Nəbiyev (2023). MÜXTƏLİF MƏNŞƏLİ SİMMENTAL CİNSİNİN BUZOVLARININ BÖYÜMƏ VƏ İNKİŞAFININ MÜQAYİSƏLİ QİYMƏTLƏNDİRİLMƏSİ. Scientific Work, 17(9), -. https://europub.co.uk/articles/-A-750067