ƏHMƏD BƏY AĞAOĞLUNUN “TANRI DAĞINDA” BƏDİİ-FƏLSƏFİ ƏSƏRİNDƏ TÜRKÇÜLÜK, TƏSƏVVÜF VƏ ŞAMANİZM İDEYASI
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 2
Abstract
Xülasə XX əsr Azərbaycanının publisist, şərqşünas alim, tənqidçi, ictimai xadim, ziyalı Əhməd bəy Ağaoğlunun “Tanrı dağında” əsərində türkçülük, şamançılıq, təsəvvüf ideyalarının ifadəsinə böyük əhəmiyyət verilir. Əsər ədəbiyyat və mifologiyanın ortaq müstəvisində zəruri olan məsələləri əhatə edir. Əsərin əsas ideyası ondan ibarətdir ki, yalandan, qorxaqlıqdan, zorakılıqdan, ikiüzlülükdən, saxtakarlıqdan təmizlənmiş əsərin qəhrəmanı, ruhu və nəfsi Tanrı hüzuruna çıxmış, türk millətinin elçiləri Allah dağında and içmişlər, andın məzmununda isə türk millətinin birliyi əsas yer tutur. Qəhrəmanın yolu təsəvvüfün təriqət, həqiqət və maarifçilik mərhələlərindən keçir. Təsəvvüfdə saleh və kamil insan üçün ən mühüm vəzifələrdən biri də nəfslə vuruşmaq və onu öldürməkdir. Əsərdə şaman ideyaları şaman əfsanələrindən qidalanır, şaman Azərbaycanda, Qırğızıstanda, Qazaxıstanda, Ural-Altayda və s.-də yaşayır.Türklərin mifologiyasında universal, yarı əfsanəvi, yarıcanlı din xadimi olmaqla, Tanrı ilə İnsan arasında halqa rolunu oynayan şamanlar, melodiyalar, şeirlər bəstələyir, qəhrəmanları affekt səviyyəsinə çatdırmaq iqtidarında olan rəqslər etməklə eyni zamanda ruhları çağırır, xəstəliklərə şəfa verir, müharibə zamanı öz əllərini ruhlandırırlar. şəxsiyyətlər olduğu göstərilir. Əsərdə türk xalqının tarixi, mədəniyyətinin keçdiyi inkişaf yolu, türk xalqının gözəl təbiətinin təsviri, adət-ənənələri, qonaqpərvərliyi, türk vətənində yaşayan xalqların birlik və həmrəyliyi öz əksini tapmışdır.
Authors and Affiliations
Aytəkin Qurbanova
Perinatal risk amillərinin uşaqlarda bətndaxili infeksiyaların klinik gedişinə təsiri
Xülasə Məqalədə bətndaxili infeksiya ilə doğulan erkən yaşlı uşaqların sağlamlıq vəziyyətinə dair qısa məlumatlar verilmiş və son illər bu problemin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrübə paylaşılmışdır. Bət...
PURPOSE AND ADVANTAGE OF CHATBOTS
10.36719/2663-4619/102/258-263
AZƏRBAYCAN DİLİNDƏKİ YİYƏLİK HALIN ÇİN DİLİNDƏ İFADƏ VASİTƏSİ
Xülasə Azərbaycan dilində hal kateqoriyası var. Çin dili isə kök dil olduğuna görə qrammatik kateqoriya yoxdur və hal anlayışı da yoxdur, amma hal kateqoriyasının ifadə vasitəsi var. Azərbaycan dilində yiyəlik halın i...
Parazitologiya fənninin tədrisinə dair
Xülasə Parazitar xəstəliklərin, hər şeydən əvvəl, malyariyanın və bağırsaq helmintozlarının sosial-iqtisadi əhəmiyyəti o qədər böyükdür ki, bu patologiya bir çox dünya ölkələrinin iqtisadi inkişafı üçün maneçilik yara...
BÜNYATOVANIN UNİVERSAL TAQLARI İLƏ TƏBİİ AZƏRBAYCAN DİLİNİN EMALI VƏ SÜNİ DİLƏ ÇEVRİLMƏSİ
Xülasə Bu məqalədə təbii Azərbaycan dilinin morfoloji cəhətdən universal taqlarla təbii və süni emalından bəhs edilir. Məqalə dörd hissədən: giriş, əsas hissə, müqayisə və nəticədən ibarətdir. Giriş hissəsində NLP ink...