AZƏRBAYCANDA DƏRİ LEYŞMANİOZUNUN HAZIRKİ VƏZİYYƏTİ VƏ ONUNLA MÜBARİZƏDƏ QARŞIDA DURAN VƏZİFƏLƏR

Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 11

Abstract

Xülasə Aparılan kompleks tədbirlər sayəsində keçən əsrin 60-cı illərində Azərbaycanda dəri leyşmaniozu praktik ləğv edilmiş, visseral leyşmanioz xeyli azaldılmışdır və onun qalıq ocaqları yalnız bir neçə rayonda müşahidə edilirdi. Lakin 1987-ci ildən başlayaraq dəri leyşmaniozu əvvəllər rast gəlməyən bir sıra rayonlarda epidemik alovlanma şəklində baş qaldırmış, visseral leyşmanioz isə sürətlə yayılaraq ölkəmizin bir çox zonalarını əhatə etmişdir. Bu hal səhiyyə orqanlarında narahatçılıq doğurmuş və problemə daha ciddi yanaşmaq zəruriyyəti yaranmışdır. Hal-hazırda ölkəmizin Göyçay, Ağdaş, Ucar, İsmayıllı və digər rayonlarında dəri leyşmaniozunun endemik ocaqları mövcuddur. Ümumiyyətlə, son illərdə Azərbaycanın bir çox regionlarında dəri leyşmaniozu sporadik şəkildə qeydə alınır. Dəri leyşmaniozu bütün yaş qruplarından olan əhali arasında müşahidə olunur. Dəri leyşmaniozunun yayılmasının səbəbini aşkar etmək, onunla effektiv mübarizə və profilaktika tədbirləri həyata keçirmək üçün müxtəlif istiqamətlərdə dərin tədqiqatlar aparmaq lazımdır. Həmçinin bu məqsədlə xəstələrin erkən aşkarlanması və müalicəyə cəlb edilməsi çox vacibdir.

Authors and Affiliations

Fatma Hüseynova, Şəhla Əliyeva, Zivər Abseynova, Sevinc Eyvazlı, İlhamə Məsimova

Keywords

Related Articles

DİLDƏ METAFORİKLƏŞMİŞ İFADƏ VASİTƏLƏRİ (“AİLƏ” KONSEPTİ ƏSASINDA)

Ailə mədəni bir cəmiyyətdir, özü də onun əsasını təşkil edir. Məna semantik konseptin tərkib hissəsidir. Semantik konsept (təsəvvür) aktual mədəni konseptin konseptual təzyiqindən azad olduğu üçün mücərrəddir. Ünsiyyətdə...

Telekommunikasiya şəbəkələrində çoxdaşıyıcılı məlumat ötürülməsi üsulları

Telekommunikasiya şəbəkələrində məlumat ötürülməsi prosesinin effektivliyi və etibarlılığı artırmaq üçün çoxdaşıyıcılı məlumat ötürülməsi üsulları geniş tətbiq olunur. Bu üsullar, yüksək sürətli məlumat ötürülməsi tələbl...

Health Condition of Early Age Children Born With Intrauterine Infection

Abstract The article provides brief information on our study, a prognosis model was developed in order to reduce the risk of complications of intrauterine infections and the formation of chronic pathologies. Early age...

ROBOTİKANIN NÖVLƏRİ VƏ ONLARIN TƏTBİQLƏRİNƏ ÜMUMİ BAXIŞ

Xülasə Robotlar, elmi-fantastikadan həqiqi dünyaya keçid edərək sənaye, sağlamlıq və gündəlik həyatın əsas daşlarına çevrilmişdir. 1960-lardan bu yana, sadə təkrarlanan işlər üçün nəzərdə tutulmuş ilk sənaye robotları...

UŞAQLIQ MİOMASI OLAN XƏSTƏLƏRİN KLİNİK-ANAMNESTİK XARAKTERİSTİKASI

Uşaqlıq miomasının klinik simptomlarının müxtəlifliyini nəzərə alaraq, məqalədə qadınların klinik-anamnestik xarakteristikasının təhlili edilməsi qarşıya məqsəd qoyulmuşdur. Tədqiqat işi 2019-2022-ci illər ərzində Elmi-T...

Download PDF file
  • EP ID EP749886
  • DOI 10.36719/2663-4619/96/139-143
  • Views 65
  • Downloads 0

How To Cite

Fatma Hüseynova, Şəhla Əliyeva, Zivər Abseynova, Sevinc Eyvazlı, İlhamə Məsimova (2023). AZƏRBAYCANDA DƏRİ LEYŞMANİOZUNUN HAZIRKİ VƏZİYYƏTİ VƏ ONUNLA MÜBARİZƏDƏ QARŞIDA DURAN VƏZİFƏLƏR. Scientific Work, 17(11), -. https://europub.co.uk/articles/-A-749886